Kateqoriya Arxivləri: Düşünən İnsan №20

ƏN AĞILLI VİCDAN TÜRK-İSLAM BİRLİYİNİ İSTƏYƏN MEHDİYYƏT VİCDANIDIR

49_palacegateQuranın “Həqiqətən, insan çox həris və tamahkar yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar…” (Məaric surəsi, 19-20) ayələrində insanın nəfsindəki eqoist əxlaqa diqqət çəkilmişdir. Hər insan nəfsinə çətin gələn vəziyyətlə qarşılaşdıqda, sıxıntıya düşdükdə özünü xilas etmək üçün çox ciddi səy göstərir. Ancaq nəfsindəki eqoistliyə görə, bir çox insan özünə zərəri olmayan, özünü narahat etməyən hallarda başqalarının düşdüyü çətin vəziyyətlə maraqlanmır. Öz canının dərdinə düşdükdə göstərdiyi kimi başqaları üçün səy göstərmir. Bu yazının davamını oxu

ZƏİF İMANLI İNSANIN İNKARÇILARIN MÜHİTİNƏ MEYİL ETMƏSİNİN ƏSAS SƏBƏBLƏRİ

cocuk_suclu_sayisinda_tehlikeli_tirmanis13489620240_h934306.jpgQəlbi imanla sabit olduğu halda, məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra Allah’ı inkar etsə və qəlbini küfrə açsa, Allah’ın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu, ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır! (Nəhl surəsi, 106-109) Bu yazının davamını oxu

ZALIMLIQ VƏ RƏHMSİZLİK İNANCSIZLIĞIN NƏTİCƏSİDİR

  • Bəzi insanların aqressiv, zalım, mərhəmətsiz olmasının səbəbləri nədir?ap57616061647_wide-598d73771f4b4ff3a9bc9222f5dcf96fb3d9b902-s5-c30
  • Mərhəmətsizliyin cəmiyyətdə səbəb olduğu problemlərin həlli nədir?

Demək olar ki, hər gün KİV-lərdə ailəsini saxlamaq üçün dilənən, çörək tapmadığına görə aclıqdan ölən, evi olmadığına görə çadırlarda yaşayan, haqsızlığa məruz qalan insanların xəbərlərini görürük. Özünə qəsd edən, bir-birlərini öldürən, hücuma məruz qalan, şikəst olan, dalaşan insanlarla bağlı xəbərlərə rast gəlirik. Bu, illərdir dəyişmədən davam edən haldır. Bu yazının davamını oxu

UCA ALLAH’IN RƏNG SƏNƏTİNİN ƏN GÖZƏL TƏCƏLLİLƏRİNDƏN BİRİ: QIZILQAZLAR

  • Qızılqazların çəhrayı rəngi nədən qaynaqlanır?animals-birds-flamenco-flamingo-flamingos-Favim.com-213656
  • Töküldükdə belə tüklər rəngini necə qoruyur?
  • Bəzi qızılqazların daha parlaq rəngdə olmasının səbəbi nədir?

Parlaq rəngləri ilə diqqət çəkən qızılqazlar uca Allah’ın rəng sənətinin ən gözəl nümunələrindən biridir. Bu quşlardakı zəngin rəng müxtəlifliyi tüklərinin içində yerləşən, tük əmələ gəlməyə başladıqda toplanan piqmentlərdən və ya tüklərin quruluşu ilə əlaqədar işıq hərəkətlərindən asılı olaraq meydana gəlir. Bu rəngarəng tüklərin ən əsas xüsusiyyətlərindən biri cansız olmalarıdır. Bu yazının davamını oxu

TƏKAMÜL NƏZƏRİYYƏSİNİN MƏKTƏB TERRORLARINDA ROLU

darwin_orgin_of_speciesSon illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardınca başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi. Bu yazının davamını oxu

Qarabataq kəlləsi

Dövr: Miosen dövrü Yaş: 18 milyon il Bölgə: Çili

Dövr: Miosen dövrü
Yaş: 18 milyon il
Bölgə: Çili

Rəsimdəki qarabatdaq kəlləsi fosili 18 milyon illikdir. Bu fosil 18 milyon il bundan əvvəl yaşayan qarabatdaqların dövrümüzdəki nümunələrindən heç bir fərqi olmadığının dəlilidir. Bu oxşarlıq həmin canlıların milyonlarca ildir dəyişmədiyini, yəni təkamül keçirmədiyini göstərir. Bu yazının davamını oxu

NECƏ NƏFƏS ALIRIQ?

Nece-nefes-aliriqHeç vaxt nəfəs alıb-vermə nizamını tənzimləmirsiniz. Çünki bəzi hüceyrələriniz sizin əvəzinizə bunu edir. Əgər tənəffüs nizamını tənzimləmək bizim üzərimizə düşsəydi, nəfəs almağı unutduqda, yuxuya getdikdə və ya başqa işlə məşğul olduqda havasızlıqdan ölərdik.

Hər insan üçün həyati əhəmiyyətə malik tənəffüs prosesini tənəffüs mərkəzi tənzimləyir. Mərcimək dənəsi boyda olan bu mərkəz beynimizin “beyin sapı” adlanan hissəsindədir və üç əsas sinir hüceyrəsi qrupundan təşkil olunmuşdur: Bu yazının davamını oxu

KAİNATI BÜRÜYƏN YARADILIŞ MÖCÜZƏSİ: FRAKTAL HƏNDƏSƏ

tukcuklerBədənimizdəki qan damarları, Yupiterin üstündəki qırmızı ləkələr, ilbizin qabığı, hündür dağların qırışları, qar dənəciklərinin formaları və ağacların yarpaqları… Bütün bu sadalananların tibb, astronomiya, biologiya və ya coğrafiya kimi bir-birindən tamamilə fərqli elm sahələrinin mövzuları olduğunu düşünə bilərsiniz. Lakin bunların hamısı ilə yaxından əlaqəsi olan bir elm sahəsi var: fraktal həndəsə. Bəs fraktal həndəsə nədir? Uca Allah’ın qüsursuz nizamını və sonsuz elmini necə göstərir? Bu yazının davamını oxu

İSLAMI TƏBLİĞ ETMƏ ŞÖVQÜ İNSANI RUHLANDIRIR

xzMöminlər nə üçün şövqlə İslamı təbliğ etmək istəyirlər?

Möminlərin şövqünün daimi olmasının səbəbi nədir?

Allah möminlər arasında insanları yaxşılığa, xeyirə çağıran camaat olmasını əmr etmişdir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104) Bu yazının davamını oxu

“İslam əxlaqında qadın dəyərlidir” adlı konfrans və fosil sərgisi keçirilib

islamda_qadin-417 mart 2013-cü il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müsbət rəyi, Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə Park İNN otelində “İslam əxlaqında qadın dəyərlidir” adlı konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Aysel Vəlizadə 2007-ci ildən bəri fəaliyyət göstərən GMİİB-nin fəaliyyətləri barədə məlumat verib. Təşkilatın bu vaxtadək gəncləri elmi-mənəvi dəyərlərə sahib olmağa dəvət edən bir çox tədbirlər təşkil etdiyini, bu tədbirlərin arasında “Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu”, “Kainatın yaradılışı”, “Təkamül nəzəriyyəsinin süqutu”, “İslam terroru lənətləyir”, “Sosial problemlərin həlli yolları” kimi konfransların olduğunu bildirib. Bu yazının davamını oxu