Aylıq Arxivlər: Fevral 2015

Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsindən

14175491716086860473_750x500Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir.

Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsindən. 28.11.2014

Fosillər

скачанные файлы (2)

İkitaylı molyusk

Dövr: Paleozoy erası, Devon dövrü
Yaşı: 410-360 milyon il
Bölgə: Ceferson, İndiana, ABŞ
410-360 milyon ildir eyni olan ikitaylı molyusklar canlıların bir-birlərindən törədiyini və mərhələli şəkildə inkişaf etdiyini iddia edən təkamülçülərə meydan oxuyur. Bu canlılar təkamül keçirməyib yaradıldıqlarını göstərirlər. Bu yazının davamını oxu

Yerin özünəməxsus temperatur intervalı

25132455_uuuuAmerikalı geoloqlar Frank Press və Reymond Siver Yer səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Geoloqlar bildirirlər ki, həyat sadəcə məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı ehtimal olunan temperaturların təqribən 1%-ini təşkil edir. Yerin temperaturu məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)

Bu temperatur intervalının qorunması, əlbəttə, Günəşlə Yer arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqədardır. Hesablamalara əsasən, Yerə gələn Günəş enerjisində 10% azalma olsa, yer üzü metrlərlə qalınlıqda buzlaq təbəqələri ilə örtülər. Enerji bir az artıq olduqda isə bütün canlılar yanaraq ölər. Bu yazının davamını oxu

Yer kürəsinin ölçüsü və daxili quruluşundakı ideal rəqəmlər

скачанные файлыYer kürəsi ilə Günəş arasındakı məsafə, fırlanma sürəti və yer üzünün landşaftı qədər ölçüsü də mühüm əhəmiyyət kəsb edir. Yer kürəsi canlıların mövcud olması və yaşaması üçün məhz lazımi ölçüdədir.

Yer kürəsini kütləsinin 8%-ini təşkil edən Merkuri və ya Yerdən 318 dəfə böyük olan Yupiterlə müqayisə etdikdə planetlərin müxtəlif ölçülərdə olduğunu görürük. Aydındır ki, bu qədər müxtəlif ölçüyə malik planetlər arasında Yer kürəsinin təsadüfən məhz lazımi ölçüdə olması qeyri-mümkündür.

Yerin nüvəsindəki ağır elementlərin növü, miqdarı və reaksiya sürəti Yeri əhatə edən qoruyucu maqnit sahəsinin əmələ gəlməsində mühüm rol oynayır. Bu yazının davamını oxu