Kateqoriya Arxivləri: Düşünən İnsan №18

Yüz illərlə saxladığımız halda, cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir?

toxumToxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir. Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir. Bu prosesin həyata keçməsində əsas amil abscisic acid adlandırılan hormondur. Bu hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir. Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. (Françoise Brenckmann, Grains de Vie, s. 68) Bu yazının davamını oxu

XURAFATÇILARIN SƏHV DİN ANLAYIŞI VƏ BUNUN DİNƏ VERDİYİ ZƏRƏR

  • 1369919847_fxgfXurafatçıların insanların İslamdan çəkinməsinə səbəb olan səhv din bilgisinin mənbəyi nədir?
  • Əsl İslam inancı ilə xurafatçı inancı arasındakı fərqlər hansılardır?

Xurafatçılıq Allah’ın Quranda bildirdiyi və Peyğəmbərimizin (s.ə.v) yaşadığı İslamdan fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. Dövrümüzdə xurafatçıların İslam anlayışı tamamilə fərqli inanca çevrilmişdir. Çünki xurafatçılıqda Quran və sünnə deyil, xurafat və bidətlər əsas götürülür. Ancaq xurafatçılar İslam adından danışırlar. Peyğəmbərimiz (s.ə.v) də axırzamanda xurafatçılığın bu cəhətinə diqqət çəkmiş və xurafatçılığın böyük təhlükə olduğunu hədislərində xəbər vermişdir: Bu yazının davamını oxu

XOCALI SOYQIRIMINDAN 21 İL ÖTÜR

xocali400_2Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı Motoatıcı Alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Bu yazının davamını oxu

Rudiment orqanlar xətası

appendixTəkamülçü ədəbiyyatda uzun müddət yer alan, amma əsassızlığı məlum olduqdan sonra səssiz-sədasız bir kənara qoyulan iddialardan biri də “rudiment orqanlar” anlayışıdır. Ancaq bəzi yerli təkamülçülər rudiment orqanları hələ də təkamülün böyük dəlili hesab edir və elə göstərməyə çalışırlar.

Rudiment orqanlar iddiası bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya əsasən, canlıların orqanizmlərində əcdadlarından onlara miras qalmış, ancaq istifadə edilmədiyi üçün zaman ərzində funksiyasını itirmiş orqanlar mövcuddur.

Bu, əsla elmi iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı. Bu yazının davamını oxu

Pəri balığı (boarfish)

Dövr: Oliqosen Yaşı: 37-23 milyon il Bölgə: Polşa

Dövr: Oliqosen
Yaşı: 37-23 milyon il
Bölgə: Polşa

Təqribən 150 ildir davam edən paleontoloji fəaliyyətlər nəticəsində təkamülə dəlil olan bircə fosil də tapılmamışdır. Əldə edilən bütün fosillər canlıların təkamül keçirmədiyini göstərir.

Pəri balığının dövrümüzdə yaşayan nümunəsi ilə 37-23 milyon illik fosili müqayisə edildikdə balığın belindən çıxan üzgəclərin, kəllə quruluşunun və quyruğunun heç bir dəyişikliyə məruz qalmadığı açıq-aşkar görünür. Balığın uzunluğu və eni, demək olar ki, bərabərdir. Bu balığın 6 növü də Atlantik, Sakit və Hind okeanlarının dərinliklərində yaşayır. Bu balıq növünü də digər bütün balıqlar kimi Allah yaratmış və canlı dövrümüzə qədər heç bir dəyişiklik keçirmədən nəslini davam etdirmişdir. Bu yazının davamını oxu

MADDƏ RUHUN İZAHIDIR

towerblockMusiqi dinləyərkən ritmdən zövq alan, yemək yeyərkən dadından ləzzət alan və ya almayan, qarşısındakı insanı sevən, şəfqət göstərən, öz mənliyini araşdıran, beynini laboratoriyada tədqiq edən, kəşflər edən, problemləri həll edən, uğurlarına görə sevinən, qərar verən, musiqi bəstələyən, kitab yazan varlıq, görəsən, şüursuz təsadüflər nəticəsində meydana gələ bilərmi?

Görəsən, hansı təsadüfi kimyəvi reaksiya insana gözəl davranmağı, incə düşüncəli olmağı, fədakarlıq etməyi öyrədə bilər? Bu yazının davamını oxu

İnsan bədəni mütənasib şəkildə necə böyüyür?

1362651703_anatomiya-chelovekaMinlərlə kimyəvi və fiziki hadisə bədəninizin dərinliklərində insanın məlumatı və iradəsi xaricində reallaşır. Məsələn, insan boyunun uzunluğu, orqanlarının böyüklüyü ilə bağlı qərar verə bilməz. Bunları hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu yerinə yetirir. Böyümə prosesi iki fərqli şəkildə reallaşır. Bəzi hüceyrələr həcmlərini artırırlar, bəzi hüceyrələr də bölünərək çoxalırlar. Böyümə hormonu bütün bədən hüceyrələrinə təsir edir. Hər hüceyrə hipofiz vəzindən özünə gələn mesajın mənasını bilir. Əgər böyüməsi lazımdırsa, böyüyür, bölünərək çoxalması lazımdırsa, çoxalır. Bu yazının davamını oxu

HÜCEYRƏLƏRİN MÜXTƏLİF ORQANLARA ÇEVRİLMƏSİ DÜNYADAKI ƏN BÖYÜK MÖCÜZƏLƏRDƏN BİRİDİR

th-1Ana və atadan gələn xromosomlar ana bətnində yeni mayalanmış yumurta hüceyrə formasındadır. Bu hüceyrə sürətlə bölünməyə başlayır və hüceyrələr bölündükcə müxtəlifləşir, yəni müxtəlif funksiyalar qazanır və orqanizmin hansı hissəsində olmalıdırlarsa, o hissəyə gedirlər. Bir-birinin eyni olan hüceyrələrdən ibarət ət yığını olmaq əvəzinə bir qismi, məsələn, göz hüceyrəsi məhz lazımi yerə, bir qismi isə ürəyi təşkil edərək döş qəfəsindəki yerinə gedir və ya dəri hüceyrəsi olub bütün bədəni örtür. Bu yazının davamını oxu

HONKONQDA MÜSƏLMANLAR MƏSCİD İSTƏYİRLƏR

islam3Honkonqda müsəlmanların sayı günbəgün artdığına görə, yeni məscidə ehtiyac olduğu açıqlanıb.

Şəhərdə müsəlmanların icma mərkəzi və müsəlman uşaqların daha yaxşı təhsil alması məqsədilə bir qurum təşkil edilməsini istəyirlər. Honkonqda hal-hazırda bu cür məqsədlərə xidmət edən rəsmi qurumların olmadığı bildirilir. Çin dilində danışmayan uşaqlar məktəbə gedə bilmədiyinə görə, buna ehtiyac olduğu qeyd edilir. Bu yazının davamını oxu

BUYNUZLU AKULA

190_191_horned_shark

Dövr: Təbaşir Yaşı: 95 milyon il Bölgə: Livan

Buynuzlu akulanın dövrümüzdə yaşayan canlı nümunələri təhlil edildikdə balığın uzun gövdəsində geniş çıxıntılar olduğu görünür. Balığın 95 milyon illik fosilinə baxdıqda da uzun gövdəsindəki çıxıntıların, baş və quyruq quruluşunun ən kiçik dəyişikliyə məruz qalmadığı açıq-aydın görürük. Buynuzlu akula dənizin dərinliklərində yaşayır, bəzən qarın üzgəclərini qayalara sürtür, mağara və ya riflərdə ovlarına tələ qururlar. Təqribən 1metr uzunluğunda olurlar. Şəkildəki 95 milyon illik buynuzlu akula fosili darvinistlərin məğlubiyyətini bir daha vurğulayır, bütün canlıları Rəbbimizin yaratdığını sübut edir. Bu yazının davamını oxu