Kateqoriya Arxivləri: Düşünən İnsan № 7

Quran asan olana yönəldir

Quran-550x412Allah bütün insanlara doğru olanı tapmaq, dəqiq məlumata və gözəl əxlaqa yiyələnmək üçün müqəddəs kitabları və onları çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır.

Quran qiyamətə qədər qüvvədədir

Quranın qiyamətə qədər qüvvədə olduğunu və qorunacağını bilən möminlər bunun rahatlığını və etibarını yaşayırlar. Quran insanın hər hökmündən, hər əmrindən qəti əmin olduğu, vicdanının isə azad və rahat şəkildətabe olduğu kitabdır. İnsanların bu cür yol göstəricisinin olması Allah qatından verilmiş böyük nemət və rəhmətdir. Bu yazının davamını oxu

PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) ŞƏHİD EDİLMƏMƏSİ ALLAHIN BÖYÜK MÖCÜZƏSİDİR

0036sitelerdenPeyğəmbərimizin (s.ə.v) haqqa və doğruya dəvəti haqsızlıq və zülmdən mənfəət əldə edən, mövqelərini itirməkdən qorxan bəzilərinin Peyğəmbərimizə (s.ə.v) və onunla birlikdə olan möminlərə müxtəlif tələlər qurmasına səbəb olmuşdur. Çünki Peyğəmbərimizin (s.ə.v) açıqladığı həqiqətlərlə əllərində olan dünyəvi mənfəətlərin böyük əksəriyyəti bir anda dəyərini itirmişdir. Təkəbbürlü olduqlarına görə, o vaxta qədər sitayiş etdikləri bütlərə bağlılıqda israr etmiş, batil inanclarından əl çəkmək istəməmişlər. Əksinə, Peyğəmbərimizi (s.ə.v) ya din əxlaqından uzaqlaşdırmaq, ya da şəhid etmək üçün birlikdə plan qurmuşlar. Halbuki, iman gətirməyənlər Peyğəmbərimizi (s.ə.v) uca Allahın qoruduğunu bilmirdilər. Bu yazının davamını oxu

MÖMİN İÇİNDƏN GƏLƏN HƏR HİSSƏ TƏSLİM OLMAZ

ic-sikintisiMöminlər nə üçün içlərindən gələn hər hissə təslim olmazlar?

İnsan nəfsinin mənfi təlqinlərini və vicdanının səsini necə ayırd edə bilər?

Möminlər bu mənfi təlqinlərə və içlərindən gələn hər hissə təslim olmamaq üçün nə edərlər?

Bəzi insanlar içlərindən hansı hiss gəlsə, heç düşünmədən ona təslim olurlar. Fikirlərindən nə keçsə, dərhal onu düşünmədən söyləyirlər. Davranışlarının və ya dedikləri sözlərin nəticəsini ölçüb-biçmirlər. Bu yazının davamını oxu

ORQANİZMİ TƏMİZLƏYƏN LİZOSOM FERMENTLƏRİ

lizosomGün ərzində orqanizmimizdə fərqinə varmadığımız bir çox proses baş verir. Bu prosesləri hüceyrələrimiz həyata keçirir. 100 trilyona yaxın hüceyrəmizin içində vəzifələrini çox yaxşı bilən bir çox orqanoid var. Bəzisi enerji, bəzisi zülal istehsal edir, bəzisi nəqliyyat vasitəsi vəzifəsini yerinə yetirir, bəzisi də anbar funksiyasını daşıyır.

Hüceyrənin içindəki bu orqanoidlərdən biri də lizosomdur. Lizosomu hüceyrənin həzm cihazı adlandıra bilərik. Bu orqanoidin ifraz etdiyi fermentlər orqanizmdə bir çox “parçalama” prosesini həyata keçirir. Bu yazının davamını oxu

TEXNOLOGİYAYA İLHAM MƏNBƏYİ OLAN KƏRTƏNKƏLƏ AYAQLARI

surungen_basiliksKərtənkələlərin yerin cazibə qüvvəsinə baxmayaraq, tavanda və divarda yeriməsi texnologiyaya necə ilham vermişdir?

Kərtənkələlərin suda yeriməsini təmin edən fiziki qanun nədir və necə fəaliyyət göstərir?

Allahın yaratdığı mükəmməl sistemlərdən biri də canlı ayaqlarının qeyri-adi quruluşudur. Hər canlı növünün məhz ehtiyacına uyğun ayaqları var. Qartalın güclü pəncəli, ördəyin pərdəli, insanın bədəninin bütün ağırlığını daşıyan mükəmməl ayaqları var. Fərqli xüsusiyyətlərə malik ayaqlardan biri də kərtənkələnin ayaqlarıdır. Bu yazının davamını oxu

Mömin ibarəli danışmağı, zarafatla söz atmağı gözəl və nəcib ruhuna yaraşdırmaz…

200448_208403195852143_203437563015373_798672_1509923_nMüsəlmanların gözəl xüsusiyyətlərindən biri də səmimiyyətləridir. Bir söz söyləyəcəkləri zaman bunu sözün ən gözəli ilə, amma açıq şəkildə söyləyərlər. Dolayı üsulları, kinayəli danışıq üslubunu, cahiliyyə cəmiyyətlərində “söz atmaq” kimi ifadə edilən üsullardan heç vaxt istifadə etməzlər. Zarafatlarından qarşılarındakı insanlara söz atmaq üçün istifadə etməzlər. Davranış və hərəkətləri ilə ətrafındakılara nə isə izah etməyə çalışmazlar. Əgər söyləmək istədikləri bir şey varsa, bunu səmimi bir üslubla, təhqir etməyəcək sözlərlə, ən aydın şəkildə qarşılarındakı insana açıqlayarlar. Bu yazının davamını oxu

Hz.İsanın fiziki xüsusiyyətləri

kuldur-1Axırzamanın mübarək şəxslərindən Hz. İsa (ə.s) mükəmməl fiziki xüsusiyyətlərinə görə dərhal tanınacaq

Hz. İsanın (ə.s) axırzamanda yer üzünə yenidən göndəriləcəyi, İslamı seçərək Hz. Mehdi (ə.s) ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakim olmasına kömək edəcəyi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələnmişdir. Yaşadığımız axırzamanın ən mühüm məsələlərindən biri Hz. İsanın (ə.s) hansı xüsusiyyətləri ilə tanınmasıdır.

Möminlər Hz. İsanı (ə.s) imanının dərinliyi və nuru ilə dərhal tanıyacaq. Bu yazının davamını oxu

Hamıda qan eynidir?

Tarixdə ilk dəfə qalyuvaryassisekli2an köçürülən xəstəyə bir heyvanın qanı verilmişdi. Xəstə qısa müddət sonra öldü və səbəbini heç kim anlamadı. Müxtəlif heyvanların qanları da işə yaramadıqda, insandan insana qan köçürməyi düşündülər. Qana ehtiyac olduqda qanının bol olduğunu düşündükləri və kortəbii seçilən bir neçə insandan qan köçürdülər. Ancaq bu sınaqların da çoxu uğursuzluqla nəticələndi. Qanköçürmə ilə məşğul olan həkimlər bu həyati əhəmiyyətə malik mayeni iki xüsusiyyətinə görə təhlil edib öyrənə bilmirdilər: qanın bədəndən kənarda laxtalanması və qan verilən insanın ölmə ehtimalı. Deməli, qanda həkimlərin bilmədiyi fərqli maddələr var idi. Biokimya adlı elm sahəsinin təşəkkülünə qədər bu fərqli maddələrin nə olduğu məlum deyildi.

XX əsrin əvvəllərində məlum oldu ki, qan adi qırmızı maye deyil. Hər insanın qanında onu digər insanlardan fərqləndirən müxtəlif faktorlar var. Ona görə, qanköçürmənin baş tutması üçün hər iki şəxsdə bu faktorlar uyğun olmalıdır. Qan qrupu insana məxsus xüsusi faktorların müəyyən edilməsidir. Qan qrupunu müəyyən edən 300-dən çox faktor var. Bu faktorların hər biri sizi digər insanlardan fərqləndirir. Bu yazının davamını oxu

Elm xəbərləri

internet yeniden qurulacaqİNTERNET YENİDƏN QURULACAQ

Elm adamları poladdan da möhkəm, eyni zamanda, elastikliyinə görə müxtəlif formalara düşən hörümçək torunun ən böyük xüsusiyyətini aşkar edib. Bu kəşf internetin gələcəyi üçün ilham mənbəyidir.

“Təbiət” (Nature) jurnalında dərc olunan məqalədə hörümçək torunun təkcə möhkəm deyil, həm də “ağıllı” olduğu bildirilir. Belə ki, gələcəkdə elektrik şəbəkələri və internetin hörümçək torunun əsas götürülərək qurulması nəzərdə tutulur.

Massaçusets Texnologiya İnstitutunun akademiki Markus Buehler və tədqiqat qrupu Avropada yaşayan bağ hörümçəyi (Araneus diadematus) üzərində kompyuter modellərindən istifadə edərək apardıqları tədqiqatda hörümçək torlarının müxtəlif gərilmə səviyyəsinə uyğun fərqli reaksiya göstərdiyini müəyyən etmişdir. Bu yazının davamını oxu

Yer kürəsinin böyüklüyü və daxili quruluşundakı ideal nisbət

1-31Yer kürəsinin daxili quruluşu və böyüklüyü xüsusi olaraq həyat üçün yaradılmışdır. Bu quruluşdakı təbəqələr sayəsində Yerin maqnit sahəsi var və bu maqnit sahəsi həyatın qorunması üçün çox əhəmiyyətlidir.

Canlılığın var olması və varlığını davam etdirməsi üçün Yerin böyüklüyü tam lazım olan ölçüdədir. Dünyamızı onun kütləsinin yalnız 8%-nə sahib olan Merkuri və ya Yer kürəsindən 18 dəfə böyük olan Yupiterlə müqayisə etsək, görərik ki, planetlər müxtəlif ölçüdədirlər. Müxtəlif ölçülərdə olan planetlərin içində Yer kürəsinin böyüklüyünün təsadüfən tam lazım olan ölçüdə meydana gələ bilməyəcəyi aydındır. Yer kürəsinin xüsusiyyətlərini araşdırdığımız zaman isə üzərində yaşadığımız göy cisminin tam lazım olan böyüklükdə olduğunu görərik. Amerikalı geoloqlar Press və Siever Yer kürəsi haqqında bu məlumatları verirlər:

“Yer kürəsi tam lazım olan böyüklükdədir. Bir az kiçik olsaydı, cəzbetmə qüvvəsi çox zəifləyər və atmosferi Yer kürəsinin ətrafında tuta bilməzdi. Daha böyük olsaydı, bu dəfə də cəzbetmə qüvvəsi çox artar və bəzi zəhərli qazları da tutaraq atmosferi məhv edərdi. Yer kürəsi ilə Günəşin arasındakı məsafə, fırlanma sürəti və ya forması qədər onun böyüklüyü də əhəmiyyətlidir”. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4.) Bu yazının davamını oxu