Dünya yoxsulluq lobbisi

dunya-yoxsulluq-lobbisiDünyada demək olar ki, hər ölkədə insanların əksəriyyəti yoxsulluqdan şikayət edir. Dünyanın təbii ehtiyatlarının tükəndiyinə, əhalinin çoxaldığına, imkanların məhdudlaşdığına inanırlar. Bu insanlar əllərindəki məhdud imkanlarla yaşadıqca, demək olar ki, hər gün daha da yoxsullaşırlar. Artıq əksəriyyət dünyada insanların aclıqdan ölməsinə heç təəccüblənmir də.

Lakin bilmədikləri bir şey var. Doğrudur, dünya yaşlanıb. Ancaq dünyanın bütün təbii ehtiyatları indiki dünya əhalisinin ehtiyacını iki qat təmin etməyə və rahat yaşatmağa kifayət edər. Buna görə də insanların yoxsullaşaraq təbii ehtiyatları əldə edə bilməməsinin səbəbi resurs qıtlığı deyil, uzun zamandır fəaliyyətdə olan yoxsulluq lobbisidir.

İngiltərə Oksford universitetinin nəzdində tədqiqatlar aparan beynəlxalq qeyri-hökumət təşkilatı OXFAM-ın son hesabatına əsasən, dünyada yaşayan 85 nəfər 3.5 milyard insandan, yəni dünyanın yarısından daha zəngindir.1 Dünyanın ən kasıb 48 ölkəsinin ÜMG-si (ümumi milli gəlir) isə dünyanın ən varlı 3 şəxsinin var-dövlətindən azdır. Başqa sözlə, 3 nəfərin bütün sərvəti ilə 48 ölkənin əhalisi dirçələ bilər.

Bütün dünya əhalisinin təhsil almaq üçün 6 milyard dollara, əsas qida resursunu əldə etmək üçün isə 13  milyard dollara ehtiyacı var. Bu ehtiyac hər kəsin gözü önündə ikən Avropada ətirlərə 12 milyard dollar, Avropa və ABŞ-da pişik və it yeməklərinə 17 milyard dollar, ABŞ-da isə arıqlamaq üçün 50 milyard dollardan çox pul xərclənir. Təkcə ABŞ-da hərbi vəsaitə xərclənən pul 640 milyard dollardır.

Bu statistikanı verməkdə məqsədimiz dünyanın yoxsullaşması üçün, əslində, heç bir təbii səbəbin olmadığını göstərməkdir. Əlbəttə, insanlar ətirlərə və ya it yeməklərinə pul xərcləyə bilərlər, lakin bunu edərkən digər insanları da düşünməliyik. Onların aclıqdan və ya yoxsulluqdan ölməsi üçün heç bir səbəb yoxdur. Dünya hər kəsə kifayət edər.

Ancaq xüsusi yaradılmış yoxsulluq lobbisi buna imkan vermir. İnsanlar və ölkələr yoxsullaşdırılaraq istismar siyasəti həyata keçirilir. Sahibləri heç vaxt bilinməyən və 102 illik fəaliyyətində hökumət tərəfindən nəzarət edilə bilməyən Amerika Mərkəzi Bankı (FED) yalnızca virtual puldan istifadə edərək bütün dünya iqtisadiyyatını öz əlində saxlayır. Müharibələr bu lobbinin də, mərkəzi banklarının da əsas gəlir mənbələrindəndir. Son 10 ildə ABŞ-da qeyri-sənaye istehsalı 19% nisbətində azaldığı halda, hərbi istehsalda 123% nisbətində artımın olması diqqəti cəlb edir. Eyni dəyərləndirmədə diqqətə alınan digər məqam isə hərbi iqtisadiyyatın digər iqtisadi sahələrdən üç dəfə böyük olmasıdır.2

Dünyanın 99%-inə maddi mənada onun yalnız 1%-i hökm edir.3 Dünya təbii sərvətləri təkcə 1%-lik hissənin əlində cəmlənib, buna görə də insanlar gündən-günə yoxsullaşır, BMT: “Pul mənbəyi tapa bilmirik”, -deyərək məcburi köçkünlərə qida yardımını dayandırır.

Ölkələrin əhalisi yoxsullaşdırılarkən, bir də yoxsullaşdırılmalı ölkələr kateqoriyası vardır. Bu ölkələrin ən əsas xüsusiyyəti sahib olduqları təbii sərvətlərlə diqqəti cəlb etmələridir. Əhalisinin 36%-i həddindən artıq aşağı səviyyədə yaşayan, uşaqları işləməyə məcbur olan Əfqanıstan, Yaxın Şərqdə ən böyük qətliamlar baş verən İraq, soyqırımla qarşılaşan Myanma və bütün Afrika sahib olduğu zəngin təbii sərvətlərə baxmayaraq, müharibə və qıtlıqdan xilas ola bilmir. Bunlardan Afrika hələ də köhnə müstəmləkəçilərin nəzarəti altında hərəkət etməyə məcburdur. Çünki uran, neft, almaz, təbii qaz kimi dəyərli yeraltı sərvətlərə sahib olmasına baxmayaraq, bunları emal edə biləcək sənayeyə və ixrac edə biləcək hər hansı nəqliyyat xəttinə sahib olmasına heç vaxt imkan verilməyib. Sənaye və ixrac gücünə sahib olan ölkələr təbii sərvətləri bu ölkələr adından deyil, öz adlarından emal edərək istifadə edirlər. Bu ölkələrdə müharibə və qıtlığın heç vaxt azalmaması heç də təəccüblü deyil.

Yoxsulluq lobbisinin dünya səviyyəsindəki fəaliyyəti artıq inkişaf etmiş ölkələri də rahat qoymur. Fransada evsizlərin sayı 50% artarkən, 3.6 milyon insanın da daimi evi yoxdur. Londonun arxa küçələrində aclıq artarkən, ABŞ-da evsiz uşaqların sayının 2.5 milyona çatdığı bildirilir.

Ən qorxunc fəlakətlərlə qarşılaşdığımız, nifrəti ən şiddətli şəkildə gördüyümüz və demək olar ki, insanın dəyərdən tamamilə düşdüyü xüsusi dövrdəyik. Dünyanın sonuna yaxınlaşdıqca yaxşılarla pislərin mübarizəsini hər zaman görəcəyik. Pis olanlar həqiqətən pis olacaq, yaxşıların isə çətin mübarizədəki səyləri çox dəyərli olacaqdır.

Qurandakı İslam iqtisadi natarazlığı, varlı-kasıb uçurumunu, istismar mexanizmlərini və hər cür ədalətsizliyi aradan qaldıran möhtəşəm ədalətli sistemi tərif edir. Müsəlmanların isə bu ədalətli sistemi tətbiq etməyə və bununla dünyanı xilas etməyə gücləri çatar. Lakin bunun üçün birlikdə hərəkət etməlidirlər. Bu birliyi təmin etmək üçün isə, həqiqətən, dünyadakı ədalətsizliyi aradan qaldırmaq və məzlumları xilas etməyi hədəf almalıdırlar. Yalnız öz mənfəətini düşünən bir sistemin müsəlmanlara da çətinlik və zülm gətirdiyi açıq-aşkardır.

Müsəlmanlar öz mənfəətlərini, öz rahatlığını düşünən istismar sisteminin bir hissəsi olmaqdan çəkinməlidirlər. Bəşəriyyətin bu böyük problemi qarşısında xilaskar kimi davranmalıdırlar. İstismar sisteminin arxasına düşüb öz mənfəətini qorumağa çalışan, “mənə toxunmayan ilan min il yaşasın” məntiqi ilə kənara çəkilməməlidirlər. Bu bərabərsizliyə və istismar lobbisinə diqqət çəkərək və Qurandakı ədalətli sistemi tanıdaraq gücləndirməlidirlər. Hər kəsin istismar edildiyi bu dəhşətli sistemi məhv edəcək həll yolunu həyata keçirmək mümkündür. Müsəlmanlar hz. Süleymanın (əs) yoxsulluq lobbisini məhv edərək dünyaya bəxş etdiyi rifahın əsrimizdəki aparıcı qüvvəsi ola bilərlər. Lakin əvvəlcə, dünyaya yalnız rahat yaşamaq üçün deyil, imtahan edilmək üçün gəldiklərini xatırlamalıdırlar. Bütün çarəsiz insanlardan müsəlmanlar məsuldurlar (Quran, 4/75). Allah isə doğru yolda birlikdə cəhd edənlərin yolunu hər zaman açır.

Advertisements

Oktyabr 2, 2015 tarixində Düşünən İnsan №38, Düşünən İnsan(Hamısı) içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: