Kateqoriya Arxivləri: Düşünən İnsan № 5

ULTRASƏS DALĞALARI İLƏ DÜŞMƏNLƏRİNDƏN QORUNAN GÜVƏLƏR

r138765_474467Ordunun ən mühüm strategiyası və taktikası əvvəlcə düşmənlərini dərhal müəyyən etmək və onların xüsusiyyətlərini öyrənib buna qarşı tədbir görmək üzərində qurulmuşdur. Güvələr də düşmənləri yarasalardan qorunmaq üçün yaradıldıqları gündən etibarən eynilə təchizatlı ordunun milyonlarla dollar sərf etdiyi strategiyalara bənzər strategiyadan istifadə edirlər.

O, göyləri bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. (Loğman surəsi, 10)

Bir heyvan həyatda qalmaq üçün düşmənini və ya ovunu müəyyən etməlidir. Bunun üçün qarşısındakı canlını çox yaxşı tanımalıdır. Rəbbimiz bəzi güvə növlərinə bu sahədə böyük üstünlüklər bəxş etmişdir. Bu güvələr ən böyük düşmənlərinin, yəni yarasaların yem ovlayarkən istifadə etdikləri yüksək tezlikli səsləri eşidib tanıma xüsusiyyətlərinə malikdirlər.

Güvəyə bu xüsusiyyəti qazandıran mərkəzi sinir sistemini öyrənmək və güvənin yarasadan necə xilas olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparan Tafts Universitetindən bir neçə tələbə və elm adamı gecə güvələrinin mərkəzi sinir sistemini tədqiq edərək möcüzəvi nəticələr əldə etdilər. Tədqiqatlar nəticəsində güvələrin qulaqlarındakı xüsusi sistemlə yarasalardan qorunduqları məlum oldu. Sadə görünən bu sistem, əslində, güvənin ultrasəs dalğalarını eşitməsini təmin edən mükəmməl quruluşa malikdir. Bu yazının davamını oxu

Parisin Champ-Elisees prospektində Harun Yəhya elanları: “Allah var”

champselyseesde-paris-allah-vardir-yazan1Cənab Adnan Oktarın (Harun Yəhya) “Yaradılış atlası” kitablar seriyasını, fransız dilindəki əsərlərini və internet saytını təqdim edən afişalar Parisin mərkəzi küçələrində bir ay nümayiş etdiriləcək.

Bundan əvvəl İngiltərənin paytaxtı Londondakı avtobuslarda və Hollandiyanın Rotterdam şəhərindəki tramvaylarda verilən bu elanlarda “ALLAH VAR” cümləsi ilə bərabər Harun Yəhya əsərləri ilə bağlı İpad, İphone və Andreoid proqramlarının reklamı da vardı.

Xatırladaq ki, 2007-ci ildə Fransanın bütün qabaqcıl şəxslərinə göndərilən “Yaradılış atlası” çox böyük əks-səda doğurmuş, qəzetlərdə günlərlə bu böyük əsərin təsirindən bəhs edilmişdi. Bu yazının davamını oxu

Elmə məlum olan ən böyük qara dəliklər

Qara dəlikAstronomlar bu günə qədər məlum olan qara dəliklərdən daha böyük iki dəlik kəşf etdilər.

“Nature” jurnalındakı dərc edilən məqalədə bildirilmişdir ki, Berkeleydəki Kaliforniya Universitetinin elm adamlarının müşahidə etdiyi iki qara dəliyin hər birinin kütləsi Günəşin kütləsindən təxminən 10 milyard dəfə çoxdur.

Nəhəng qara dəliklər iki müxtəlif qalaktikanın mərkəzində yerləşirlər. Bu günə qədər müşahidə edilən ən böyük qara dəlik Günəşin kütləsindən 6 milyard daha böyük kütləyə sahib idi.

Beyindəki genlər daim dəyişir

Elm adamları nevroloji xəstəlikləri müalicə etmək istiqamətində yeni bir kəşfə imza atdılar. Bu kəşf sayəsində məlum oldu ki, beyin hüceyrələrinin genetik quruluşu zənn edildiyi kimi sabit qalmır, əksinə, dəyişir.

İngiltərədəki Edinburq Universitetində aparılan araşdırmada beyinin DNT-sindəki bu dəyişiklikləri həyata keçirən gen kəşf edildi. Bu genlərə ən çox beyinin hüceyrə yeniləmə mərkəzində rast gəlinir. Bu yazının davamını oxu

11 sentyabr hadisəsi amerikalıların İslamı qəbul etməsinə səbəb olur

73d0554b15fec795963d9378dbaae698Musiqi müəllimi olan Cohanna Seqariç 11 sentyabr hadisəsindən sonra İslam dini ilə maraqlandığı üçün araşdırmağa qərar vermiş və bir neçə ay sonra kəlmeyi-şəhadət gətirərək müsəlman olmuşdur.

Cohanna Seqariç “Hafinqton Post”a verdiyi açıqlamada belə deyir: “Mən orta yaşlıyam, Yutada anadan olmuşam, professional musiqi müəllimiyəm. Çox azad və müasirəm, indi İslamı qəbul edirəm”.

Seqariçdən başqa, Ancela Kolins Telles də 11 sentyabr hadisəsindən sonra bəzi yerlərdə əmələ gələn anti-İslam fikirlərə görə, İslam dinini araşdırmağa və müsəlman olmağa qərar vermişdir. Telles ölkəsindəki bəzi insanların müsəlmanların terrorist və qadına təzyiq göstərən insanlar olduqlarını düşündüklərinə görə, müsəlmanları müdafiə etmək ehtiyacı hiss edərək İslamı araşdırmağa başlamışdır. Apardığı hərtərəfli araşdırma Tellesin İslamla şərəflənərək müsəlman olmasına səbəb olmuşdur. Bu yazının davamını oxu

Elm adamları siçanların eqoist deyil, mərhəmətli olduğunu kəşf ediblər

sıçan_fare_ilaçlamaÇikaqo Universitetində Peggi Masonun apardığı təcrübə nəticəsində məlum olub ki, siçanlar şokoladı yemək yerinə, tələyə düşmüş yoldaşlarını xilas edirlər.

Təcrübədəki 30 siçandan 23-nün qəfəsi açaraq tələyə düşən siçanı xilas etdiyini, üstəlik də bunu qəfəsə qoyulan şokoladı yemədən əvvəl etdikləri müşahidə edilib. Yəni eqoist kimi tanınan siçanlar əvvəl kömək ediblər, sonra da yeməklərini paylaşıblar.

Təcrübənin nəticələri “Science” jurnalında dərc edilib. Peggi Mason sosial empatiyanın yalnız insana və ya bəzi məməlilərə xas olmadığını da bildirib.

QURAN ƏSAS İSTİNAD MƏNBƏYİDİR

3421202-kuranAllahın sözü olan Quran doğru ilə yanlışın, yaxşı ilə pisin nə olduğunu insanlara bildirən haqq kitabdır. Quranda insanların nə üçün və necə yaradıldığı, həyat tərzi, ibadət formaları, gözəl əxlaq haqqında məlumatlar, fiziki və mənəvi cəhətdən sağlam olmağın yolları, çətin anlarda və gözlənilməz hallarda görülməli tədbirlər, müxtəlif insan xarakterləri, iqtisadi, siyasi, sosial və hüquqi həyatın ən ideal forması, Allahın sözlərinə itaətsizlik etdikdə ortaya çıxan qarışıqlıq, ölüm anı haqqında məlumatlar, qiyamət günündə baş verəcək hadisələr, cənnət və cəhənnəmlə bağlı məlumatlar və başqa bir çox mövzu ətraflı şəkildə açıqlanmışdır. Yəni Quranda insan həyatının hər anında ehtiyacı olan məlumatların hamısı verilmişdir.

Allahın Quranda tərif etdiyi müsəlmanlıq anlayışında insanın dini hökmləri qeyd-şərtsiz qəbul etməsi, ancaq Allaha iman gətirməsi və Ondan başqa yol göstərici tanımaması, həyatının hər anında Allahın göstərdiyi və razı olduğu şəkildə yaşaması əsasdır. Bu cür iman və əxlaq anlayışına malik insan yaşadığı cəmiyyətin din adından irəli sürdüyü ziddiyyətli, batil inancların, əcdadlarından öyrəndiyi dini biliklərin ardınca kor-koranə getməz. Həm Quranın Allah qatından haqq kitab olduğunu qəbul edib, həm də “atalarından qalma” Qurandankənar həyat fəlsəfəsinə tabe olmaz. Tək ölçü və yol kimi ancaq Quranı və Peyğəmbərimizin həyat tərzini mənimsəyər. Bu yazının davamını oxu

PEYĞƏMBƏRLƏRİMİZ NECƏ DUA EDƏRDİLƏR?

Praying WomanDua etmək Allaha təslim olmağın bir yoludur və bütün insanlar duaya möhtacdır. Bunun ən hikmətli nümunələri isə Quranda bildirildiyi kimi, bütün peyğəmbərlərin hər işdə Allaha üz tutaraq Ona dua etmələridir. Hz. Muhəmmədin (s.ə.v.) və bütün digər peyğəmbərlərin dualarında həm Allaha olan təslimiyyətlərini, Allahı yeganə dost və yardımçı hesab etdiklərini, həm də Rəbbimizin şanını ən gözəl isimlərilə ucaldıb təqdis etdiklərini görürük.

Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) duaları

Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) dualarında Allahı isimlərilə zikr etdiyini görürük. Peyğəmbərimizin (s.ə.v.) duaları ayələrdə belə bildirlir: Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən” (Ali-İmran surəsi, 26). Rəvayətlərdə də Peyğəmbərimizin (s.ə.v.) Rəbbimizə ona gözəl əxlaq və xüsusiyyətlər bəxş etməsi üçün dua etdiyi bildirilir:

“Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. İlahi! Məni pis əxlaqdan uzaqlaşdır”. (Tırmizi, İmam Ahmed ve Hakimden; Huccetül İslam İmam Gazali, İhyau Ulumid-din, 2-ci cild. Tərcümə edən: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh. 789) Bu yazının davamını oxu

PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) BÜTÜN ALƏMLƏRƏ NÜMUNƏ OLAN TƏVƏKKÜLÜ

gunesQuranda Peyğəmbərimizlə (s.ə.v) bağlı hadisələrdə onun təvəkkülü və Allaha təslimiyyəti açıq-aşkar görünür. Peyğəmbərimizin (s.ə.v) Məkkədən çıxdıqdan sonra dostu ilə birlikdə gizləndiyi mağaradakı sözləri təvəkkülünü göstərən ən gözəl nümunələrdən biridir. Ayədə belə bildirilir:

Əgər siz ona kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən biri olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir. (Tövbə surəsi, 40)

Peyğəmbərimiz (s.ə.v) hər şəraitdə Allaha təslim olmuş, Onun yaratdığı hər şeydə xeyir və gözəllik olduğunu bilmişdir. Quranda Peyğəmbərimizə (s.ə.v) qövmünə söyləmək üçün bildirilən bu sözlər də təvəkkülünün göstəricisidir: Bu yazının davamını oxu

Musiqi: Allahın neməti

1133355407521f3dc6bd2a67.03049374_articles_main_bigQapı zəngi, addım səsi, avtomobil siqnalı, kağız xışıltısı… Gündəlik həyatda eşitdiyimiz səslərin demək olar ki, hamısının hansı mənbədən gəldiyini anlayırıq. Ancaq əvvəlcədən hər hansı hadisə ilə əlaqələndirdiyimiz səslər istisna olmaqla, əksər səslər ruhumuza təsir etmir. Lakin bu, eşitdiyimiz musiqiyə aid deyil.

Musiqi Allahın insanlar üçün yaratdığı nemətdir. Səs dalğaları vasitəsilə insanın zövq alması böyük möcüzədir. Havada dolaşan səs dalğaları toplanır və sonra bu səs dalğaları sinir oyanmalarına çevrilərək beyinə ötürülür. Bu səsin beyin tərəfindən musiqi kimi ayırd edilib xoşagələn səs kimi qavranılması Allahın istədiyi səsə məna verməsi və bizə bu səsi xoş göstərməsi ilə olur. Eşitmə prosesini texniki baxımdan təhlil etsək, qapı cırıltısını eşitdikdə baş verən proseslərlə bir simfoniyanı dinlədikdə həyata keçən proseslərin eyni olduğunu görərik. 15-20000 hers (10 m-lik orqanın verdiyi səs tonu) tezliyə malik titrəyişləri qulaq seyvanı toplayaraq qulaq yoluna ötürür, səs buradan qulaq pərdəsinə çatır. Qulaq pərdəsi də orta qulaqdakı kiçik sümükləri titrədir və səs titrəyişləri mexaniki titrəyişlərə çevrilir. Bu mexaniki titrəyişlər də daxili qulaqdakı ilbiz adlı orqanoidin içindəki mayeni titrədir. İlbizin daxili çəpərlərindəki tüklər isə titrəyişləri sinir oyanmalarına çevirərək beyinə göndərir və bunlar beyində şərh edilir. Bu yazının davamını oxu

Materialist düşüncə elmə necə zərər verir?

tekamul_15150 ildir ki, təkamül və materializm kimi xürafatlara inanmaq və onları müdafiə etməyə çalışmaq elm dünyasının önündəki ən böyük maneəyə çevrilib. Materializmin tələsindən qurtularaq tarixin düzgün istiqamətləndirilməsi əmək, vaxt və pul itkisinin qarşısını alar.

Kainatı və varlıqları araşdırmaq, Allahın yaratma sənətindəki ehtişamı kəşf etmək və bu həqiqəti insanlara bildirmək üçün elm ən gözəl vasitələrindən biridir. Bu səbəbdən, elmi araşdırmaların Rəbbimizin Quranda bildirdiyi həqiqətlər istiqamətində dəyərləndirilməsi böyük əhəmiyyət daşıyır. Çünki:

–    Quran elmi təşviq edir.

–    Quranda bildirilən həqiqətlərə görə istiqamətləndirilən elmi araşdırmalar çox sürətli və konkret nəticələr verir.

–    Ən əhəmiyyətlisi də odur ki, kainatın və canlıların necə var olması sualına ən doğru və ən qəti cavabı verən yeganə qaynaq Qurandır.

Bu səbəbdən, doğru yerdən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların var olmasına aid sirləri ən qısa zamanda daha az əmək və az enerji sərf edərək ortaya çıxarar. Bu yazının davamını oxu