Aylıq Arxivlər: İyul 2014

Saç telindən hörümçək ipəyinə

rainspiderweb2Keratin saç tellərinin parlaqlığını necə təmin edir?

Saç kremi istifadə etdikdən sonra saç tellərinin bir-birinə qarışmadan asanlıqla açılması keratinin hansı xüsusiyyətindən qaynaqlanır?

Dırnaq, quş tükü, dəri, ipək, yun kimi bir-birindən çox fərqli maddələrin tərkib hissəsi olan keratinin ən əsas xüsusiyyəti nədir?

Kainatın hər yerində, ən kiçik zərrəsində belə Rəbbimizin elmini göstərən böyük yaradılış var. Biz hər tərəfi molekulların birləşməsindən meydana gəlmiş dünyada yaşayırıq. Bəzi molekullar qoxu və dad əmələ gətirir. Bəziləri havada uçur, bəziləri bədənimizi, bəziləri də suyun dərinliyindəki ehtişamlı gözəllikləri əmələ gətirirlər. Qısaca desək, həyatımızdakı hər şey molekuldur. Bu yazının davamını oxu

İki yol, iki məqsəd: səbir etmək, yoxsa dözmək?

1899882_537220306392663_1763391420_nRəbbimiz insanlardan necə səbir etmələrini istəyir?

İnsanları zülmətlərdən nura çıxaracağı bildirilən Quranda (İbrahim surəsi, 1) əmr edilən davranışlardan biri səbir etməkdir. Quranda öyrədilən həqiqi səbir təkcə çətinliklər zamanı deyil, əksinə, həyatın hər anında yaşanan əxlaqi xüsusiyyətdir. Həqiqi səbir çətinliklər zamanı olduğu qədər rahatlıq və nemət içində olduqda da gözəl əxlaqda qətiyyət və sabitlik göstərməyi, bir an belə bunlardan uzaq durmayaraq ömür boyu bu əxlaqla yaşamağı tələb edir.

“Sən təmkinlə səbir et!” (Məaric surəsi, 5) Bu yazının davamını oxu

Koalanın tibbi məlumatı

KoalaKoala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.

Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər. Bu yazının davamını oxu

Dinsizliyin saxta fəlsəfəsi: humanizm və onun pərdə arxası

283851_465692236797672_352950384_nBir çox insan humanizm anlayışını səhvən müsbət düşüncə kimi qəbul edir. Ancaq humanizm müsbət düşüncələrin heç birini özündə ehtiva etməyən fəlsəfədir.

Bir çox insan humanizmi doğru tanımır. Bu yanlış düşüncənin başında humanizmin insan sevgisi, sülh, qardaşlıq kimi dəyərləri əhatə etdiyini zənn etmək durur. Halbuki, humanizm bu ifadələrin arxasına sığınmış çox təhlükəli fəlsəfədir. Humanizm insanlıq anlayışını insanların yeganə məqsəd və mərkəzinə çevirən yanılmadır. Başqa sözlə desək, insanı Yaradıcımız olan Allaha iman gətirməməyə, yalnız öz varlığı və mənliyi ilə maraqlanmağa çağırır (Allahı tənzih edirik). Humanizmin bu mənası, xüsusilə də sözün qərb dilindəki istifadəsində özünü daha qabarıq əks etdirir. Humanizmin ingiliscədəki lüğət mənası bu şəkildədir: Bu yazının davamını oxu

Gözəl bir şeyi səhv üsullarla əldə etməyə çalışmamaq…

1779767_539137569534270_2116405673_nİnsanlar həmişə yaxşı bir şeyə nail olmaq və ya gözəl nemət əldə etmək istəyirlər. Ancaq bu məqsədlərinə və ya istədikləri nemətə qovuşmaq üçün səhv üsullardan istifadə edirlər. İstədikləri şeylər və niyyətləri çox gözəl olduğu halda, istifadə etdikləri üsullar səhv olduğu üçün yanlış rəftar etmiş olurlar.

Bu mövzuya gündəlik həyatdan bir neçə nümunə verə bilərik. Məsələn, qaldığı yeri təmizləmək istəyən bir insanın niyyəti gözəldir. Bu yazının davamını oxu

ORQANİZMİMİZİN FASİLƏSİZ ENERJİ MƏNBƏYİ: QLÜKOZA

millerin-sorbasiDəzgahı işlədən yanacaq kimi orqanizmimizi enerji ilə təmin edən qlükozanın suda asanlıqla həll olması hansı xüsusiyyəti sayəsində baş verir?

Qlükozanın hər mayedə əriməsi nə üçün həyati əhəmiyyət daşıyır?

Artıq qlükoza molekulu orqanizmdə necə idarə olunur?

Kifayət qədər qlükoza olmasa, orqanizmdə hansı dəyişikliklər baş verər?

Şəkər xəstəliyi necə əmələ gəlir? Bu yazının davamını oxu

Tatarlar İslamı qəbul etməyi qeyd edirlər

turk-kizlari-gitsin-tatar-kizlari-gelsin_121290_mTatarların əcdadı kimi tanınan Volqa bulqarlarının 21 may 922-ci ildə İslamı qəbul etməsi münasibətilə Tatarıstanın Bolqar şəhərində muzey və abidə açılıb. Tatarıstanın paytaxtı Kazan Kul Şerif məscidində nümayiş etdirilən dünyanın ən böyük Qurani-kərim kitabı da muzeyə gətirilib. 10 iyunda Bolqar şəhərində inşa edilən abidənin ətrafında çox sayda insanın iştirak etdiyi bayram mərasimləri təşkil olunub. Bu yazının davamını oxu

TƏHLÜKƏ DÜŞÜNDÜYÜMÜZDƏN DAHA ÇOXDUR

imagesKosmoloqların apardığı yeni tədqiqat Yeri təhlükə altında qoyan asteroidlərin sayının daha çox olduğunu üzə çıxarmışdır. NASA-nın dünyanı təhlükə altında qoyan asteroidləri müəyyən etmək üçün keçirdiyi NEOWISE proqramı aşağı orbitə istiqamət götürərək planetimizə daxil olma ehtimalı olan 4700 asteroid olduğunu təsbit etmişdir. NASA-nın Kaliforniya, Pasadenadakı Reaktiv İtələmə Gücü Laboratoriyasından Emi Meynzer: “Əldə etdiyimiz rəqəm bizi təəccübləndirdi… Belə bir nəticəni heç düşünmürdük”, – dedi. WISE teleskopunun 2010-2011-ci illərdə əldə etdiyi faktları dəyərləndirən kosmoloqlar Yerdən 8 milyon km məsafədəki göy cisimlərini tədqiq ediblər. Bu göy cisimlərin arasında Yerin atmosferini məhv olmadan keçə bilən çox sayda asteroid olduğu məlum olub. Bu yazının davamını oxu

Məntiq dini, yoxsa İslam əxlaqı?

1932680_541673982613962_428922981_oBir insanın İslam əxlaqına yiyələnməsi ancaq Quran əxlaqını və Peyğəmbərimizin (s.ə.v) sünnəsini qüsursuz yaşaması ilə mümkündür. Bəzi insanlar isə müəyyən zamanlarda Quran əxlaqını və sünnələri yaşayıb, müəyyən zamanlarda isə nəfslərinin istəklərinə uyaraq İslam əxlaqını yaşadıqlarını zənn edirlər. Halbuki, bu, bir aldatmacadır. Bir Quran ayəsində bəzi insanların Allaha şübhə ilə ibadət etdikləri bildirilmişdir:

İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib qayıdar. O, dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur. (Həcc surəsi, 11) Bu yazının davamını oxu

65 Milyon il əvvəl dinozavrlar dövrünə son qoyan meteorit toqquşması

LiveImages_YeniFotoAnaliz_620_Dünya'ya çarpan dev meteorlar_35Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur.

Bu toqquşma ekoloji sistemdə köklü dəyişikliyə səbəb olmuşdur. Toqquşma nəticəsində əvvəlcə böyük sahə məhv olmuşdur. Toqquşmanın ardınca vulkanik partlayışlar, dünyanın hər yerində zəlzələlər, sunamilər, güclü fırtınalar, yanğınlar baş vermiş, turşulu yağışlar yağmışdır. Bu yazının davamını oxu