Kateqoriya Arxivləri: Düşünən İnsan №12

İspaniya, Kordovada 519 il sonra azan oxundu

moscheeƏndəlusun paytaxtı Kordovada xilafətin 1492-ci ildə süqut etməsilə kəsilən azan 519 il sonra ilk dəfə yenidən oxunub. Bu azanla müsəlmanlar ilk dəfə cümə namazı da qılıblar.

8 əsr Avropa torpaqlarında hökmranlıq edən Əndəlus dövlətinin paytaxtı olan Kordovada yerləşən tarixi Kordova məscidinin yanındakı kiçik məsciddə əsrlər sonra yenidən azan səsləri yüksəlib.

İspaniyada İslamın hakimiyyəti sona çatdıqdan sonra azanların səslərinin kəsildiyi və Əndəlus hökmdarlarının 205 il ərzində tikdirdiyi Kordova məscidinin yanındakı məsciddə artıq açıq şəkildə azan oxunub namaz qılınır. Bu yazının davamını oxu

“STRİNQ” NƏZƏRİYYƏSİNİN BANİSİ PROF. MİTİO KAKUNUN A9 TV-YƏ VERDİYİ XÜSUSİ MÜSAHİBƏ

107264_mediumƏslən yaponiyalı olan nəzəri fizik Mişio Kaku ABŞ-da doğulmuşdur. Son əsrin ən bilikli fiziklərindən olan Kakunun çox sayda kitabı, radio və televiziya proqramları var.

Elmə töhfələrilə tanınan Mişio Kaku qara dəliklər və kainatın genişlənməsinin sürətlənməsi kimi sahələrdə çoxlu tədqiqatlar aparmışdır.

Bundan əlavə, fizikanın əsas modellərindən biri olan “Strinq” (sim) nəzəriyyəsinin banilərindəndir. Bu yazının davamını oxu

“Muhəmməd peyğəmbərin təcrübəsindən çıxış etmək lazımdır”

Elşad_İskəndərov“Yaddan çıxarmaq olmaz ki, yalnız birgə fəaliyyət sayəsində dini radikalizm, xurafat, dini savadsızlıq aradan götürüləcək”

“Cəmiyyətdə dinə qarşı təxribatlar hər zaman olub. Bunların hamısı xurafat, cəhalətlə əlaqəlidir”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iyulun 17-də Qafqaz Müsəlmanları İdarəsində keçirilən mətbuat konfransında deyib. Ramazan ayının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Elşad İskəndərov bildirib ki, xurafatdan, cəhalətdən çıxış yolu maarifləndirmə işləri aparmaqdadır: Bu yazının davamını oxu

HEYDƏR ƏLİYEV

IMG_783E92-153ACC-6F265D-31900E-649899-C0147Aİslam dini yüksək mənəvi dəyərlərə malik olan bir dindir. İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Bu yazının davamını oxu

Dördayaqlıların (tetrapodların) yaradıldığını bilirdinizmi?

tetrapodDördayaqlılar (tetrapodlar) quruda yaşayan onurğalılara verilən ümumi addır. Bu təsnifata amfibiyalar (suda-quruda yaşayanlar), sürünənlər və məməlilər daxildir. Təkamül nəzəriyyəsi dördayaqlıların suda yaşayan balıqlardan təkamüllə əmələ gəldiyini iddia edir. Halbuki, bu iddia həm fizioloji və anatomik cəhətdən ziddiyyətlidir, həm də iddianın fosil qeydlərində heç bir dəlili yoxdur.

Bir balıq quruda yaşamağa uyğunlaşması üçün tənəffüs sistemi, ifrazat mexanizmi, skelet quruluşu kimi müxtəlif cəhətlərdən böyük dəyişikliklər keçirməlidir. Bu yazının davamını oxu

SÖLEKANT (LATİMERİYA)

Fosil No: SF0024-25 Yaş: 240 milyon il Dövr: Trias Tapıldığı yer: Ambilob, Madaqaskar

Fosil No: SF0024-25
Yaş: 240 milyon il
Dövr: Trias
Tapıldığı yer: Ambilob, Madaqaskar

Sölekant (Coelacanth) təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətdə qoyan 400 milyon illik balıqdır. Sölekant-ın 400 milyon il ərzində heç bir dəyişikliyə məruz qalmaması və 400 milyon illik dövrdə baş vermiş qitə hərəkətlərinə, iqlim dəyişikliklərinə, ətraf mühit şərtlərinə baxmayaraq, quruluşunu qoruması təkamülçüləri tamamilə çarəsiz qoymuşdur. Sölekant canlıların təkamül yolu ilə meydana gəldiyini və canlılarda davamlı təkamül prosesi baş verdiyini təkzib edir. Şəkildəki sölekant fosili iki hissədən ibarətdir. Bu cür fosillərdə canlının izi daşın hər iki tərəfində də neqativ və pozitiv çıxır. Bu yazının davamını oxu

İSLAM DÜNYASININ ÇOX YAXIN AYDIN GƏLƏCƏYİ

11-sentyabr-terror-311 sentyabr 2001-ci ildə baş verən bəşəriyyət tarixinin ən qanlı terror hadisəsinin İslam dünyasındakı əks-sədaları 2002-ci ildə də çox hiss edildi. Dünyanın bir çox ölkəsində keçirilən konfranslarda və yazılan məqalələrdə İslam dininin hər cür terroru lənətlədiyi dilə gətirildi, İslamın sülh dini olduğu insanlara çatdırıldı. Unutmaq olmaz ki, bütün dünyanın İslam dinini daha yaxından tanımasına səbəb olan bu hadisələr Allahın Quranda və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələdiyi mübarək dövrün əlamətidir…

İslam coğrafiyasında zülm və göz yaşı Bu yazının davamını oxu

“Onsuz da mən cənnətə gedəcəyəm” kimi düşünənlər

230022_107477932674133_100002357816146_78353_2831726_nDini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyat olduğunu qəbul etmələrinə baxmayaraq, din əxlaqını yaşamamalarının səbəbi özlərinin mütləq cənnətə gedəcəklərini düşünmələridir. Bu cür düşünən insanların haradan belə bir qənaətə gəldikləri məlum deyil. Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görür və yaxşı insan olduğu üçün də cənnətə girməyə layiq olduğu qənaətinə gəlir. Bu yazının davamını oxu

Ramazanda sağlamlığa diqqət yetirək

984523_67244292Oruc tutarkən nəyə diqqət yetirmək, hansı yeməkləri yemək, hansıları məhdudlaşdırmaq lazımdır?

Ramazanda kökəlməmək üçün necə qidalanmaq lazımdır?

Bütün İslam dünyasının hər il həyəcanla gözlədiyi mübarək Ramazan ayındayıq. Ramazan ayı bütün insanlara Allah sevgisini, qardaşlığı, sülhü, insanların acizliyini xatırladan və müsəlmanları doğru yola dəvət edən xeyirli aydır.

Uca Allah Quranda Ramazan ayının “min aydan daha xeyirli olduğunu” (Qədr surəsi, 3) bildirir. Bu yazının davamını oxu

Fədakar insan dünyanın ən ağıllı və ən qazanclı insanıdır

MuslumanteslimDin əxlaqından uzaq həyat tərzi keçirən insanlar arasında fədakarlıq bir növ ağılsızlıq hesab edilir. Onların fikrinə görə, insan öz mənfəətini nə qədər yaxşı güdürsə, bir o qədər ağıllıdır. Ətrafındakı insanların imkanlarından nə qədər çox istifadə edə bilirsə, özündən isə nə qədər az istifadə etdirirsə, insanlara nə qədər az mənfəət verirsə, deməli, bu adam ağlından maksimum istifadə edə bilir.

Əlbəttə ki, bu insanlar yanılırlar. Axirətə inanmayanlar üçün başqa insana mənfəət vermək, onun rahatlığını təmin etmək, üstəlik, bunları özünün rahatlığından keçərək etmək ağılsızlıq kimi qəbul edilə bilər. Ancaq axirətə inanan bir insan bunları yalnız Allahın razılığını qazanmaq üçün edirsə, dünyanın ən ağıllı insanıdır. Bu yazının davamını oxu