Kateqoriya Arxivləri: Düşünən İnsan №16

Zəlzələyə qarşı həşərat qanadı

259947_420259İrlandiyada aparılan tədqiqatda məlum olub ki, binalar həşəratların qanad sistemi nümunə götürülərək dizayn edilərsə, zəlzələyə qarşı daha davamlı olar.

İrlandiyadakı Triniti Kollec Universitetindən tədqiqatçılar çəyirtkələr də daxil olmaqla, müxtəlif həşəratların qanadlarını tədqiq ediblər.

Tədqiqatın nəticələrinə əsasən, çox kövrək görünən həşərat qanadları, əslində, çox davamlıdır. Tədqiqat saniyədə 2000 dəfə qanad çalan milçəklərin də qanadlarının davamlı olduğunu göstərib. Bu yazının davamını oxu

Keçmiş Sivilizasiyaların Heyranedici İzləri Tarixin Təkamülü İddialarini Təkzib Edən Başqa Bir Sivilizasiya: Mayyalar

pyramids03-48Təkamülçü KİV-lərin hamısının bir ortaq cəhəti var. Bir canlıya aid bioloji quruluş və ya xüsusiyyətin nə üçün təkamül keçirdiyinə dair xəyali ssenarilərdən bəhs edirlər. Diqqətçəkən cəhət isə budur ki, təkamülçülərin təxəyyül gücüylə uydurduğu hekayələr elmi fakt kimi verilir. Halbuki, bu KİV-də yayımlananlar “darvinist nağıllardan” başqa bir şey deyil. Təkamülçülər zehinlərində uydurduğu ssenariləri cəmiyyətə elmi dəlil kimi təqdim etməyə çalışırlar. Lakin bunların hamısı yalandır. Darvinist nağılların heç bir elmi dəyəri yoxdur, təkamülçü iddialar üçün də əsla dəlil təşkil etmirlər. Bu yazının davamını oxu

İNSAN MÖCÜZƏSİ: BƏDƏNİMİZDƏKİ SUYUN MİQDARI NECƏ TƏNZİMLƏNİR?

scientists working at the laboratoryBədənimizdəki su miqdarının biz yatarkən belə müəyyən tarazlıqda saxlanılması nə üçün vacibdir?

Su ölçən xüsusi reseptorların təhlükəli vəziyyətdə ifraz etdiyi ADH hormonu su tarazlığını necə təmin edir?

Su insan orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Çünki insan bədənindəki suyun 10%-i itirilsə, insan üçün həyati təhlükə baş verər. Bu təhlükə ilə üzləşməmək üçün:

Hər gün yediyimiz yemək və qəbul etdiyimiz maye ilə neçə litr su qəbul etdiyimiz, Bu yazının davamını oxu

QARANLIĞA VƏ RƏNGSİZLİYƏ BÜRÜNƏN HƏQİQİ DÜNYA

world_scenes-196Müasir fizika sübut edir ki, biz gözlərimizlə görmürük, əslində dünya zülmət qaranlıq və rəngsizdir.

Görən gözlərimiz deyil, görüntü beynimizdə əmələ gəlir

Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik. Bu yazının davamını oxu

HƏYATIN MƏNŞƏYİNİ AÇIQLAYAN “İLK HÜCEYRƏ”

534957_240900312676676_187070928059615_355532_1538786670_n1Darvinin təkamül nəzəriyyəsinə əsasən, cansız maddələrin təsadüfən birləşməsi ilə əmələ gələn xəyali ilk hüceyrə var. Darvinizmə əsasən, hər şey bu ilk hüceyrə ilə başlayır. Bütün canlıların, kəpənəklərin, quşların, şirlərin, qartalların, balinaların, dovşanların, maralların və nəhayət texnoloji məhsullar istehsal edən, sivilizasiyalar quran, professorlar yetişdirən, kosmosa səyahət edən, laboratoriyalarda malik olduğu hüceyrələri tədqiq edən insanın da mənşəyi darvinizmə əsasən, bu xəyali ilk hüceyrədir. Bu yazının davamını oxu

Əntər (likvidambar) ağacı meyvəsi

Dövr: Eosen Yaşı: 54-37 milyon il Bölgə: Qrin River, ABŞ

Dövr: Eosen
Yaşı: 54-37 milyon il
Bölgə: Qrin River, ABŞ

Məhz Darvinin etiraf etdiyi kimi, ara fosil yoxdur. Darvinistlər çarəsizdirlər. Darvinin dediyi doğru çıxıb. İnkişaf edən elm təbii seçmənin təkamül mexanizmi olmadığını, canlıların genetik quruluşunun həddindən artıq kompleks olduğunu, canlıların mükəmməl quruluşuna kortəbii müdaxilənin və genetik məlumat əlavə edilməsinin qeyri-mümkün olduğunu, canlıların cansız maddələrdən əsla əmələ gəlmədiyini üzə çıxarmışdır. Darvin bunları heç bilmirdi. Bundan əlavə, fosil qeydlərindən sonra darvinistlərin ən böyük məğlubiyyəti zülalın sintezlənə bilməməsi olmuşdur. Laboratoriyada sintezlənə bilməyən zülalın, yəni hüceyrənin əsas quruluş vahidinin şüursuz şəkildə TƏSADÜFƏN MEYDANA GƏLMƏSİ QEYRİ-MÜMKÜNDÜR. Bütün bu həqiqətlər darvinizmin süqutuna səbəb olmuşdur. Bu yazının davamını oxu

SÜDYOLU QALAKTİKASI KAİNATDAKI GÖRKƏMLİ YARADILIŞA NÜMUNƏDİR

  • kosmosSüdyolu qalaktikasının ölçüsü nə qədərdir?
  • Südyolu qalaktikasının forması necədir?

Bir çox insan aydın, dumansız yay gecəsində səmaya tamaşa etmiş və ulduzlarla dolu göy haqqında düşünmüşdür. Kainatın böyüklüyü haqqında bir-birindən fərqli bir çox nəzəriyyə irəli sürülmüşdür. İnsan ağlının qavramadığı qədər böyük fəza boşluğu və bu boşluğu dolduran qalaktikalar, milyardlarla göy cismi və onlar arasındakı qüsursuz müvazinət Allah’ın sonsuz gücünün dəlillərindəndir. Mükəmməl yaradılışı daha yaxşı təqdir etmək üçün Yer kürəmizin də yerləşdiyi Südyolu qalaktikasını təhlil etmək faydalı olar. Bu yazının davamını oxu

“İnsanın əcdadı meymundur” yalanı necə üzə çıxdı?

orangutan_1__682_672107aTəkamülçülərin insanla meymunun eyni əcdaddan yarandıqları barədə xəyali hekayələrinin qaynağı nədir?

Təkamülçülərin şimpanzelərdəki bir genin yox olması ilə şimpanzelərin inkişaf edərək insana çevrilməsi barədə iddiaları nə üçün elmi deyil?

Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Bu yazının davamını oxu

Bunları bilirsinizmi? Nektarı olmayan bitkilər necə döllənirlər?

cicek3Bəzi bitkilər həşəratları özlərinə çəkmək üçün nektarları olmadığı halda, nektarları olan çiçəklərin rəngində olurlar. Aralıq dənizi iqlimində olan meşələrdə bir yerdə bitən bənövşəyi zəngçiçəyi ilə orxideya növü olan qırmızı sefalanda bitkisi buna gözəl nümunədir. Bənövşəyi zəngçiçəkləri arılar üçün cəzbedici nektar ifraz edir, qırmızı sefalanda isə bu xüsusiyyətə sahib deyil. Hər baxımdan bir-birindən fərqli olan iki bitkini yarpaq kəsən çöl arıları dölləndirirlər. Yarpaq kəsən arılar zəngçiçəyini dölləndirərkən, qırmızı sefalandanın da döllənməyə ehtiyacı olduğunu bilirlər. Nektarı olmayan bitkini dölləndirən arılar elm adamlarını maraqlandırmış və onlar bunun səbəbini araşdırmışlar. Bu yazının davamını oxu

MİLYONLARLA İL ƏRZİNDƏ DƏYİŞİLMƏYƏN CANLILARA AİD QALIQLAR: FOSİLLƏR

animalsFOSİL NƏDİR?

Fosil uzun illər əvvəl yaşamış canlıların quruluşlarının təbii şərtlər altında qorunaraq dövrümüzə gəlib çatan izidir. Fosillər bəzən canlı orqanizminin bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (buna iz fosil deyilir) dövrümüzə gəlib çatmasıdır. Ölmüş heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitkinin üzəri palçıq təbəqəsi ilə örtülməli və sonra ani və sürətli şəkildə gömülməlidir. Bu gömülməni, əsasən, kimyəvi proses izləyir. Bu prosesdə baş verən mineral dəyişikliklə canlı və ya bitki orqanizm qorunmuş olur. Bu yazının davamını oxu