Kateqoriya Arxivləri: Düşünən İnsan № 9

65 Milyon il əvvəl dinozavrlar dövrünə son qoyan meteorit toqquşması

LiveImages_YeniFotoAnaliz_620_Dünya'ya çarpan dev meteorlar_35Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur.

Bu toqquşma ekoloji sistemdə köklü dəyişikliyə səbəb olmuşdur. Toqquşma nəticəsində əvvəlcə böyük sahə məhv olmuşdur. Toqquşmanın ardınca vulkanik partlayışlar, dünyanın hər yerində zəlzələlər, sunamilər, güclü fırtınalar, yanğınlar baş vermiş, turşulu yağışlar yağmışdır. Bu yazının davamını oxu

ƏSL DOST QULLARININ XOŞBƏXTLİYİNİ İSTƏYƏN ALLAHDIR

194472__mood-baby-girl-little-teddy-bear-an-irreplaceable-friend-smile-happy-woman-hair-nature_pQulları üçün dünya həyatını imtahan mühiti kimi yaradan Allah onlara saysız-hesabsız nemətlər bəxş etmişdir. Ehtiyacı olan və ya sevdiyi hər cür şərait hələ insan mövcud olmadan əvvəl onun üçün hazırlanmışdır. Nəfəs alacağı təmiz hava, göy üzündə uçan bir-birindən gözəl quşlar, çiçəklər, tayı-bərabəri olmayan nemətlər, sevdiyi insanlar, sevimli, gözəl heyvanlar, qüsursuz müvazinət sistemi və başqa bir çox şeyi Allah onun üçün yaratmışdır.

İnsan dünyaya gəldikdə ehtiyacı olan hər şeyi hazır tapır. Rahatlığı təmin olunmuşdur. Meyvələr, yeməklər, bütün dünya içindəki hər təfərrüatı ilə insanın həyat tərzinə uyğundur. Bu yazının davamını oxu

QURAN ƏXLAQINA ƏSASƏN, SƏHVLƏRƏ ANLAYIŞLA YANAŞMAQ LAZIMDIR

depresyon-cocukQəsdən edilməyən səhvə qəzəblənmək nə üçün doğru deyil?

Qəsdən edilməyən səhvlərə anlayışla yanaşmaq üçün hansı məsələlərə diqqət edilməlidir?

Bir insan istəmədən ətrafına ziyan vuran hadisələrə səbəb olursa, nə etmək lazımdır?

Əksər insanlar ətraflarındakı insanlarda bir səhv və ya qüsur gördükdə reflektiv olaraq əvvəlcə qəzəblənməyə meyilli olurlar. Belə hallarda əvvəlcə məsələni araşdırmaq əvəzinə heç soruşmadan qarşı tərəfi haqsız çıxarırlar. Bu yazının davamını oxu

Satanizmin pərdə arxası

6674461586Son bir neçə ildə bir-biri ardınca baş verən bəzi qəribə satanizm (şeytana tapınma) hadisələri, cəmiyyətin və medianın diqqətini bu mövzuya yönəltdi. Şeytana ibadət etmək üçün təşkil edilən qanlı ayinlər, işgəncə ilə öldürülən küçə pişikləri, təcavüz hadisələri, intihar edən gənclər… Bütün bunlar inanılmaz kimi görünsə də, satanizmin getdikcə yayılan bir təhlükə (və cinnət) olduğunu ortaya qoyur.

Necə olur ki, bir qisim insanlar pis insan olmağı, pislik etməyi, heyvanlara və ya insanlara işgəncə verməyi, qaranlıq və qorxu dolu bir dünyada yaşamağı özlərinə məqsəd seçirlər və “din” olaraq mənimsəyə bilirlər? Bir çox insan bu problemin cavabını axtarır, ancaq cavabı yanlış yerlərdə axtarırlar. Bu yazının davamını oxu

İki yol, iki məqsəd: itaət, yoxsa üsyan?

nocanvas_kis-depresyonu-belirtileri-wfo6iSədaqətin ən bariz nümunəsi itaətdir. İtaət Quran ayələri ilə əmr edilən vacib ibadətlərdən biridir. Ayələrdə bildirildiyi kimi, bu ibadət həm Allahın rəhmət və mərhəmətinin, həm Cənnətin, həm də inkarçılara qarşı qazanılacaq müvəffəqiyyətin açarıdır.

Unutmaq olmaz ki, itaətə əsaslanan və insana Allahın razılığını, rəhmətini və Cənnətini qazandıran iman yolu tərk edildikdə eqoist həvəsə əsaslanan, dünyada xor və alçaq, axirətdə isə Cəhənnəmlə nəticələnən üsyan yolu seçilmiş olar. Bu yazının davamını oxu

Yaşlılığın düşündürdükləri

Depresyon(3)Allah diləsəydi, insanı ölənə qədər gənc yaşadar, bədənində heç bir nöqsan, ya da xəstəlik yaratmazdı. Amma Allah müəyyən yaşdan sonra insanda bəzi fiziki nöqsanlar yaradaraq, ona bu dünyanın keçiciliyini bir daha xatırladır.

Zamanın təsiri hər şeydə özünü göstərir. Ən son model avtomobil bir neçə il ərzində köhnəlir. Çox bəyənilən bir evin 5-10 il sonra (əgər təmir edilməsə) boyaları tökülür, köhnə görünüşlü bir yerə çevrilir. Ancaq bununla bərabər, ən böyük köhnəlmə insanın bədənində baş verir. Ötən illərlə birlikdə insanın çox dəyər verdiyi bədəni geri dönülməz bir şəkildə zərər görür. Allah insanın müəyyən zaman müddəti içində keçirdiyi bu dəyişikliyi Quranda belə bildirmişdir: Bu yazının davamını oxu

Allahın əmr və qadağalarını gözardı etməmək

depresyonBir çox cəmiyyətdə məşhur olan yanlış din anlayışı var. Bu anlayışa görə, bəzi üstün sayılan hökmlərə laqeyd yanaşqdıqda vicdani narahatlıq hiss edilir, ancaq Quranda əmr olunduğu halda, digər əmr və qadağalara laqeyd yanaşdıqda heç bir narahatlıq hiss edilmir.

Hal-hazırda insanların bir çoxu Quran ayələrinin bir qismini yerinə yetirərkən bir hissəsini gözardı edirlər. Çox vaxt da bu ibadətləri ictimai dəyər mühakimələri səbəbindən yerinə yetirmirlər.

Məsələn, kimsə cəmiyyətin təzyiqi ilə zina və ya oğurluq kimi Quranda qadağan edilən hərəkətləri etməyə bilər. Ancaq qorxmadan başqaları haqqında dedi-qodu edib möminlərə böhtan ata bilər, ya da etməyəcəyi bir şeyi söyləyə bilər. Bu vəziyyətdə belə şəxsin Quranda izah edilən İslam əxlaqını yaşadığı deyilə bilməz. Bu yazının davamını oxu

Quran əxlaqında müsəlman kişi xarakteri

1357049007-586Hal-hazırda insanlar, xüsusilə də gənclər bir çox insanı özlərinə nümunə götürür, onların danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu insanların arasında gözəl əxlaqa sahib olmayanlar da var və onları təqlid edən gənclərdə də eyni rəftarlar nəzərə çarpır.

Quran əxlaqının geniş şəkildə yaşanmadığı bir cəmiyyətdə insanların xarakterini müəyyən edən başqa amillər var. Buna bir nümunə olaraq “kişi dediyin…” sözü ilə başlayan anlayışı göstərə bilərik. Bu məntiqə görə, kişi xarakterinin ilk prinsipi daim üstün olmaqdır. Bu anlayışa sahib olan cəmiyyətdəki digər amillər də kişinin üstün olduğunu dəstəkləyir. Bu yazının davamını oxu

Parkinson

493x335_parkinsons_disease_overview_slideshowXX əsrin əvvəllərindən dünya əhalisinin 4%-ni 60 yaş və daha yaşlı insanlar təşkil edir. Əsrimizdə bu nisbətin 17%-ə qədər yüksələcəyi təxmin edilir. Hal-hazırda insan ömrünün uzanması ilə paralel olaraq yaşlı insanlara xas olan xəstəliklər – neyrodegenerativ xəstəliklərdə, yəni beyinin spesifik bölgələrindəki neyronların itirilməsi ilə xarakterizə olunan bir qrup patologiyalarda artım müşahidə edilir.

Bu xəstəliklərin ən mühümünə – parkinson xəstəliyinə qısaca nəzər salaq: Bu yazının davamını oxu

Həyatınızı nəyə əsasən yönləndirirsiniz?

669553Bəzi insanlar həyatlarını özlərinin qoyduğu qaydalar istiqamətində yaşayırlar. Bu insanlar nəfslərinin istəklərinə görə qoyduqları qaydalardan asanlıqla imtina edə bilirlər. Bu insanların həyatlarına istiqamət verən, mütləq doğru olduğuna inandıqları bir yol göstəriciləri yoxdur. Buna görə, şəxsiyyətləri tez-tez dəyişir. Davranışlarında müəyyən sabitlikdən bəhs etmək mümkün deyil. Belə insanların rəftarlarındakı dəyişkənliyi təyin edən güc – nəfsləridir. Bu yazının davamını oxu