Kateqoriya Arxivləri: Düşünən İnsan № 3

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

president_141011_1Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd etmişdir. Dini-mənəvi dəyərlərlə bağlı ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin yüksək səviyyədə keçirildiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğuladı. Bu yazının davamını oxu

İlham Əliyev: “Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır”.

hamiaallii10 oktyabr 2011-ci il tarixində Bakıda “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişlər. İlham Əliyev tədbirdə bir çox vacib mövzuya toxunmuşdur: Bu yazının davamını oxu

“Allah var” elanları Hollandiya, Rotterdam küçələrində

1320412458_bez-imeni-1hİngiltərənin London şəhərindəki avtobus elanlarından sonra, bu dəfə Hollandiyanın Rotterdam şəhərindəki tramvaylarda bir ay yarım ərzində Harun Yəhya elanları olacaq. Bütün şəhəri dövr edən tramvayların üzərindəki 27 m-lik bu elanlarda aşağıdakı məlumatlar yerləşdirilib:

  1. “Elm sübut edir: Allah var” yazısı
  2. A9 televiziyasının elanı
  3. Harun Yəhyanın ingilis və holland dilindəki saytlarının elanı
  4. “500 milyon fosil yaradılışı sübut edir” yazısı və fosil nümunələri
  5. Harun Yəhya əsərləri üçün Ipad, Iphone, Andreoit programları
  6. Yaradılış Atlası
  7. Holland və ingiliscə Harun Yəhya əsərlərindən nümunələr.

Qərbdə on minlərlə insan İslamı qəbul edir

c41Hər il ABŞ-da orta hesabla 200 min, Almaniyada 4 min, Fransa və İngiltərədəisə 5 mindən çox insan İslamla şərəflənir. Digər Avropa ölkələrində də minlərlə insan İslamı qəbul edir. Qərbdə müsəlmanların sayının artması ilə yanaşı, məscid və İslam mərkəzlərinin də sayı sürətlə artır. Ancaq yenə də məscidlər kifayət etmir.

Amerikada olan 1209 məscidin böyük əksəriyyəti son zamanlarda tikilib. Almaniyada 2200-dən çox, İngiltərədə 2000, Fransada 1900, İtaliyada 450, Avstriyada 330, Belçikada isə 240 məscid və İslam mərkəzi fəaliyyət göstərir.

ZAMANSIZLIQ İÇİNDƏ ZAMAN

45227dZaman və məkan nisbi, başlanğıc nöqtəsi olan, Allahın yoxdan yaratdığı anlayışlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə, bunlara tabe deyil. Allah zamanın hər anını zamansızlıqda müəyyən etmiş və yaratmışdır. Materialistlərin dərk etmədiyi “Qədər”in mahiyyəti də bundadır.

Zaman duyğu orqanlarımızda ardıcıl baş verən bir sıra hadisələr nəticəsində hiss edilən qavrayış növüdür. Zamanın axışını ətrafımızdakı hərəkət dəyişikliklərini bir-biri ilə müqayisə edərək anlayırıq. Məsələn, günəş çıxır, batır və ertəsi gün yenidən çıxdıqda “bir gün keçdi” deyirik. Bu yazının davamını oxu

SƏMİMİ İMANIN QARŞISINDAKI GİZLİ TƏHLÜKƏ: ŞÜBHƏ

1353084035-663Allah insanı ağıllı düşünəcək gücdə yaratmışdır. Ancaq insan nəfsinin və şeytanın təlqinlərinə tabe olduqda müsbət düşünməyə mane olan hadisələr ona pis təsir göstərir. İnsanın müsbət düşünməsinə mane olan, düşüncələri korlayan amillərdən biri də şübhədir.

  • Şübhə insana necə zərər verir?
  • Səmimi iman gətirməyə necə mane olur?
  • Şübhədən necə xilas olmaq olar?

Rəbbimiz Quranın bir çox ayəsində möminlərin ağıl sahibləri olduğunu bildirir. Bu yazının davamını oxu

SƏHABƏLƏRİN HƏYATINDAN FƏDAKARLIQ NÜMUNƏLƏRİ

64qkbp1)     Hz. Əbubəkr və hz. Osmandan sonra Peyğəmbərimizə (s.ə.v.) tabe olan ilk müsəlmanlardan olmaq şərəfinə nail olan və buna görə işgəncəyə məruz qalan Talha ibn Ubeydullah Uhud döyüşündə Rəsulullahı qorumaq üçün böyük qəhrəmanlıqlar göstərən səhabələrdəndir. Malik bin Zubeyr adlı sərrast nişançının Peyğəmbərimizə (s.ə.v.) atdığı oxların qarşısını almaq üçün oxlara əlini sipər edən Talha bin Ubeydullahın əli parçalanmış, barmaqları şikəst olmuşdur. Bu döyüşdə səksənə yaxın yara almış, hər yeri qılınc, mizraq və ox zərbələri ilə yaralanmışdır, lakin Rəsulullahın yanından ayrılmamış və onu qorumuşdur. Hz. Əbubəkr və Sad bin Əbu Vəqqas Peyğəmbərimizin (s.ə.v.) yanına çatdıqda qan itkisindən huşunu itirmiş Talha bin Ubeydullah özünə gələn kimi onlardan ilk əvvəl Rəsulullahı soruşmuşdur. Bu yazının davamını oxu

Riçard Dokinz, “eqoist” genlər və “qısqanc” sulfat turşusu haqqında

dawkins-mRiçard Dokinz (Richard Dawkins) məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Dokinzə görə, canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq bunu növbəti nəsillərə köçürməkdir. Dokinzin heç bir məntiqə sığmayan bu iddiasına görə, insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini mühafizə etmək və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə, əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan öz genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Bu yazının davamını oxu

ÖZ-ÖZÜNÜ TƏMİR EDƏN YEGANƏ ORQAN: QARACİYƏR

qaraciyer1-300x195500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyər hüceyrələri enerji üçün ehtiyacları olan şəkər olmadıqda hansı metoddan istifadə edirlər?

İnsan orqanizmi öz-özlüyündə bir aləm, sanki bir şəhərdir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, kanalizasiya sistemləri, üstün texnologiyalardan daha mükəmməl cihazlar, şüurlu davranan hüceyrələr, öz sahəsində peşəkarlaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat vəziləri), tam təchizatlı əsgərlər və s. mövcuddur. Habelə bu “aləm” təkcə sizin bədəninizdə deyil. Ətrafınızda gördüyünüz hər insan- ananız, atanız, qardaşınız, dostlarınız, iş yoldaşlarınız, küçədə yanlarından ötüb keçdiyiniz insanlar, televizorda seyr etdiyiniz aktyorlar, qısaca desək, yer üzündə hal-hazırda yaşayan milyardlarla insan bu möcüzəvi “aləmə” malikdir. Bu qüsursuz yaradılmış aləmin içində Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və orqanlar yaratmışdır. Sağlam bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir.

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir. (Həcc surəsi, 64) Bu yazının davamını oxu

“ÖZ AĞLINI BƏYƏNMƏK” XƏSTƏLİYİNDƏN QURTULMAĞIN YOLLARI

6ZJNq3XNifoBir çox insanın özünün də xəbəri olmadan yoluxduğu adsız bir xəstəlik növü var: Bu, insanın öz ağlını həddindən artıq bəyənməsi və dünyada hər kəsdən, hər şeydən çox öz ağılına etibar etməsi ilə əlaqədardır.

Bu insan ətrafındakı hər bir hadisəni hamıdan yaxşı qavradığını, hər bir insanı çox yaxşı tanıdığını zənn edir. Hər bir mövzuda mümkün ola biləcək ən doğru analizləri özünün etdiyinə inanır. Demək olar ki, tanıdığı hər bir insan haqqında özünə görə müəyyən diaqnozları var və bunların ən doğru diaqnoz olduğundan tam əmindir. Kim nə deyirsə desin, hadisələrə və insanlara başqa bir aspektdən baxa bilməsi mümkün deyil. Belə olan halda, həmin insana nə qədər sübutlar, nə qədər məntiqli açıqlamalar etsən də fayda verməz. Bu insan yalnız öz bildiyinə inanır, yalnız öz bildiyi kimi düşünür və öz bildiyini tətbiq edir. Bu yazının davamını oxu