Kateqoriya Arxivləri: Düşünən İnsan №14

İSLAM ƏXLAQINDA SEVGİ VƏ KEYFİYYƏT ANLAYIŞI

KidsDövrümüzdə bir çox müsəlman ölkəsində həqiqi İslam anlayışından uzaq, bayağı həyat tərzi var. Bu bayağılıq sadəcə bəzi nəzakət qaydaları və nəzakətdən uzaq davranışlar demək deyil. Bayağılıq Allah’ın qədrini layiqincə təqdir etməməkdən, həqiqi Quran əxlaqı ilə yaşamamaqdan qaynaqlanan yanlış həyat tərzidir. Bu yanlış həyat tərzi insanın düşüncə tərzindən zövqünə, həyatındakı hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, söhbət mövzularından mimikalarına qədər bütün həyatını əhatə edən geniş anlayışdır. Bu yazının davamını oxu

XƏSİSLİK ETMƏK, VAR-DÖVLƏT TOPLAMAQ QURAN ƏXLAQINA UYĞUN DEYİL

8mQuran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə Allah yolunda malından sərf etmək haqqında yanlış anlayış var. Bu anlayışa əsasən, vicdanı rahatlatmaq üçün insanlar mallarından cüzi şey verirlər. Beləliklə, böyük dini öhdəliyi yerinə yetirdiyini zənn edərək var-dövlətinin böyük hissəsini əlində saxlayırlar. Halbuki, Quranda bu əməlin səhv olduğuna açıq-aşkar diqqət çəkilir. Ayələrdə belə buyurulur:

Gördünmü üz çevirəni, (malından) azacıq verib (qalanına) xəsislik göstərəni? (Nəcm surəsi, 33-34) Bu yazının davamını oxu

Dəniz atı

Yaş: 11-5 milyon illik Tapıldığı yer: İtalya

Yaş: 11-5 milyon illik
Tapıldığı yer: İtalya

Bu canlı yaradılmış bütün canlılar kimi milyonlarla ildir ki, heç bir dəyişikliyə məruz qalmayıb. Allah bütün canlıları olduqları kimi qorumuşdur. Bu da təkamülün həyata keçmədiyinin və bütün canlıların uca Allah tərəfindən yaradıldığının sübutudur. Bu yazının davamını oxu

İBRƏTAMİZ HADİSƏLƏRİ UNUTMAMAQ

esebİnsanın ibrət aldığı, dərs götürdüyü hadisələrin ruhunda əmələ gətirdiyi təsiri unutmaması çox vacibdir.

İnsanların həyatlarında çox nadir baş verən bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri insanlarda aylarla, hətta illərlə davam edir. Həmin hadisəyə aid görüntü və səslər gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getməz. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən insanın keçirdiyi böyük peşmançılıq, bəzən çox utandığı hadisə, bəzən də vacib tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir. Bu yazının davamını oxu

Balıqların üzməsini asanlaşdıran yaradılış xüsusiyyətləri

   Freshwater_angelfish_biodome   .  Sərfəli üzmə texnikası:

Balıqlar sabit vəziyyətdə üzərkən birdən yüksək sürət əldə etmək üçün yüksək enerjiyə ehtiyacları olur. Ani surətdə sürətlənmək onlar üçün çox vacibdir, çünki yırtıcı heyvanlardan qaçmalıdırlar. Bəzi kiçik balıqlar sabit vəziyyətdə ikən saniyənin  1/20 -i qədər qısa müddətdə sürətlərini maksimum səviyyəyə çatdırırlar. Bu zaman hasil etdikləri itələmə qüvvəsi öz çəkilərindən 4 dəfə çox olur. Son model avtomobillərin belə 0 km-dən 100 km-dək sürəti 4-6 saniyə ərzində əldə etdiklərini nəzərə alsaq, balıqların nə qədər sərfəli üzdükləri daha yaxşı məlum olar.

Bu yazının davamını oxu

ŞEYTANIN XÜSUSİYYƏTLƏRİ : ŞEYTANIN VƏZİFƏSİ İNSANLARI AZDIRMAQDIR

dipressDedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan hər kim sənə uysa, Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam! (Əraf Surəsi,16-18)

O zaman Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Bu yazının davamını oxu

MAHNI SÖZLƏRİNDƏ GİZLƏNƏN MƏNFİ MESAJLAR

music08Çox vaxt bəlkə də heç əhəmiyyət vermədən dinlənilən mahnı sözləri insanların ümumi psixologiyası və bir-birlərinə münasibətlərinə necə təsir edir?

Şeytanın ən çox istifadə etdiyi aldatma metodlarından biri olan romantizmin doğru göstərildiyi bəzi mahnı sözləri insanın həm özü, həm də cəmiyyət üçün hansı zərərlərə yol açır?

Dini inanclara zidd, üsyankar, depressiv və aqressiv ifadələrin işləndiyi mahnılar insanın şüuraltına necə mənfi təsir edir? Bu yazının davamını oxu

HƏŞƏRATLARDAKI ÜSTÜN UÇMA SİSTEMLƏRİ

  • 250320132147296659584Bir həşərat saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır?
  • Öz boyundan yüz dəfə hündür yerə necə tullana bilir?
  • Aşağı-yuxarı hərəkət edən qanadlarla irəliyə doğru necə uça bilir?

Quranda Rəbbimizin sonsuz elmini göstərən canlılardan biri olan milçəkdən bəhs edilir.

Allah “Həcc” surəsinin 73-cü ayəsində belə buyurur: Bu yazının davamını oxu

QULAQDAKI QIZIL RİYAZİ NİSBƏT EŞİTMƏNİ NECƏ ASANLAŞDIRIR?

maxresdefault“Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur…” (Muminun surəsi, 78)

Qulağın quruluşundakı qızıl nisbət eşitmə prosesini necə mükəmməl edir? Səsin mənbəyini hər an necə təyin edirik?

İlbiz adlanan orqanın eşitmə prosesindəki rolu nədir?

Sənətkarlar, elm adamları və dizaynerlər tədqiqat apararkən və ya məhsul hazırlayarkən qızıl nisbətlə yaradılmış insan bədənini ölçü götürürlər. Bu yazının davamını oxu

MÜVƏFFİ (Əhdini yerinə yetirən, tam verən, ödəyən)

gm_1244141786Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik. (Hud surəsi, 109)

İnsanın ömrü boyu hər etdiyi əməl, hər düşündüyü Allah qatında yazılır. Ən kiçik təfərrüat belə unudulmur. Ayədə belə buyurulur:  “… (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır”. (Loğman surəsi, 16) Bu yazının davamını oxu