Aylıq Arxivlər: Sentyabr 2014

Həzrəti Həsənin (ə.s.) həyatı bütün müsəlmanlar üçün nümunədir

nebo-oblaka-zakat-solnce-luchi-4501Əhli-beytdən olan hz. Həsən (ə.s.) Peyğəmbərimizin (s.ə.v.) nəvəsi, hz. Əlinin (ə.s.) oğludur. Peyğəmbərin (s.ə.v.) qızı hz. Fatimə onu hicrətin 3-cü ilində Mədinədə dünyaya gətirib. Hz. Muhəmməd (s.ə.v.) onun qulağına azan oxuyub və adını Həsən qoyub.

Hz. Həsən (ə.s.) uşaqlıqdan Rəsulullaha (s.ə.v.) beyət etmişdi. Onun mükəmməl tərbiyəsi ilə böyümüşdü.

Səkkiz yaşında olarkən əvvəl babası hz. Muhəmməd (s.ə.v.), sonra da anası hz. Fatimə vəfat edir. Bundan sonra, atası hz. Əlinin (ə.s.) tərbiyəsi ilə böyüyür. Bu yazının davamını oxu

XOŞBƏXTLİYİN SİRRİ

156984-1920x1200İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, öz yaradılış məqsədini, Allahın onu sınadığını və Ona qulluq etməklə məsul olduğunu dərk edir. Ona görə, həyatı boyu Allahın rizasını, rəhmətini qazanmağa çalışır və möminlərin əsl yurdu olan cənnətə daxil olmaq üçün cəhd edir.

Xoşbəxtlik isə Allahın saleh qullarına səmimi imanlarına və bağlılıqlarına görə həm dünyada, həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının mənbəyi isə sadəcə imanlarıdır. Allah səmimi imanlarının əvəzində onların qəlbinə xoşbəxtlik və rahatlıq vermişdir. Bu yazının davamını oxu

ŞƏKƏR YEDİYİNİZ ZAMAN BƏDƏNİNİZDƏ ÇALIŞAN NƏHƏNG FABRİKDƏN XƏBƏRİNİZ VARMI?

1362947383_geny-bolezniƏgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə başlayır:

1- Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir, sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur. Bu yazının davamını oxu

QURANDA HƏR MÖVZU AÇIQLANMIŞDIR

islam-coranAllah bütün insanların qaranlıqdan nura çıxması üçün hər mövzunun açıqlamasını və həll yolunu Quranda bildirmişdir. “Nəhl” surəsində Rəbbimiz Quran haqqında belə buyurur:

… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

“Ənam” surəsində isə: “… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. (Ənam surəsi, 38)” – şəklində bildirilmişdir. Bu yazının davamını oxu

MÜSƏLMANIN DANIŞIQ ÜSLUBU

568578-1280x1024Sözün ən gözəlini söyləmək

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Allah Quranda insanlara bir-birlərinə ən gözəl sözləri deməyi əmr etmişdir. İnsan düşünmədən, vərdiş etdiyi şəkildə danışdığı kimi, sözləri diqqətlə seçərək gözəl şəkildə danışmağa da cəhd etməlidir. Allah qatında məqbul olan və insana Allahın rizasını qazandıran ikinci amil isə insanın bacardığı qədər vicdanlı danışmasıdır. Bu yazının davamını oxu

Müasir elmin islami mənşəyi

images14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular. Bu yazının davamını oxu

Bərəkətin qarşısını alan böyük maneə: mal yığmaq həvəsi

8mMal yığıb-toplamaq din əxlaqını yaşamayan insanların həyatları boyu məşğul olduğu onları ən çox qayğılandıran mövzulardan biridir. Dünyada və axirətdə insana fayda verməsə də, malı yığıb-toplamaq niyə bəzi insanlar üçün gözəl əxlaqa sahib olmaqdan daha vacibdir?

Allahın rizasını və cənnəti qazanmaq üçün mallardan necə istifadə etmək lazımdır? Bu yazının davamını oxu

İspaniya, Kordovada 519 il sonra azan oxundu

moscheeƏndəlusun paytaxtı Kordovada xilafətin 1492-ci ildə süqut etməsilə kəsilən azan 519 il sonra ilk dəfə yenidən oxunub. Bu azanla müsəlmanlar ilk dəfə cümə namazı da qılıblar.

8 əsr Avropa torpaqlarında hökmranlıq edən Əndəlus dövlətinin paytaxtı olan Kordovada yerləşən tarixi Kordova məscidinin yanındakı kiçik məsciddə əsrlər sonra yenidən azan səsləri yüksəlib.

İspaniyada İslamın hakimiyyəti sona çatdıqdan sonra azanların səslərinin kəsildiyi və Əndəlus hökmdarlarının 205 il ərzində tikdirdiyi Kordova məscidinin yanındakı məsciddə artıq açıq şəkildə azan oxunub namaz qılınır. Bu yazının davamını oxu

İslam dünyasının “facebook”u yayıma başlayır

global-economy-dubai-propertyİslam dünyasının ən güclü sosial media saytı http://www.salamworld.com tezliklə İstanbuldan yayıma başlayacağı bildirilib.

Saytın qurucularının verdiyi məlumata görə, “İslam dünyasının facebook”u olmağa namizəd olan www.salamworld.com İslam dünyasının tanınmış iş adamları tərəfindən maliyyələşdirilir.

Əsas mərkəzi İstanbulda yerləşən saytın Qahirə, Moskva, London, Dubay, Məkkə, Mədinə, Astana, Nyu-york, Paris və Kuala Lumpur kimi şəhərlərdə şöbələri olacaq. Bu yazının davamını oxu

Qurani-kərim gürcü dilinə tərcümə edilib

Mərmərə universitetinin ilahiyyat fakültəsindən məzun olan gürcü Aziz Mikelatze müqəddəs Kitabımquran-gurcu-dilindeız Qurani-kərimi gürcü dilinə tərcümə edib. Gürcüstanda bundan əvvəl iki dəfə Quranın gürcü dilinə tərcümə edildiyini xatırladan Mikeladze hər iki tərcümənin xristianlar tərəfindən edildiyini və tərcümələrdə ciddi səhvlər olduğunu bildirib. Yeni tərcümə isə daha təkmil formadadır. Bu yazının davamını oxu