Kateqoriya Arxivləri: Düşünən İnsan № 8

Həyatın kosmosdan gəlməsi nə üçün mümkün deyil?

imagesDarvin XIX əsrin ortalarında nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəlində həyatın mənbəyini araşdıran elm adamları isə təkamül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırladı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüf məhsulu olmayacağı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edildi. Bu yazının davamını oxu

Yarım kiloqram bal əldə etmək üçün 120.000 km yol qət edən arılar

ari8Bir kiloqram bal əldə etmək üçün 40.000 arı 6 milyon çiçəyi ziyarət etməlidir.

10 mikro vattan daha az enerji sərf edən bal arısının beyni müasir dövrün ən məhsuldar kompyuterindən 100 milyon dəfə üstündür.

Ana arının bir gündə yumurtladığı yumurtaların ağırlığı öz ağırlığından 20 dəfə çoxdur.

Bal arıları bir pətəyi doldurmaq üçün 100 milyon çiçəyin nektarını yığa bilir və 100 min kilometr uça bilir.

Bir arı ailəsi bir kiloqram bal istehsal etmək üçün dünyanın ətrafını 6 dəfə dönməyə bərabər uçmalıdırlar. Bu yazının davamını oxu

PALID YARPAĞI

Yaş: 50 milyon illik Dövr: Eosen Tapıldığı yer: Green river meydanı, Uinta County, Utah, ABŞ

Yaş: 50 milyon illik
Dövr: Eosen
Tapıldığı yer: Green river meydanı, Uinta County, Utah, ABŞ

Qalıqların da isbat etdiyi kimi, bütün bitki növləri xüsusi və orijinal olaraq yaradılmış növlərdir və bir-birləri arasında hər hansı bir təkamül əlaqəsi yoxdur. Təkamülçü paleontoloq E. C. Olsonun qəbul etdiyi kimi: “Bir çox yeni bitki qrupu birdən ortaya çıxır və onlara oxşar heç bir ataları yoxdur”. (E. C. Olson, The Evolution of Life, 1965, s. 94) Bu həqiqətin dəlillərindən biri də şəkildə görünən 50 milyon yaşındakı palıd yarpağı qalığıdır. Palıd ağaclarının 50 milyon ildir eyni qaldığını göstərən bu tapıntı təkamülü əsassız edir. Bu yazının davamını oxu

GİZLİ EQOİZMİ BƏSLƏYƏN DAVRANIŞLARDAN ÇƏKİNMƏYİN ƏHƏMİYYƏTİ

1361723015-769İnsanı gündəlik həyatda gizli eqoizmə sürükləyən səbəblər hansılardır?

Nəfs insanı gizli şəkildə necə eqoizmə sürükləyir?

Eqoizm nəfsdə olan və insanın həyatı boyu çox böyük diqqətlə çəkinməli olduğu pisliklərdən biri olub insanın özünün belə təxmin etmədiyi pis əxlaqa, həyat tərzinə və yanlış məntiqə sürükləyən çox təhlükəli hissdir. Ən əsas xüsusiyyəti eqoizm olan şeytan da insanı həyatının sonuna qədər bu yöndən aldatmağa çalışır. Ona görə, insan eqoizmə qarşı çox diqqətli olmalıdır.

Nəfs insanı bir çox yollarla açıq-aşkar eqoizmə sürükləyə bilər və həmçinin gizli şəkildə, hiyləgərcəsinə bu hissi insana yaşada bilər. Bu yazının davamını oxu

HƏR İNSAN VƏHYLƏ HƏRƏKƏT EDİR

vicdanİnsan vəhylə necə hərəkət edir?

Peyğəmbərlərə gələn vəhy ilə insanlara gələn vəhy arasındakı fərq nədir?

  1. Mehdi (ə.s) vəhy alacaqmı?

Allah hər insana gözəl davranmağı və danışmağı, sağlam fikirlə mühakimə yürütməyi, doğrunu və yanlışı bir-birindən ayırd etməyi ilham edir. Bu mənəvi xüsusiyyət vicdandır.

Allahın hər insana vəhyi: vicdan

Vicdan bütün insanlarda ortaqdır. Bu yazının davamını oxu

Həşəratlardakı aerodinamik quruluş

574498_3490097404457_1032129982_3265091_1607054169_n1Bir həşərat uçarkən saniyədə təxminən bir neçə yüz dəfə qanad çırpır. Hətta saniyədə 600 dəfə qanad çırpan həşəratlar da var. Bir saniyədə bu qədər hərəkət, üstəlik, fövqəladə həssaslıq bu dizaynın texnoloji cəhətdən təqlidini qeyri-mümkün edir.

Kaliforniya Universitetinin biologiya professoru Maykl Dikinson və əməkdaşlarının meyvə milçəklərinin uçma texnikasını öyrənmək üçün düzəltdikləri robot meyvə milçəklərindən 100 dəfə böyük olmasına baxmayaraq, ondan min dəfə az sürətlə qanad çırpa bilir. Hər beş saniyədə bir qanadını hərəkət etdirən robot milçək bu hərəkəti etmək üçün 6 müxtəlif mühərrikdən yardım alır. Bu yazının davamını oxu

Müsəlman Allahın bəyənmədiyi danışıq üslubundan imtina edər

  • gossipMüsəlmanlar hansı danışıq üslubundan çəkinərlər?
  • Allahın bəyəndiyi danışıq üslubu hansıdır?

Nitq insanların fikir, düşüncə və hisslərini, istək və arzularını ifadə etmələrinə, bir-birləri arasında ünsiyyət qurmalarına kömək edir. Quran əxlaqından uzaq yaşayan insanlar isə ünsiyyət vasitəsindən bir-birlərini narahat etmək üçün istifadə edərlər. Bu cür insanlar bütün komplekslərini, şəxsiyyət pozuqluqlarını, psixoloji problemlərini, ruhi sarsıntılarını danışıqları əsnasında ortaya tökərlər. Halbuki, Allah möminlərin danışıqlarının hikmətli olmasını əmr etmişdir: Bu yazının davamını oxu

Allahın Cənnət əhli üçün hazırladığı nemətlər

830398-1366x768-I-love-autumnAllah Quranda Cənnəti təsvir edən ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 35) ayəsi ilə Cənnətdəki nemət bolluğu xəbər verilir.

Allah insanları hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq şəkildə yaratmışdır. Bu səbəbdən, insan həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə çatmaq üçün cəhd edir. Daima gözəllik və nemət axtarır. Ancaq bunu nə qədər çox istəsə də, bunun üçün nə qədər çox səy göstərsə də, dünya həyatında heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əksik yaratmışdır. Bu yazının davamını oxu

2012: Ateizmin sonu, inanc əsrinin başlanğıcı

1386496868-409Son dövrdə elm və fəlsəfə sahəsində baş verən irəliləyişlərin qarşısını ateizm ala bilmir. Şübhəsiz, ateist dünyagörüşünün sarsılması ilə başqa bir dünyagörüşü dünyaya hakim olacaq ki, bu da Quran əxlaqıdır.

Tarixdə əhəmiyyətli dönüş məqamları mövcuddur. Hal-hazırda da dönüş məqamlarından birindəyik. Bəzi insanlar bunu qloballaşma və ya informasiya əsrinin başlanğıcı adlandırırlar. Son 20-25 ildir ki, elm və fəlsəfə sahəsində baş verən irəliləyişlər sayəsində XIX əsrdən etibarən elm və düşüncə dünyasına təsir edən ateizm süqut edir. Bu yazının davamını oxu

ANA SÜDÜ VƏ OKSİTOSİN HORMONU

ac7puhAna südü Allahın yaratdığı saysız-hesabsız möcüzədən biridir. Ana südündə yeni doğulmuş körpənin hər ehtiyacını təmin edən maddələr var. Habelə, körpənin inkişaf mərhələlərində dəyişən ehtiyaclarına uyğun olaraq ana südünün tərkibi də dəyişir. Elm adamlarının laboratoriyada belə hazırlaya bilmədiyi ana südünü ananın döşündəki bəzi hüceyrələr hazırlayır. Bu hüceyrələrdə ana südünün bənzərsiz formulu var və nə vaxt hazırlamağa başlayacaqlarını, hazırladıqları maddənin tərkibini nə vaxt dəyişdirməli olduqlarını bilirlər. Bu yazının davamını oxu