Kateqoriya Arxivləri: Düşünən İnsan №10

Xəstəliklərin ardındakı gizli hikmətlər

img1275839Gələcəyi üçün qurduğu planların həmişə istədiyi kimi baş verməsini istəyən, başqa ehtimalları nəzərə almayan bir insan düşünək. Bir xəstəliklə və ya qəza ilə bu insanın bütün həyatı bir anda alt-üst olacaq. Çünki qurduğu planlarına xəstəlik və ya qəza kimi hadisəni daxil etməmişdir. Hətta bir çox insan sağlam olarkən hər gün minlərlə insanın başına gələn bu cür hadisələrlə qarşılaşacağını heç düşünməmişdir.

Bu cür insanlar belə vəziyyətdə dərhal üsyan edirlər. “Nə üçün mənim başıma belə bir hadisə gəldi?” kimi düşüncələrlə qədərə zidd davranırlar. Bu yanlış məntiqlə hərəkət edən, din əxlaqından uzaq yaşayan insanlar xəstəlik və ya qəza zamanı təvəkkül etməz, başlarına gələn hadisələrə xeyir gözü ilə baxmazlar. Bu yazının davamını oxu

XALLI MARAL KƏLLƏ SÜMÜYÜ

deer_fossil

Yaş: 78 milyon il Dövr: Təbaşir Bölgə: Xin Jiang, Çin

Şəkillərdə fosilin dişləri və sümük quruluşu görünür. Maralkimilər fəsiləsinə aid saysız-hesabsız maral növünün əksəriyyətinin fosilləri əldə edilmişdir. Hər birinin öz növünə aid xüsusi quruluşu var və hamısı milyonlarla il əvvələ aid fosillərdə görünür. Şəkildəki 78 milyon illik xallı maral kəllə sümüyü dövrümüzdəki xallı maralların bütün xüsusiyyətlərini daşıyır. Bu, darvinizmin böyük cəfəngiyyatdan ibarət olduğunu göstərmək üçün kifayətdir. Darvinizm artıq can verir, ancaq bəzi tərəfdarları yenə də onu dirçəltməyə çalışırlar. Ancaq çoxdan məhv olmuş və qalıqları da yox olan bu nəzəriyyəni müdafiə etmək qeyri-mümkündür. Bu yazının davamını oxu

Mayalılar 2012-ci ildə mübarək insanların ortaya çıxacağına və bu ilin yeni eranın başlanğıcı olduğuna inanırdılar

2437796-gidiyorum-artikMayalılar minlərlə illik dövrü əhatə edən təqvim yaratmışdılar. Bu təqvim sisteminin sonunun isə 21 dekabr 2012-ci ildə olacağına inanırdılar.

Maya təqviminə görə, dünya 1 milyon 872 min gündə bir yeni eraya keçir. Bu təqvim sisteminə görə, dünyanın keçmişi təxminən 5,125 ilə bərabər olan dövrlərdən ibarətdir və bunların hər birinin sonunda dünyada radikal dəyişikliklər və böyük yeniliklər baş verir.

Mayalılara görə, hal-hazırki dövrümüz dünyanın beşinci və sonuncu dövrüdür. Bu dövr 13.0.0.0.0 tarixində sona çatacaq. Bu da bizim istifadə etdiyimiz təqvimə görə, 21 dekabr 2012-ci ilə uyğun gəlir. Bu yazının davamını oxu

Her problemin helli Qurandadir

19-bir-ask-hikayesiQuran əxlaqından uzaq yaşayan insanların düşüncə və davranış tərzinə görə meydana gələn ictimai quruluş həmin insanlara və cəmiyyətə böyük sıxıntı gətirir. Bunun həllini də dinsizliyin içində axtardıqlarına görə, bu problemləri həll edə bilmirlər. Onların bu vəziyyətlərinin əksinə, səmimi möminlərin həyatı rahat və təhlükəsizdir. Səmimi dindar insanların bu rahatlıqları Quranın hər şeyin həlli olmasından qaynaqlanır. Quran hər problemə, hər çıxılmaz vəziyyətə ən mükəmməl, ən ağıllı həll yolları təqdim edir. Bu yazının davamını oxu

İslam gözəllik və asanlıqdır

3115265-arkana-bakmadan-gitmekDövrümüzdə insanların bir qismi din əxlaqından uzaq həyat yaşayırlar. Çünki cəmiyyətdə belə bir fikir var ki, gözəl əxlaqlı yaşamaq çox çətindir.

Əslində, insanların əksəriyyətinin bu cür yanlış düşüncə tərzinin kökündə Quranı tam bilməmələri və din haqqında eşitdikləri xurafatlarla həqiqi İslamı ayırd etməmələri durur. Əvvəla, Allahın Quranda insanlara tərif etdiyi əxlaq insanların fitrətinə ən uyğun həyat tərzidir. İnsanı da, dini də yaradan Allahdır. İnsanın gücünün həddini, nəfsini, ruhunu ən yaxşı bilən Allah insanlar üçün ən asan dini endirmişdir. Bu, qəti həqiqətdir. Allah insanları din fitrəti üzərində yaratmışdır. Bu yazının davamını oxu

Akulalardakı xüsusi sistem

Akulalardaki-xususi-sistemAğ akulalar ovlarını gözləri ilə izləyərək tuturlar. İsti mərcan qayalıqlarında üzən bu canlılar ovlarını rahatlıqla görürlər. Ancaq soyuq okeanlarda akulaların soyuqdan görmə qabiliyyətlərinin zəifləyəcəyi düşünülür.

Normal şəraitdə soyuq suyun təsirindən kimyəvi proseslər yavaşladığı üçün heyvanın gözlərinin sürətlə hərəkət edən ovunu izləməsi çox çətin olmalıdır. Ancaq akulanın heç vaxt belə problemi olmur. Çünki ağ akulaların gözləri özləri kimi soyuqqanlı deyil. Akulanın bu növündə bədən əzələlərinin istiliyi birbaşa gözlərə ötürülür. Bunun sayəsində, onlar sürətlə hərəkət edən balıqları rahatlıqla tuta bilirlər. (John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Mmm., London 1999, s. 146) Bu yazının davamını oxu

TƏBİİ FƏLAKƏTLƏRLƏ GƏLƏN XƏBƏRDARLIQ

9c378fde4e988267d1e30d47d294ef4asu basma şeherÜzə­rin­də yaşadığımız dün­ya biz hiss et­mə­sək də, da­хil­dən və хa­ric­dən bir çoх təh­lü­kə mən­bə­lə­ri ilə do­lu­dur. Me­teo­rit­lər, qa­ra də­lik­lər və ko­met­lər хa­ri­ci təh­lü­kə­lə­rin yal­nız bir his­sə­si­dir. Digər tə­rəf­dən də dün­ya­nın də­rin­lik­lə­ri­nə get­dik­cə, min­lər­lə də­rə­cə is­ti­li­yi olan tə­bə­qə­lə­rə rast gəl­mək olar. Be­lə ki, dün­ya­nı “aya­ğımızın al­tın­da qay­na­yan bir kü­rə” ki­mi təq­dim et­sək, bu, heç də yan­lış ol­maz. Bun­lar­dan baş­qa, dün­ya­nın hər tə­rə­fi­ni qo­ru­yan bir at­mos­fer tə­bə­qə­si də var. At­mos­fe­rin qo­ru­yu­cu хü­su­siy­yə­ti ilə ya­na­şı həm də ol­duq­ca bö­yük tə­si­ri olan at­mos­fer ha­di­sə­lə­ri də möv­cud­dur: kü­lək­lər, fır­tına­lar, tay­fun­lar…
Bü­tün bu təh­lü­kə mən­bə­lə­ri çoх vaхt tə­sir­li olur: bun­la­rın sa­yə­sin­də də can və mal it­ki­si ilə nə­ti­cə­lə­nə­n və tə­bii fə­la­kət­lər ad­lan­dırılan ha­di­sə­lər baş ve­rir. Bu yazının davamını oxu

XURAFATÇI DÜŞÜNCƏ TƏRZİNİN ƏKSİNƏ OLARAQ QURAN ƏXLAQINDA QADIN ÇOX DƏYƏRLİDİR

2959187-hiihh-ooİnsanlara həyatı boyu ehtiyacı olan hər məsələdə bütün məlumatları Allah Quranda açıqlamışdır. Dünya həyatının gerçək üzünü, insanların yaradılış məqsədini, gözəl yaşamağın sirlərini, insan fitrətinə ən uyğun əxlaq anlayışını insanlara bildirmişdir. Quranda Allahın əmr etdiyi hökmlər qadın və kişilərə aiddir. Bəzi xurafatçı kütlələr qadın düşmənçiliyini və qadına dəyər verməməyi təlqin etməyə çalışsalar da, bu anlayışa Quranda yer yoxdur. Əksinə, Quranda Rəbbimiz qadınları qoruyan və dəyər verən bir çox ayə nazil etmişdir.

  • Xurafatçılar qadını necə dəyərləndirir?
  • Quranda qadını qoruyan ayələr hansılardır?
  • Hörmətli Adnan Oktarın qadınlarla bağlı açıqlamaları nələrdir?

Bu yazının davamını oxu

İbadətləri yaşlılığa saxlama

1700524-yuz-lerNormal ağıl və şüura sahib olan hər kəsi Allah Quran əxlaqını yaşamaq və Quran hökmlərini yerinə yetirməkdən məsul etmişdir. Bu ibadətləri yerinə yetirən insan həm dünya həyatında gözəl yaşayar, həm də sonsuz cənnət həyatını qazanar. İnsanın “gəncliyimi yaşayım, necə də olsa, qocalanda ibadətlərimi də edər, axirəti də qazanaram” fikri ilə Allah qarşısındakı məsuliyyətini bilə-bilə təxirə salması axirət həyatını itirməsinə səbəb ola bilər. Allah “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa surəsi, 18)” ayəsi ilə insanlara bu həqiqəti xəbər vermişdir. Bu yazının davamını oxu

Qütb ayılarının buzun üstündə yaşamalarını təmin edən mükəmməl xüsusiyyətlər

iklim-cesitleri-kutup-iklimiQütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar. Ancaq Rəhman olan Allah onları bu çətin şəraitə tab gətirə biləcək şəkildə yaratmışdır.

Dünyadakı bütün canlıları yoxdan yaradan və onların hər birində heyrətamiz xüsusiyyətlər var edən uca Allahdır. Bu, Allahın incə sənətidir. Allah sonsuz ağlı ilə insanların qavraya bilmədikləri, hələ incəliklərini kəşf edə bilmədikləri sistemlər yaratmış, hər xüsusiyyətin içində Öz ucalığını və qüdrətini göstərən gözəlliklər var etmişdir. Bu yazının davamını oxu