Kateqoriya Arxivləri: Düşünən İnsan №15

XİLASA APARAN YOL: TƏMİZ AĞIL SAHİBİ OLMAQ

2798668-sakizli-dondurmadan-balon-olmazTəmiz ağıl sahibi olmaq dərin düşünməyi, incəlikləri qavramağı, hikmətli danışmağı, doğru ilə yanlışı bir-birindən ayırd etməyi, hadisələr haqqında mühakimə yeritməyi, doğru qərarlar verməyi və xeyiri görməyi ifadə edir. Vicdanının səsini dinləyərək Allah’a üz tutan hər insan qısa müddətdə təmiz ağıla sahib ola bilər. Bunun üçün Allah’a səmimi iman gətirmək, Ondan lazımınca qorxmaq və Rəbbimizin istədiyi kimi həyat yaşamaq lazımdır. Bu səmimi iman insana ağıl qazandırır. Bu yazının davamını oxu

BAKTERİYALARDAKI DİZAYN

mor_virus_289_5434568Bakteriyalar gözlə görünmürlər, ancaq xüsusi hüceyrə quruluşu sayəsində hər cür şəraitə dözümlüdürlər. Bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətli çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etməkdə çox böyük əhəmiyyət daşıyan bir qrupu meydana gətirirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, bu səbəblə də hər hansı bir növ orqanizmdən daha çoxdurlar. Bu canlılar dünyanın sayca ən çox olan üzvləridir. Bütün ekosistem bakteriyaların fəaliyyətlərindən asılıdır və bakteriyalar insan həyatına bir çox şəkildə təsir edirlər. Bu yazının davamını oxu

İBRAHİMİN HƏYATI VƏ MÜSƏLMANLARIN İLK EVİ KƏBƏNİN TARİXİ

budizmeng76Hz. İbrahim bütlərə sitayiş edən qövmünə Allah’ın vəhyini təbliğ etmiş və onları xəbərdar edib qorxutmuşdur. Uzun müddət haqq dini, dünyanı, axirəti, həyatı və ölümü onlara izah etmiş, ən yaxını olan atasını isə daima Allah’ın dininə dəvət etmişdir.

Hz. İbrahim Quranda haqqında tez-tez bəhs edilən, Allah’ın təriflədiyi və hənif (Allah’a şirk qoşmadan ibadət edən) müsəlman olduğu bildirilən peyğəmbərimizdir. Quranda İbrahim peyğəmbərlə bağlı belə buyurulur:

Yaxşı işlər görərək Allaha təslim olan və İbrahimin hənif dininə tabe olan şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi (Özünə) dost tutmuşdur. (Nisa surəsi, 125) Bu yazının davamını oxu

ATOM NÜVƏSİNDƏKİ MÖHTƏŞƏM XÜSUSİYYƏTLƏR

1022moleculeNormal şəraitdə atomun daxilində protonların bir-birlərini itələmələri və mümkün qədər bir-birlərindən uzaqlaşmaları gərəkir. Çünki protonlar müsbət yüklüdürlər və eyni yüklər bir-birlərini daim itələyirlər. Ancaq kainatda mövcud olan güclü nüvə qüvvəsi sayəsində protonlar yüksüz olan neytronlarla birlikdə nüvədə bir-birlərinə birləşmiş haldadır. Bir başqa sözlə, güclü nüvə qüvvəsi protonları bir yerdə tutaraq atomun mərkəzindəki nüvəni əmələ gətirir. Bu yazının davamını oxu

LUT QÖVMÜ VƏ MƏHV OLAN ŞƏHƏR

p.txt“Lut qövmü də xəbərdarlıqları yalan saydı. Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik”. (Qamər surəsi, 33-34)

Hz. Lutun qövmü homoseksuallığın yayıldığı azğın qövm idi. Hz. Lut Allah`ın dinini təbliğ etdikdə onu inkar edərək azğınlıqlarına davam etdilər. Nəticədə, Allah Lut qövmünü qorxunc fəlakətlə həlak etdi.

Hz. Lutun yaşadığı şəhər Əhdi-ətiqdə adı keçən Sodomdur. Arxeoloji qazıntılarda şəhərin İsrail-İordaniya sərhədi boyu uzanan Ölü dənizin yaxınlıqlarında yerləşdiyi məlum olmuşdur. Bu qövmün Quranda yazılanlara uyğun şəkildə həlak olduğu aşkar edilmişdir.

Allah Quranda belə buyurmuşdur: Bu yazının davamını oxu

QURAN ƏXLAQI İLƏ NECƏ YAŞAMAQ OLAR?

2962291-vQuran əxlaqı nə deməkdir?

Quran əxlaqı dünyada gözəl həyat yaşamaq və əbədi axirətə hazırlıq görmək üçün Allah’ın insanlara lütfüdür. İnsanın həyatı boyu qarşılaşdığı hər hadisədə necə davranmalı olduğunu, Rəbbimizin hansı davranışları bəyəndiyini öyrənəcəyi həyat rəhbəridir. Bu əxlaqla yaşamaq çox asan, zövqlü və rahatdır.

Dünyada və axirətdə gözəl əxlaqın sirri: Quran əxlaqı Bu yazının davamını oxu

ATLARIN AYAQ ÜSTƏ YATDIQLARINI BİLİRDİNİZMİ?

11_loshad_68Necə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Rəbbimizin verdiyi bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yatır, həm də çox ağır yükləri daşıyırlar. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikdə belə başları yana düşür.

Atların ayaqları təkcə ağır yük daşımaq üçün deyil, eyni zamanda, daha sürətlə qaçmaq üçün xüsusi yaradılmışdır. Digər heyvanlardakı kimi atlarda körpücük sümüyü yoxdur. Bu onların daha böyük addım atmasına səbəb olur. Bu yazının davamını oxu

ALLAH BÖYÜKDÜR

world_scenes-010Allah’ın sonsuz elminin, sonsuz ağlının və sonsuz gücünün dəlilləri də sonsuzdur. Kainatda hər yaradılışın dəlilləri olan saysız varlığın bir-birilə ahəngi nəticəsində meydana gələn möhtəşəm nizam var. Elə bir nizam ki, hər şey incə-incə qurulmuş, insan ağlının əsla dərk edə bilməyəcəyi təfərrüatlarla birlikdə heç bir qüsur olmadan yaradılmışdır.

Məsələn, nəfəs almaq insanın həyati funksiyalarından biridir. Amma bunu bacara bilməsi üçün ən kiçik cəhd göstərməsinə belə ehtiyac yoxdur. Həm xarici aləmdə, həm də bədənində lazım olan bütün nizam Allah tərəfindən yaradılmışdır. İnsan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Bəs bu funksiyanın reallaşması üçün hansı ünsürlərin bir yerdə olmalı olduğunu bilirsinizmi? Bu yazının davamını oxu

Qadınları alçaldan nəzəriyyə : DARVİNİZM

1Sosial darvinizmin irqçiliyə, faşizmə və imperializmə (və digər tərəfdən də kommunizmə) verdiyi sözdə elmi dəstək, ümumiyyətlə, bilinən və çox yazılan bir mövzudur. Çox bilinməyən həqiqət isə Çarlz Darvin də daxil olmaqla, bir çox darvinistin qadınların həm bioloji, həm də əqli cəhətdən kişilərdən aşağı olduqlarına inanmasıdır. Darvinistlərin kişilərlə qadınların arasında mövcud olduğunu iddia etdikləri əqli fərq o qədər əhəmiyyətli dərəcədədir ki, bəzi təkamülçülər qadın və kişini iki fərqli fiziki növə ayırmışdır. Onlara görə, kişilər homo frontalis, qadınlar isə homo parietalisdir. Bu yazının davamını oxu

AXIRZAMANIN ƏN BÖYÜK PROBLEMİ: SEVGİSİZLİK

110617Pislik, haqsızlıq, kədər, bədbinlik. sıxıntı, tənhalıq, qorxu, stress, inamsızlıq, vicdansızlıq, narahatçılıq, qəzəb, qısqanclıq, kin, narkomaniya, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, yoxsulluq, oğurluq, dava-dalaş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma və zülm… Bütün bunlar, demək olar ki, hər gün qəzetlərdə və televiziyada rast gəlinən, gündəlik həyatda qarşılaşdığımız problemlərdir.

İnsanların və xalqların xilas olmaq istədiyi, hər sahədə mübarizə apardığı bu cür pisliklər, qarışıqlıq dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün qədim Yunanıstana və ya Böyük Roma İmperiyasına, Çar Rusiyasına və ya iki böyük dünya müharibəsinə, böyük ictimai hadisələrə səhnə olan XX əsrə nəzər salmaq kifayətdir. Ancaq hansı əsrə baxsaq, dünyanın hansı guşəsinə getsək, bu mənzərə dəyişmir. Çünki keçmişdə olduğu kimi, dövrümüzdə də bu cür pisliklərin mənbəyi dünyadakı ən böyük problem olan sevgisizlikdir. Bu yazının davamını oxu