İslamın əsl üzü

islam“Dənizdə günəş qəbul edərkən ya da muzeydə gəzərkən üzərilərinə ölüm yağan turistlər…”

“Yandıraraq, boğaraq, güllələyərək və ya başını kəsərək həyata keçirilən edamlar…”

Bu gün Nyu-York və ya Parisdə yoldan keçən birindən: “İslam deyəndə ağlınıza nə gəlir?” -deyə soruşduqda çox güman bu cavabları alacaqsınız.

Qərbdə də, Yaxın Şərqdə də bir çox insan, əslində, bu edilənlərin İslamla əlaqəsinin olmadığını düşünür və bunu dilə gətirir. Ancaq bu açıqlamalar İslam haqqında yaranmış fikri dəyişmir. Avropada müsəlman düşmənçiliyi getdikcə artarkən, Quranda təsvir edilən gerçək İslamı təsirli şəkildə anlada bilmədiklərinə görə ilk növbədə müsəlmanların özləri zərər çəkir.

Bu halda müsəlmanların üzərinə böyük məsuliyyət düşür. İlk öncə İslamın Quran əvəzinə saxta mənbələrlə yanlış tanıdıldığı göstərilməlidir. İslamda müasir demokratiyalarda və dövlət quruluşlarında olmalı olan bütün azadlıqların mövcud olduğu sübutları ilə birlikdə izah edilməlidir. Bu gün müsəlmanlara qarşı irəli sürülən ən böyük tənqid demokratiyanın əsası olaraq qəbul edilən hüquq və azadlıqların İslamda olmadığı istiqamətindədir. Bu səbəbdən, bir çox qərb mütəfəkkir və siyasətçiyə görə İslam və demokratiyanın uyğunlaşması əsla mümkün deyil.

Halbuki insanlığın 14 əsr öncə tanıdığı müsəlmanların müqəddəs kitabı Qurani-kərim Avropa İnsan Hüquqları Bəyannaməsinin təqdim etdiyi azad həyat tərzindən daha da artığını ehtiva edir. Peyğəmbərimiz (səv) tərəfindən qüvvəyə minən və tarixin ilk konstitusiyası olaraq qəbul edilən Mədinə müqaviləsi tarixin ən demokratik konstitusiyasıdır.

İnsan hüquqlarının ən əsas maddəsi yaşamaq hüququdur. İnsan Hüquqları Bəyannaməsində mövcud olan 2-ci maddə ilə müəyyən hallar istisna olmaqla hər kəsin yaşamaq hüququnun qorunduğu qeyd edilmişdir. Qurani-kərimdə də 5-ci surənin 28-30-cu ayələrində qəsdən adam öldürmənin böyük günah olduğundan bəhs edilir. 32-ci ayədə isə bir insanın öldürülməsi bütün insanlığın öldürülməsinə bərabər tutulur. Qurana görə, insan öldürməyə ancaq zəruri müdafiə şəraitində yol verilir. Avropa İnsan Hüquqları Bəyannaməsində də qiyam və üsyanların qarşısını alma halı istisna olduğu kimi, Quran ayələrində də öldürməyə dair ayələr ancaq müharibə zamanı özünü müdafiə etməyə işarə edir. Müharibə Qurana görə ancaq hücum zamanında müdafiə məqsədi ilə əl atılacaq və mütləq müəyyən əxlaqi sərhədlər daxilində  həyata keçirilən arzu olunmayan məcburiyyətdir. Yəni qarşı tərəfdən hər hansı bir hücum olduğu zaman müsəlmanlar öncə sülh və razılığa üstünlük verməlidir. Ancaq qarşı tərəf sülhü rədd etdikdə və müharibə qaçılmaz olduqda müsəlmanlar özlərini müdafiə etmək məcburiyyətində qalır.

Burada bunu xatırladaq ki, Quran ayələrində başqa inancdan olanların və ya İslamın tələblərini yerinə yetirməyənlərin öldürülməsi hökmü əsla mövcud deyil. Əksinə, Quranda dində əsla məcburiyyətin olmadığı bildirilmiş və bütün inanclı və inancsız insanları belə ehtiva edən demokratik model təsvir edilmişdir.

Quranda insanların təhlükəsiz və sülh içində yaşaması üçün şərait yaradan çoxlu sayda ayə mövcuddur. Məsələn, «Tövbə» surəsinin 6-cı ayəsində müsəlman olmayan və Quranda əxlaqi olaraq qınanan insanların təhlükəsizliyi məsələsində müsəlmanlar öz həyatlarını təhlükəyə atsalar belə, çox həssas olmaları əmr edilmişdir. Bu xüsus Avropa İnsan Hüquqları Bəyannaməsinin 5-ci maddəsində mövcud olan azadlıq və təhlükəsizlik hüququ ilə tam uyğunluq təşkil edir.  Qurani-kərimdə ədalətin təmin edilməsi məsələsində ən üst səviyyədə həssaslıq göstərilməsi, müsəlmanların özlərinin və yaxınlarının əleyhinə olsa belə, ədalətlə hökm etmələri əmr edilmişdir. (4/135)

Bəyannamənin 9-cu maddəsində hər kəsin düşüncə, vicdan və din azadlığı olduğu bildirilir. İslam isə insanlara düşünmə və düşüncəni ifadə etmə azadlığını verən, insanların hər cür hüququnu qoruma altına alan bir dindir. Qurani-kərimdə yer alan bir çox ayə bu gerçəyi açıq şəkildə ortaya qoyur. «Bəqərə» surəsinin 256-cı ayəsində dində məcburiyyətin olmadığı bildirilmişdir. Başqa bir ayədə Allah insanlara İslam peyğəmbərinin məcbur etmədiyini, yalnız öyüd verdiyini xatırladır. (88/21-22)

Qurana əsaslanan İslam əxlaqına görə, hər müsəlman yaşadığı cəmiyyətdə hər bir düşüncənin və inancın rahat şəkildə ifadə edilməsinə açıq olmalı, qarşısındakının həyatına, fikirlərinə hörmət etməlidir. Belə bir müsəlman din əxlaqına uyğun olmayan, hətta dinsiz ideologiyaların belə rahatlıqla anladıla bilməsini istəyir ki, bu şəkildə, bu fikirlərə qarşı lazımi cavabı elmi və ideoloji olaraq tam verə bilsin. Düşüncə və ideologiyaların təzyiq altına alınıb qadağan edilməsi müsəlman üçün asanlıq deyil, əksinə, təbliğini və elmi mübarizəsini daha da çətinləşdirən amildir.

Bu gün beynəlxalq mediada İslamın terrorizm, sənət və elm düşmənçiliyi ilə eyniləşdirilməsinə səbəb olan görüntülərin səbəbi Quranın deyil, xurafatçı şərhlərin və bəzi saxta rəvayətlərin dinin əsası olaraq qəbul edilməsidir. Ona görə azadlığın, tolerantlığın, yaşamaq hüququnun, sənətin və elmin İslamın ayrılmaz parçası olduğunu anlatmaq lazımdır. İslam gözəllikdir, sevgidir, sülh və demokratiyadır. İslam insanlara hüquq və azadlıqlar bəxş edir.

Advertisements

Oktyabr 16, 2015 tarixində Düşünən İnsan №38, Düşünən İnsan(Hamısı) içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: