Aylıq Arxivlər: Dekabr 2014

700.000 il əvvəl insanların çox yaxşı inşa edilmiş gəmilərlə okeanlara səfər etdiklərini bilirdinizmi?

gemiYaxud  ibtidai “mağara adamı” kimi təqdim edilən insanların əslində dövrümüzdəki rəssamlardan heç də geri qalmayan qabiliyyəti və estetika anlayışı olduğunu eşitmişdinizmi?

80.000 il əvvəl yaşayan və təkamülçülər tərəfindən “meymun adam” kimi göstərilən neandertal irqinin musiqi alətləri düzəltdiyini, geyim zövqünə malik olduğunu, isti qumlarda  gözəl səndəllərlə gəzdiyini bilirdinizmi?

Bunların heç birini eşitməyə bilərsiniz. Əksinə, bu insanların yarı-meymun yarı-insan, danışma qabiliyyətindən məhrum, dik dura bilməyən, yalnız qırıq-qırıq səslər çıxaran, vəhşi mağara adamları olduğunu düşünə bilərsiniz. Çünki bu böyük yalan təxminən 150 ildir dünyanın hər tərəfində insanlara təlqin edilir. Bu yazının davamını oxu

Qılınc balığındakı hikmətli yaradılış nümunələri.

bluemarlin1Sürətli üzə bilmələrinin səbəbi bədən quruluşlarıdır:

Qılınc balıqlarının bədən forması sualtı silah kimi istifadə edilən bombaya bənzəyir. Kürək üzgəcinin ön tərəfi oraq formasında və yüksək olub, sinə üzgəcləri uzun, iti və qarnına yaxın yerləşmişdir. Quyruğunun yan tərəflərində uzunlamasına bir xəncər var. Quyruq üzgəci oraq formasında olub, çox güclüdür. Gövdəsi qabarcıqlarla örtülmüşdür və qarın üzgəcləri yoxdur. Balığın malik olduğu bu xüsusiyyətlər, əslində, onun sürətlə üzməsi üçün yaradılmışdır. Belə ki, bu canlı saatda 96 km sürətlə üzür və 60 saniyədə 1.500 metr məsafəni qət edir. Qılınc balığının malik olduğu bu xüsusiyyət insanlara heyvanlardakı möhtəşəm yaradılış dəlillərini görmək və bu vasitə ilə Allah’ın qüdrətini haqqı ilə təqdir edib, Onu təriflə ucaltmaq üçün kifayətdir. Bu yazının davamını oxu

Xəstəliklərin ardındakı gizli hikmətlər

img1275839Gələcəyi üçün qurduğu planların həmişə istədiyi kimi baş verməsini istəyən, başqa ehtimalları nəzərə almayan bir insan düşünək. Bir xəstəliklə və ya qəza ilə bu insanın bütün həyatı bir anda alt-üst olacaq. Çünki qurduğu planlarına xəstəlik və ya qəza kimi hadisəni daxil etməmişdir. Hətta bir çox insan sağlam olarkən hər gün minlərlə insanın başına gələn bu cür hadisələrlə qarşılaşacağını heç düşünməmişdir.

Bu cür insanlar belə vəziyyətdə dərhal üsyan edirlər. “Nə üçün mənim başıma belə bir hadisə gəldi?” kimi düşüncələrlə qədərə zidd davranırlar. Bu yanlış məntiqlə hərəkət edən, din əxlaqından uzaq yaşayan insanlar xəstəlik və ya qəza zamanı təvəkkül etməz, başlarına gələn hadisələrə xeyir gözü ilə baxmazlar. Bu yazının davamını oxu

Son illərdə müsəlman ölkələrində baş verən ictimai iğtişaşlarHz. Mehdinin (ə.s) çıxış əlamətlərindəndir

img1513043Peyğəmbərimizin (s.ə.v) axırzaman və hz. Mehdinin (ə.s) çıxış əlamətləri ilə əlaqədar verdiyi ətraflı məlumatlar bir-birinin ardınca zühur edir. Hədislərdə bildirilən əlamətlər arasında müsəlman ölkələrində baş verən hadisələrdən də bəhs edilmişdir. Peyğəmbərimizdən (s.ə.v) edilən rəvayətlərdən məlum olur ki, müsəlman ölkələrində baş verən qarışıqlıqlar, fitnələr və böyük hadisələr hz. Mehdi (ə.s) çıxana qədər davam edəcək (doğrusunu Allah bilir).

Hal-hazırda müsəlman ölkələrində müharibə və qarşıdurmalar, terror, şiddət, anarxiya, qarışıqlıq, qırğınlar, işgəncələr və əxlaqi degenerasiya dözülməz həddə çatıb. Bu yazının davamını oxu

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

president_141011_1Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd etmişdir. Dini-mənəvi dəyərlərlə bağlı ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin yüksək səviyyədə keçirildiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğuladı. Bu yazının davamını oxu

İlham Əliyev: “Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır”.

hamiaallii10 oktyabr 2011-ci il tarixində Bakıda “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişlər. İlham Əliyev tədbirdə bir çox vacib mövzuya toxunmuşdur: Bu yazının davamını oxu

Musa (ə) kimi iman etmək, Hz. Musa (ə) kimi Allaha güvənmək, Hz. Musa (ə) kimi Allahın köməyindən əsla ümid kəsməmək…

İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalryan-kwanten-portret-vzglyadandıq! (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” (Şüəra surəsi, 61-62)

Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi yaxındır! (Bəqərə surəsi, 214) Bu yazının davamını oxu

Elm Xəbərləri

zeka-gelişimine-katkı-besinler-resimBeyin xəstəliklərində cığır açan kəşf 

Degenerativ sinir sistemi xəstəliklərində beyin toxumasının ölməsinin qarşısını alan ilk kimyəvi birləşmənin kəşfi alzeymer, parkinson və hantinqton xəstəliklərinin müalicəsi üçün tibb dünyasında həyəcana səbəb olub.

İngiltərədəki Leysester Universitetində siçanlar üzərində keçirilən təcrübələrdə beyini süngərə çevirən prion xəstəliklərindən qaynaqlanan beyin hüceyrəsi ölümünün qarşısının alınacağı məlum olub. Təcrübələr beyin hüceyrələrinin təbii immun mexanizmi üzərində aparılır. Prion xəstəliklərə yol açan virus beyin hüceyrəsini ələ keçirdikdə viral zülalların toplanmasına səbəb olur. Buna reaksiya verən hüceyrələr virusun yayılmasının qarşısını almaq üçün zülal sintezini dayandırır. Lakin bir çox degenerativ sinir sistemi xəstəliyi xətalı zülal sintezindən irəli gəlir. Bunların da bənzər immun mexanizmini işə salması ciddi nəticələr doğurur. Beyin hüceyrələri zülal sintezini dayandırdıqda xətalı zülallar aclıqdan ölür. Bu proses beyində bütün neyronlarda təkrarlandıqda hərəkət və ya hafizə itkisinə səbəb olur, hətta ölümlə nəticələnir.

Bu prosesi dayandıran metod bir çox degenerativ sinir sistemi xəstəliyinin müalicəsində tətbiq edilə bilər. Tədqiqatçıların istifadə etdiyi kimyəvi tərkib bu immun mexanizminin işə düşməsinin və degenerasiyanın qarşısını alır. Bu yazının davamını oxu

İslam Dünyasında Keçən Ay

cvAlmanlar açıq məscid günündə İslamla tanış olurlar

Almaniyada 2000-dən çox məscid var. Bu məscidlər bu gün müsəlmanlarla yanaşı, fərqli din və məzhəblərdən olan bütün inananlara açıqdır. Almaniyadakı İslam qurumları iki Almaniyanın birləşdiyi 3 Oktyabr Birlik Günündə 16 ildir ki məscidlərdə açıq qapı günü təşkil edirlər. Məscidlərdə keçirilən açıq qapı günündə bu il qlobal istiləşmə, hava kirliliyi, su sıxıntısı kimi mövzulardan ibarət “Təbiəti qorumaq üçün məscidlər səfərbərdir” mövzusu müzakirə olunur. İslam haqqında məlumat almaq istəyən çoxlu sayda alman məscidlərin açıq qapı günündə iştirak edərək müsəlmanları daha yaxından tanımaq imkanı əldə edir. Bu yazının davamını oxu

HƏŞƏRATLARIN GÜCLÜ QANADLARI

heseratBütün həşəratların qanadlarında damarlar var. Həşərat böyüdükdə damarlar qan daşıyır. Lakin daha sonra damarlar sərtləşir və həşəratın qanadlarını da çərpələngin çərçivəsi kimi sərtləşdirir. Bir çox həşərat qanadlarını həddindən artıq sürətlə çırpır. İnsan gözü həşərat qanadlarının hərəkət sürətini müşahidə edə bilmir. Məsələn, eşşək arıları, bal arıları və milçəklər bir göz qırpımı qədər qısa olan bir saniyədə təqribən 200 dəfə qanad çırpırlar. Forcipomyia kimi həşəratlar isə bir saniyədə 1000 dəfə qanad çırpır. Əgər qanadlardakı damarlar olmasaydı, həşəratların qanadları parçalanaraq qopardı. Göründüyü kimi, həşərat qanadlarında çox xüsusi, bənzərsiz dizayn və ağıl var. Bu ağılın sahibi də, şübhəsiz ki, hər şeyi ən incə təfərrüatına qədər planlaşdıran Allah`dır.