Kateqoriya Arxivləri: Düşünən İnsan №11

COELACANTH

Fosil No: SF0024-25 Yaş: 240 milyon il Dövr: Trias Tapıldığı yer: Ambilob, Madaqaskar

Fosil No: SF0024-25
Yaş: 240 milyon il
Dövr: Trias
Tapıldığı yer: Ambilob, Madaqaskar

Coelacanth təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətdə qoyan 400 milyon illik balıqdır. Coelacanth-ın 400 milyon il ərzində heç bir dəyişikliyə məruz qalmaması və 400 milyon illik dövrdə baş vermiş qitə hərəkətlərinə, iqlim dəyişikliklərinə, ətraf mühit şərtlərinə baxmayaraq, quruluşunu qoruması təkamülçüləri tamamilə çarəsiz qoymuşdur. Coelacanth canlıların təkamül yolu ilə meydana gəldiyini və canlılarda davamlı təkamül prosesi baş verdiyini təkzib edir. Şəkildəki coelacanth fosili iki hissədən ibarətdir. Bu cür fosillərdə canlının izi daşın hər iki tərəfində də neqativ və pozitiv çıxır. Bu yazının davamını oxu

TÜRK-İSLAM BİRLİYİNİN QURULMASI ÜÇÜN RAMAZAN AYI ƏRZİNDƏ DUA ETMƏYİ UNUTMAYAQ

2260Bu ay bütün İslam aləminin hər il böyük həyəcanla gözlədiyi mübarək Ramazan ayı ilə şərəflənəcəyik. Bütün müsəlman qardaş-bacılarımıza bərəkət, xeyir, əmin-amanlıq gətirməsini səmimi qəlbdən istədiyimiz bu mübarək ayın xeyirlərə səbəb olmasını diləyirik. İslam dünyasında Ramazan ayı yardımlaşma və həmrəyliyin daha çox ön plana çıxdığı mühüm aydır. Birlik və bərabərliyin daha vacib olduğu bu günlərdə heç kim “mənim köməyimlə, cəhdimlə nə olar?” deyə düşünmədən Türk İslam Birliyinin qurulması üçün səmimi niyyətlə cəhd etməlidir. Əsla unutmamalıdır ki, bu cəhdləri uğurla nəticələndirən və iman gətirənlərin dualarına qarşılıq verən sonsuz qüdrət və şəfqət sahibi Allahdır. Bu yazının davamını oxu

35 MİN İLLİK FLEYTA TARİXİN TƏKAMÜLÜ İDDİASINI TƏKZİB EDİR

1374258473_te_germany1Almaniyadakı arxeoloji qazıntılarda tapılan 35 min illik fleyta bu günə qədər tapılan digər fleytalar kimi tarixin erkən dövrlərində yaşayan insanların incəsənət zövqünə malik olduğunu göstərir.

Arxeoloq Nikolas Konardın 12 ayrı hissə şəklində tapdığı qızıl qırğı sümüyündən düzəldilmiş bu fleyta Cənubi Almaniyadakı Hohl Fels mağarasından çıxarılmışdır. 5 dəlikli fleyta kövrək quruluşda olduğuna görə, arxeoloq Konard bu alətin funksionallığını yoxlamaq üçün eyni növ sümükdən həmin fleytadan düzəltmişdir. Bu fleyta ilə qərb musiqisinin əsas forması olan yeddi not ölçüsündən istifadə edərək Amerika Milli Marşını çalmışdır. Bu yazının davamını oxu

İslam torpaqlarında baş verənlər axırzaman əlamətidir

ictimaiigtisasAxırzaman… Bu anlayış bir çox insana tanış olmaya bilər. Bu səbəbdən, əvvəlcə bu anlayışı qısa şəkildə açıqlayaq. Axırzaman son dövr mənasını verir və İslam qaynaqlarına görə, qiyamətə yaxın bir zamanda Quran əxlaqının bütün dünyaya hakim olduğu dövrü ifadə edir. Bu dövrdə insanların rahat şəkildə yaşamaları üçün hər cür şərait mövcud olacaq. Əvvəlki dövrlərdəki çətinliklərin yerini bolluq, bərəkət və ədalət tutacaq. Əxlaqsızlıqlar, saxtakarlıqlar, degenerasiya ortadan qalxacaq. Bu dövr bütün inanan insanların əsrlərlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs dövr olacaq. Bu yazının davamını oxu

İMAM QƏZALİ (1058-1111)

imamqezaliİmam Qəzali XI əsrin sonu – XII əsrin əvvəllərində yaşamışdır və dövrünün mücəddidi qəbul edilən böyük İslam alimlərindən biridir. Yaşadığı dövrdə üstün əxlaqı ilə diqqət çəkmiş, bir çox sahədə elm sahibi olması və güclü mühakimə qabiliyyəti ilə təkcə İslam aləmində deyil, Qərbdə də tanınmışdır.

“Allahın verdiyi neməti Onun sevdiyi yerdə xərcləmək şükür, sevmədiyi yerdə istifadə etmək isə küfrani-nemətdir (neməti inkar etməkdir)”.

İmam Qəzali həyatını Q Bu yazının davamını oxu

Sahib olduğunuz hər şeyi Allahın nemət olaraq verdiyini əsla anlamazlıqdan gəlməyin

Praying WomanYaşadığımız dünyada saysız gözəlliklər, nemətlər mövcuddur. Hər canlının bütün ehtiyacları ayrı-ayrı düşünülmüş və heç nə əskik buraxılmamışdır.

Əvvəlcə özümüzü düşünək: səhər yataqdan qalxdığımız andan etibarən nə edirik, nəyə ehtiyac duyur, nələrlə qarşılaşırıq, daha doğrusu hansı gözəlliklərlə nemətləndirilirik.

Yuxudan duran kimi nəfəs ala bilirik, qüsursuz tənəffüs sistemimiz sayəsində bunu edərkən heç bir çətinlik çəkmirik, atmosferdəki qazların nisbətinin doğru olub-olmadığını düşünmək ağlımıza belə gəlmir. Bu yazının davamını oxu

Doğru yola yönəlmənin sirləri

16h97hyKimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa əməl edərək Allahın yoluna gələnlər cənnətlə mükafatlanan qullardır.

Hər bir insanın özünə görə doğruları və səhvləri olur. Hər bir doğrunun təsbit edilmə qaynağı isə fərqlidir. Bəziləri oxuduğu kitabı, bəzisi ətrafında gördüyü insanı, bəzisi hər hansı bir siyasətçini, bəziləri də hər hansı bir filosofu özünə rəhbər edir. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa aparacaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

Möminlər Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərirlər. Quranda bildirilən gözəl əxlaqa tabe olmamaq isə insanları dünya və axirətdə sonsuza qədər davam edəcək ümidsizliyə, bədbəxtliyə və əzaba aparır. Bu yazının davamını oxu

Tənəffüs etdiyimiz hava hər səhər necə təmizlənir?

xosbextlik_00Gün boyu avtomobillərdən çıxan qazlar, evlərin bacalarından çıxan tüstülər, küləklə uçuşan tozlar, fabriklərdən yayılan kimyəvi qazlar… kimi xarici amillər tənəffüs etdiyimiz havanı daim çirkləndirir. Lakin biz heç vaxt havasızlıqdan əziyyət çəkmirik. Tənəffüs etdiyimiz hava həmişə təmizdir. Bəs bütün gün müxtəlif səbəbdən çirklənən hava necə təmizlənir? Elm adamlarının uzun illər davam edən işlərinə baxmayaraq, qaynağını açıqlaya bilmədikləri təmizləyicilər nələrdir? Bu yazının davamını oxu

Vicdan sahibi insanlara çağırış

4İnsanda onun tez-tez rast gəldiyi hadisələrə qarşı dərhal vərdiş əmələ gəlir. Hətta zaman keçdikcə bu vərdiş elə hala gəlir ki, ilk dəfə gördüyü zaman insanda kəskin reaksiya əmələ gətirən hadisələr bir müddətdən sonra gündəlik mövzulara çevrilir.

Dünyada baş verən müharibələr və toqquşmalar da belə hadisələrdəndir. Bir ölkədə işğalın, kütləvi qırğının, ya da soyqırımın olması əvvəlcə dünyanın dörd tərəfində kəskin reaksiya yaradır.  Küçələrdə öldürülən qadınlar, yaşlılar, cavanlar, körpələr… Bu yazının davamını oxu

QOXU MÜTƏXƏSSİSİ İTLƏR

1381682913_sevimli_kcpek_5İtlər ən zəif qoxuları belə asanlıqla müəyyən edirlər.

İtlərin digər canlı növlərindən və insanlardan üstün olan qoxubilmə qabiliyyətlərinin xüsusiyyətləri nələrdir?

İnsanlarla itlərin burunlarını istifadə məqsədləri çox fərqlidir. İtlər qoxubilmə orqanlarından qida axtarma, ov tutma, öz aralarında xəbərləşmə, istiqaməti müəyyən etmə, qarşı cinslərinin, balalarınn yerini tapmaq üçün istifadə edirlər. Uca Rəbbimiz bu canlıları yaşamaları üçün lazımi sistemlərlə birlikdə yaratdığını bir ayədə belə bildirir:

Göylərdə və yerdə nə varsa, Onundur. Hamısı Ona boyun əyir! (Rum surəsi, 26) Bu yazının davamını oxu