Kateqoriya Arxivləri: Düşünən İnsan № 1

Peyğəmbərlərin sahib olduğu yüksək imanda qorxaqlıq, təlaşa qapılmaq, kədərlənmək, küsmək, hirslənmək kimi hallar yoxdur

FJX9qUPMöminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)

Ayədə bildirildiyi kimi “heç bir şəkk-şübhəyə düşmədən iman etmək” həqiqi imanın təməl əsaslarından biridir. Müsəlman Allahın varlığına qəti olaraq inandığı kimi, imanında heç vaxt tərəddüdə düşməz, Allahın hər an onu gördüyü və eşitdiyinin şüurunda olar, həyatı boyu Allahın əmr və tövsiyələrinə əməl edər, Onun əmr etdiyi gözəl əxlaqı qeydsiz-şərtsiz tətbiq edər. Bu yazının davamını oxu

Quran elmə yol göstərir

tekamul_10Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, hey­van­la­rın, gecə ilə gündüzün əmələ gəlməsinin, insanın özünün yaradılışı, yağışın və eləcə də yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görərək özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıma imkanı əldə edir.

Kainatı və içindəki bütün varlıqları tədqiq edərək, Allahın yaratma sənətini kəşf edib insanlara açıqlamağın yollarından biri isə elmdir. Dolayısı ilə elmi Allahın yaratma sənətindəki incəliklərə çatmaqda bir metod kimi qəbul edən din elmlə məşğul olmağa insanları həvəsləndirir. Din elmi araşdırmalara təşviq etməklə yanaşı, İslam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və dəqiq nəticələr verir. Bu yazının davamını oxu

PEYĞƏMBƏRİMİZƏ (S.Ə.V.) ƏSRLƏR BOYU ARTAN HEYRANLIQ

sarisin-sevimli-cocuk-resmiAllah Peyğəmbərimizə (s.ə.v.) ən son haqq kitab olan Quran-i Kərimi vəhy etmiş, onu gözəl əxlaqı, təqvası və Allaha olan yaxınlığı ilə insanlara nümunə göstərmişdir. Peyğəmbərimiz (s.ə.v) Allah tərəfindən vəhy gəldikdən sonra həyatının sonuna qədər davam etdiyi təbliği ilə bu gün də dünyamızı işıqlandırmağa davam edir. Bu həqiqət, dünya mətbuatında da öz aktuallığını itirmir. BBC telekanalı başda olmaqla bir çox televiziya kanalı, Peyğəmbərimiz (s.ə.v) haqqında sənədli filmlər hazırlayır və hz. Muhəmmədin (s.ə.v) həyatından bəhs edən verilişlər təşkil edilir. Bu yazının davamını oxu

Müxtəlif İrqlərin Varlığı Təkamül Nəzəriyyəsinə Dəlil Deyil

0e5cbae6e291c6a894ba52b92a454b708_ddcda9d132a0030758ba46a193ac1e73_2Təkamül nəzəriyyəsinin bəzi tərəfdarları müxtəlif insan irqlərinin olmasını təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia əslində müdafiə etdikləri nəzəriyyəni belə kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən daha çox dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlayıbsa, bir-birindən fərqlənən irqlər necə yaranıb?” sualına əsaslanır. Başqa sözlə, “Hz. Adəm və Hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə meydana gəlib?” deyirlər. Bu yazının davamını oxu

Müsəlmanlara düşən məsuliyyət

ruyada-cocuk-gormekMüsəlman, cəmiyyətdə baş verən hadisələrə laqeyd qalmaz və heç bir zaman “mənə toxunmayan ilan min yaşasın” məntiqi ilə düşünməz. Çünki o, Allaha təslim olmuşdur, Onun yolundadır və yaxşılığı təmsil edir. Bu halda dünyada baş verən zülmə, terrora, ədalətsizliyə qarşı da laqeyd qala bilməz. Heç bir cinayət törətməyən günahsız insanları öldürən terroristlərin ən böyük düşməni müsəlmandır. İslam dini hər cür terrora qarşıdır və elə ilk səviyyədə, yəni düşüncə mərhələsində terrorizmə qarşı çıxır.

Özlərinə ziyan dəymədikcə dünyada baş verən hadisələrə görə narahat olmayan insanlar dinin insanlara aşıladığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük anlayışından məhrum olanlardır.  Bu yazının davamını oxu

Molekulların hiss edilməyən bombardmanı

protein-artBütün kainat və bədənimiz molekullardan meydana gəlib. Bu molekullar çox böyük sürətlə hərəkət edirlər. Boşluqda hərəkət edən molekulların sürəti saniyədə 1000 metri keçir. Bu, tapançadan atılan güllənin sürətinə bərabərdir. Hal-hazırda oturduğunuz otaqdakı molekulların sürəti isə saniyədə 500 metrdir. Bu halda üzümüzə, gözlərimizə, bir sözlə bütün bədənimizə böyük sürətlə fasiləsiz olaraq dəyən daimi molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu bombardman bizə  ağrı verməlidir. Çünki aparılan hesablamalar göstərir ki, molekulların, məsələn, yalnız gözümüzə dəyməsi ilə 1 kq-lıq kütlənin ağırlığına ekvivalent qüvvə yaratdığını göstərir. Buna baxmayaraq biz heç bir şey hiss etmədən gündəlik həyatımıza davam edirik. Hətta ətrafımızdakı molekulların bu sürətli hərəkətindən xəbərimiz belə yoxdur. Bu yazının davamını oxu

Modernizmin, başqa ifadə ilə materializmin süqutu

imagesModernizm qərb mədəniyyəti və bu mədəniyyətə aid dəyərlərə sinonim olaraq qəbul edilir. Modernizm avropada, yəni qərb dünyasında formalaşan, əsasını maarifçilik dövründən götürən ideologiya və hərakatların meydana gətirdiyi sistemdir. 19-cu əsrdə inkişaf etməyə başlayan və güclənən bu sistemin “modern”, “müasir” adlandırılmasının səbəbi isə bu sistemlə birlikdə avropanın öz ənənələrinə və keçmişinə aid hər şeyi bir kənara qoyaraq yeni dünya görüşünü mənimsəməsidir.

Bəs, bu fəlsəfə hansı dünyagörüşünə sahibdir və qərb dünyasında nələri dəyişdirmişdir? Bu suallara verəcəyimiz cavablar postmodernizm ideologiyasının mənşəyini də qavramağımıza kömək edəcək. Bu yazının davamını oxu

Kainatın Böyüklüyü Nə Qədərdir?

 20120803144219-2fac7d7e-meElmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə çox böyük rəqəmlərlə qarşılaşırıq.

Möhtəşəm böyüklükdəki kainatın sahib olduğu həssas tarazlıqlar bu qüsursuz nizamın Allahın üstün yaratma sənəti nəticəsində var olduğunu sübut edir.

Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən ibarətdir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bu yazının davamını oxu

İslami Mənbələrdə “Axır Zaman”

KidsAxır zaman, “son dövr” mənasını verir. İslama görə Qiyamətə yaxın zamanda Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaq.

Bu dövr, bütün inananların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs dövrdür.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində axır zamanı açıqlayan təfərrüatlı izahatlar var. Peyğəmbərimizdən (s.ə.v.) sonra bir çox İslam alimi də axır zaman haqqında çox mühüm izahlar veriblər. Bu yazının davamını oxu

İslam Dünyasında Parçalanmanın Səbəbləri

1191196_67173144-1024x809İslam dünyasının parçalanma prosesi 20-ci əsrin əvvəllərindən başlayır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.

Ancaq 19-cu əsrin ən dağıdıcı hərakatlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qismi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi nəticəsində müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrildi. Bu yazının davamını oxu