Sekvoya qozası

sekvoyaDövr: Kaynozoy erası, Eosen dövrü

Yaşı: 52-43.6 milyon il

Bölgə: Kaşe Krik, Britaniya Kolumbiyası, Kanada

52-43.6 milyon illik sekvoya qozaları canlıların təkamül keçirmədiyinin dəlillərindən biridir. Milyon illər əvvəlki sekvoyalarla dövrümüzdəkilər arasında heç bir fərq yoxdur və bu, canlıların təkamül keçirmədiyini göstərir.

Omar (dəniz xərçəngi)

Dövr: Mezozoy erası, Tabaşir dövrü

Yaşı: 146-65 milyon il

Bölgə: Bear Pav, Kanada

150 ildir əldə edilən fosil qeydləri canlı növlərinin əsla dəyişmədiyini və bir-birinə çevrilmədiyini sübut etmişdir. Dövrümüzdə yaşayan nümunələrindən heç bir fərqi olmayan 146-65 milyon illik omar fosili bu həqiqəti bir daha vurğulayır.

Sıçrayan hörümçək

Dövr: Kaynozoy erası, Oliqosen dövrü

Yaşı: 25 milyon il

Bölgə: Santyaqo yaxınlığındakı dağlıq bölgə, Dominikan Respublikası

Bu kəhrəba parçasında salticidae fəsiləsinə aid sıçrayan hörümçək görünür. Boylarından 50 dəfə hündürlüyə tullanaraq ovlarını tutduqlarına görə onlara bu ad verilib. Başlarının ön tərəfində yerləşən dörd ədəd gözlə yanaşı, bu gözlərinin üstündə dörd kiçik gözləri də var. Qüsursuz quruluşa malik gözləri ilə ovlarını müəyyən edirlər. Milyon illər əvvəl yaşayan sıçrayan hörümçəklər eynilə dövrümüzdəkilər kimi tam, qüsursuz quruluşdadırlar. Bu quruluşlarında milyon illər boyu heç bir dəyişiklik olmayıb. Şəkildəki 25 milyon illik kəhrəba da bu faktı sübut edir.

Yarpaq zərərvericisi

Dövr: Kaynozoy erası, Oliqosen dövrü

Yaşı: 25 milyon il

Bölgə: Dominikan Respublikası

Şəkildəki 25 milyon yaşındakı yarpaq zərərvericisi dövrümüzdəki yarpaq zərərvericilərinin eynisidir. Milyon illər keçməsinə baxmayaraq, heç bir dəyişikliyə məruz qalmayan yarpaq zərərvericiləri təkamül nəzəriyyəsini təkzib edir.

Advertisements

Oktyabr 2, 2015 tarixində Düşünən İnsan №38, Düşünən İnsan(Hamısı) içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: