Aylıq Arxivlər: Sentyabr 2015

Nümunəvi Quran nəsli formalaşdırmağın əhəmiyyəti

quranİçərinizdə  yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)

Bir çox insanlar özlərinə başqa birisini örnək alır və ona bənzəməyə çalışırlar. Hətta danışıq və hərəkətlərinə qədər o şəxsi təqlid edir, həyat tərzinə pərəstiş edirlər. Lakin bu nümunələrin ya hamısı bir çox yöndən əksik olur, ya da tamamilə insanları yanlış yola sürükləyən əxlaq və anlayışa sahib olur. İnsanlar üçün əxlaq və davranış baxımından ən gözəl nümunə Peyğəmbərimiz hz. Muhəmmədir (səv). Peyğəmbərimizin (səv) üstün əxlaq və davranışının qaynağı isə Qurandır. Bu yazının davamını oxu

Kirpi balığı şişərkən nəfəsini tutmur

BalonBalığıKirpi balığı yaxınlıqda təhlükə hiss etdikdə tikanlı dərisi dəqiqələr ərzində kürə formasını alır. Kirpi balığının şişməsi onu yem olmaq riskindən xilas edir. Kürə formasını aldıqda balıq dərin nəfəs alıb nəfəsini tutmuş kimi görünür. Ancaq şişkin vəziyyətdə də nəfəs almağa davam edir.

Kirpi balıqları şişmək üçün elastik mədələrini sürətlə su ilə doldururlar. “İtkin balıq Nemo” filmində kirpi balığı bloat da su topu kimi şişərək komik şəkildə suda üzməyə başlayırdı. Ancaq kirpi balıqlarının hava ilə şişmədiyi üzə çıxdı. Bu yazının davamını oxu

İsraf etməmək nə üçün vacibdir?

israfQuranda “Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir!” (Tur surəsi, 28) ayəsi ilə bildirildiyi kimi, Allah insana bütün həyatı boyu yaxşılıq edir, bənzərsiz nemətlər bəxş edir. Hər şey Onun dərgahındandır. Bütün gözəlliklər, incəliklər, nemətlər Rəbbimizin sonsuz ağlının təcəllilərindəndir:

O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah`ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34) Bu yazının davamını oxu

İslam xəbərləri

mescidMüsəlman albanların xəyalı reallaşır

Albaniya Müsəlman Birliyinin rəhbəri Bruçay: “Albaniyadakı müsəlmanlar illərdir səbirlə gözlədikləri, xəyalını qurduqları gözəl məscidə qovuşacaqlar”, -deyib.

Albaniya Müsəlman Birliyi (Diyanət İşləri) rəhbəri Skender Bruçay paytaxt Tiranada inşa ediləcək Böyük Məscidin inşaat icazəsi ilə bağlı bütün problemlərin həll edildiyini və Diyanət İşləri Nazirliyi ilə məscidin inşasına qısa müddətdə başlanacağını deyib.

Bruçay açıqlamasında Din İşləri Nazirliyinə Tiranadakı məscid layihəsinə dəstək olduğuna görə təşəkkür edib. Bu yazının davamını oxu

İnsan özünü mənfi düşüncələrə təslim etməməlidir

insan1Bəzən insan hər hansı məsələdə cəhd etməsə də, yaxşı nəticə hasil olacağına inanır. Halbuki bu, tamamilə yanlış fikirdir. Heç bir müsbət nəticə səy göstərmədən öz-özünə hasil olmaz. Bu, Allah’ın insanlar üçün yaratdığı imtahanın qanunudur.

İnsanın nəfsində yaxşılıq və pislik birlikdədir. Bu da Allah’ın insanlar üçün yaratdığı imtahanın başqa xüsusiyyətidir. İnsan həyatının son saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır. Nəfsini özbaşına qoyduqda nəfsindəki yaxşılıqlar əsla öz-özünə pisliklərə üstün gələ bilməz. Bu yazının davamını oxu

İman uşağın qəlbinə yerləşdirilsə, həm dünyası, həm də sonsuz axirəti xilas olar

22Gözlə görünməyən kiçik hüceyrə doqquz ay boyunca ana bətnində möhtəşəm yaradılışla ağılı olan, ruhu olan bir insana çevrilir. Bu möhtəşəm yaradılışın hər mərhələsini seyr edən valideynlər böyük həyəcanla körpələrini qucaqlarına alacaqları günü gözləyirlər. Uşaq damarlarından qəlbinə, əllərindən beyninə, əzələlərinə və trilyonlarla hüceyrəsinə qədər Allah tərəfindən böyük bir sənətkarlıqla dünyaya gətirilir. Doğuşla birlikdə ana və ata həyatlarının sonuna kimi göz bəbəkləri kimi baxacaqları övladlarına qovuşur, onu sevgi ilə qucaqlarına alırlar. Allah bir ayəsində bu mərhələni belə təsvir edir: Bu yazının davamını oxu

Hansı çiçəklərdən nektar toplandığını xatırlayan kolibrilər

23Kolibrinin ürəyi normal vaxtda təqribən 1000 dəfə, uçduqda 1200 dəfə döyünür. Bu quşlar sürətli maddələr mübadiləsinə görə çox enerji sərf edirlər və bu enerjini əldə etmək üçün xüsusi qidalanma sistemi ilə yaradılıblar.

Kolibrinin qidası çiçək nektarıdır. Qidalanarkən digər quşlardan fərqli olaraq havada sərbəst dayanır. Qanadlarını saniyədə ən az 60 dəfə 8 rəqəmi formasında çırparaq havada asılı qalır və bədənlərini tərpətmədən çiçək nektarını toplayır.

Kanadada Letbric Universitetində biologiyanın davranış ekologiyası sahəsində elmi fəaliyyət göstərən və kolibrilər ilə bağlı tədqiqat aparan professor A.Hörli (Andrew Hurly) bu canlıların həyatda qalması üçün vacib xüsusiyyətlərini kəşf edib. Bu yazının davamını oxu

İnsanla meymunun eyni əcdaddan yaranması barədə hekayələr hansılardır?

insanTəkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır.

Təkamülçülər yox olmuş meymun növlərinin kəllə və sümüklərini kiçikdən böyüyə doğru düzmüş, bu silsiləyə nəsli kəsilmiş insan irqlərinə aid kəllələri də əlavə edərək insanın təkamülü ssenarisini yazmışlar. Ssenari belədir: Bu yazının davamını oxu

Planet formalaşmasının ən dəqiq fotoşəkili çəkilib

alma-HL-Tau“Alma” radioteleskopu körpə ulduzun ətrafında əmələ gələn planetlərin indiyə qədərki ən dəqiq görüntüsünü çəkib.

BBC-nin verdiyi xəbərə əsasən, teleskopun çəkdiyi fotoşəkildə hələ bir milyon yaşı olmayan, Buğa bürcündə yerləşən “HL Tau” ulduzunu əhatə edən böyük toz və qaz buludundakı tünd halqa formasındakı boşluqları orbitdəki körpə planetlər əmələ gətirir.

Yer kürəsindən 450 işıq ili uzaqlıqda, mərkəzi “HL Tau” ulduzu olan bu proses “Alma” radioteleskopunun yeni yüksək meqapikselli xüsusiyyətləri sayəsində görüntülənib. Bu yazının davamını oxu

Müdafiə sistemimizdə fəal orqanlarımız

  • 46İmmun sistemimiz olmasaydı, həyatımızı davam etdirə bilərdikmi?
  • Bu sistem bəzi funksiyalarını tam yerinə yetirməsəydi, necə yaşayardıq?

İnsan orqanizminin ən əsas sistemlərindən biri olan immun sistemi həyati əhəmiyyətli funksiya daşıyır. İnsan fərqinə varmasa da, bu sistemin bütün fərdləri eynilə bir ordu kimi onun bədənini qoruyurlar. Bakteriya, virus və digər yad orqanizmlərə qarşı bədəni qoruyan immun hüceyrələrinin qeyri-adi qabiliyyətləri var. Bu hüceyrələrin orqanizmdə müdafiə zamanı göstərdikləri zəka, səy və fədakarlıq nümunələri bunları öyrənən hər insanı heyrətləndirəcək Bu yazının davamını oxu