Dünyanı sevgi xilas edəcək

sevgiKüçədə rast gəldiyiniz insanlara nəzər yetirin. Kim bilir, daxili aləmlərində nə baş verir, gülən üzlərinin arxasında nələr gizlənib, hansı çətinliklər, hansı problemlərlə mübarizə aparırlar? Şübhəsiz ki, hər kəsin bir-birindən fərqli problemləri, fərqli narahatlıqları, fərqli qayğıları var. Əksəriyyəti də xoşbəxt deyil.

Mənəvi dəyərlərin əhəmiyyətini itirdiyi, dostluq, qardaşlıq, şəfqət, mərhəmət kimi hisslərin unudulduğu, maddiyyatın ən önəmli güc halına gəldiyi dövrümüzdə üzümüzü hara çeviririksə-çevirək, tənhalıqdan gileylənən narazı insanlarla qarşılaşırıq. Bu yazının davamını oxu

İslamın əsl üzü

islam“Dənizdə günəş qəbul edərkən ya da muzeydə gəzərkən üzərilərinə ölüm yağan turistlər…”

“Yandıraraq, boğaraq, güllələyərək və ya başını kəsərək həyata keçirilən edamlar…”

Bu gün Nyu-York və ya Parisdə yoldan keçən birindən: “İslam deyəndə ağlınıza nə gəlir?” -deyə soruşduqda çox güman bu cavabları alacaqsınız.

Qərbdə də, Yaxın Şərqdə də bir çox insan, əslində, bu edilənlərin İslamla əlaqəsinin olmadığını düşünür və bunu dilə gətirir. Ancaq bu açıqlamalar İslam haqqında yaranmış fikri dəyişmir. Bu yazının davamını oxu

Gözəllik, karyera, pul və ardınca məzar…

mezarMilyonlarla insan düşünün, bu dünyaya tək, heç nəyi olmadan gözlərini açırlar. Hamısı eyni dalanın başında təkbaşına durur, baxır, baxır, ancaq yolun sonunu heç cür görə bilmirlər. İnsan dalanın başında durub yolun sonunu görə bilməzmi? Ancaq görə bilmir, heç cür qavramır. Bu dalanın sonunda milyonlarla insan üçün gözləyən ölüm var və ölümdən sonra hər kəsin girməsi üçün hazırlanmış məzarlar. Bu məzarlar o insanların çürümüş bədənlərinin evləri olacaq. Hər kəs dünyadakı qısa ömrünü qoyub sanki heç yaşamamış kimi dünya həyatını arxada qoyacaq… Bu yazının davamını oxu

Elm xəbərləri

yerYerdəki ən böyük meteorit kraterinin Avstraliyada olduğu kəşf edilmişdir

Endryu Qliksonun (Andrew Glikson) rəhbərliyi ilə Avstraliya Milli Universitetinin əməkdaşları Avstraliyanın Kvinslend, Cənubi Avstraliya və Şimal Ərazi ştatlarının sərhədlərində geotermik aktivliyin planlı tədqiqatını aparmışlar. Bu məqsədlə 3 km dərinlikdə qazıntılar aparılarkən güclü zərbənin təsirindən şüşəyə çevrilmiş dağ süxurlarının izlərinə rast gəlmişlər.

Sonrakı tədqiqatlarda bu nahiyədə zərbənin təsirindən eni 190 km olan və 30 km dərinliyə qədər nüfuz etmiş iki kraterin mövcudluğu aşkara çıxarılmışdır. Bu yazının davamını oxu

Atın təkamülü nağılı

atMəməlilərin mənşəyi mövzusunda əhəmiyyətli bir yer tutan başlıq çoxdandır ki, təkamülçü mənbələrin baş tacı etdikləri “atın təkamülü” əfsanəsidir. Bu bir əfsanədir, çünki elmi tapıntılara deyil, xəyal gücünə əsaslanır.

“Atın təkamülü”nü simvollaşdırdığı iddia edilən sxemlər yaxın vaxtlara qədər təkamül nəzəriyyəsinə sübut olaraq göstərilən fosil siyahısının ən başında yerləşirdi. Halbuki bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin etibarsızlığını qəbul edir. 1980-ci ilin noyabr ayında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə olunduğu bir iclasda təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir dayağı olmadığını belə açıqlamışdır: Bu yazının davamını oxu

Berkli Kaliforniya Universitetinin professoru Filip Conson:

fc“Darvinist nəzəriyyə canlıların “getdikcə genişlənən fərqlilik üçbucağı” çərçivəsində inkişaf etdiyini irəli sürür. Bu nəzəriyyəyə əsasən, canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq getdikcə müxtəlifləşmiş və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ gətirmişdir. Amma heyvan fosilləri bizə bu üçbucağın əslində başıaşağı dayandığını göstərir: şöbələr elə ilk anda birlikdə var olmuşlar, sonra getdikcə sayları azalmışdır”.

(Phillip E. Johnson, “Darwinism’s Rules of Reasoning”, Darwinism: Science or Philosophy, Foundation for Thought and Ethics, 1994, s. 12.)

Hər tərif Allah’adır

sozHər gözəlliyin, hər nemətin əsl sahibi Allah’dır. Ona görə, gözəlliyə tərif dedikdə nemətin mənbəyinə, əsl sahibinə yönəlmək lazımdır. “Ya Rəbbim, Sən nə gözəl yaradıbsan, bütün təriflər Sənədir”, -deyilməlidir.

Gözəllik insana zövq, xoşbəxtlik, rahatlıq verən nemətdir. İnsanlar həyatın hər mərhələsini bu neməti əldə etmək arzusu ilə, xoşlarına gələn gözəlliklərə uyğun olaraq tənzimləyirlər. İnsanların gözəlliyə meyli, bu nemətə bağlılığı əvəzedilməzdir. Seçim etməli olan insan həmişə ən gözəli seçir. Heç kim xoşuna gəlməyən, bəyənmədiyi çirkin şeyi seçməz və istəməz. Çünki insanın ruhu gözəl görüntülərdən, gözəl əxlaqdan, gözəl sözdən zövq alacaq şəkildə yaradılmışdır. Bu yazının davamını oxu

Sekvoya qozası

sekvoyaDövr: Kaynozoy erası, Eosen dövrü

Yaşı: 52-43.6 milyon il

Bölgə: Kaşe Krik, Britaniya Kolumbiyası, Kanada

52-43.6 milyon illik sekvoya qozaları canlıların təkamül keçirmədiyinin dəlillərindən biridir. Milyon illər əvvəlki sekvoyalarla dövrümüzdəkilər arasında heç bir fərq yoxdur və bu, canlıların təkamül keçirmədiyini göstərir. Bu yazının davamını oxu

Dünya yoxsulluq lobbisi

dunya-yoxsulluq-lobbisiDünyada demək olar ki, hər ölkədə insanların əksəriyyəti yoxsulluqdan şikayət edir. Dünyanın təbii ehtiyatlarının tükəndiyinə, əhalinin çoxaldığına, imkanların məhdudlaşdığına inanırlar. Bu insanlar əllərindəki məhdud imkanlarla yaşadıqca, demək olar ki, hər gün daha da yoxsullaşırlar. Artıq əksəriyyət dünyada insanların aclıqdan ölməsinə heç təəccüblənmir də.

Lakin bilmədikləri bir şey var. Doğrudur, dünya yaşlanıb. Ancaq dünyanın bütün təbii ehtiyatları indiki dünya əhalisinin ehtiyacını iki qat təmin etməyə və rahat yaşatmağa kifayət edər. Bu yazının davamını oxu

Cinayətkarı tapan DNT

DNABir çox elmi mövzunun tarixən çox qədimlərə gedib çıxdığını düşünürük. Halbuki elmi kəşflərin bir qismi, xüsusilə insan DNT-si ilə bağlı məlumatların tarixi o qədər də qədim deyil. Demək olar ki, bir çoxu yaxın keçmişdə edilmiş kəşflərdir.

Məsələn, DNT-nin nukleotid ardıcıllığı 1987-ci ildə Leysester Universitetində biokimya professoru Alek Ceffris tərəfindən kəşf edilmişdir.

Tarixdə ilk dəfə hüquqi ekspertiza DNT vasitəsilə cinayətkarı müəyyən edə bilmişdir. Bu yazının davamını oxu