Kateqoriya Arxivləri: Düşünən İnsan №21

Yarpaqlar

1369824325_sonbahar_dcklen_yapraklar__duvar_karedeYarpaq tökülməsi hər yarpağın saplağı ilə budağı arasında baş verən çox kompleks proseslər nəticəsində həyata keçir. Mövzu haqqında məlumatı olmayan insanlara yarpaqların tökülməsi olduqca sadə görünə bilər. Hər dəfə payız gəldikdə eyni prosesin qüsursuz reallaşması, üstəlik, bu hadisənin milyonlarla ildir davam etməsi insanlarda alışqanlığa çevrilə bilər. Halbuki, ağaclar yarpaqlarını tökərkən hər yarpaq üçün olduqca kompleks, silsiləli kimyəvi reaksiyalar həyata keçirirlər. Bu sayədə, ağacın qidasının hədər olmasının və ağaca mikrob yoluxmasının qarşısı alınır.

Yarpaq tökülmədən əvvəl zülal və karbohidrat kimi lazımlı maddələr bitkinin gövdəsinə yığılır. Beləliklə, tökülən yarpaq bu maddələri boş yerə israf etmir və gələcəkdəki yarpaqlar üçün lazımi qidanın mühüm hissəsini təmin etmiş olur. Bu nümunələrdən aydın olur ki, xlorofilin lazımi vaxtda saxlanması və ya bitkinin ehtiyacı olan maddələri gövdəsində yığması yer üzündə həyatın davamı üçün ekoloji zərurətdir.

Bundan başqa, tökülən yarpaqlar meşədə çürüntü təbəqəsi əmələ gətirərək yağışı saxlamağa və sormağa kömək edir. Bir çox canlı da təbii amillərdən qorunmaq üçün yarpaqların altında gizlənir. Beləliklə, tökülən yarpaqlar meşədəki bir çox canlı üçün qida mənbəyi olur.

Ağacların bütün bu əməliyyatları yerinə yetirəcək ağlı və şüuru yoxdur. Bu mükəmməl nizamı yaradan Allah’dır.

ORQANİZMİMİZİN AĞILLI SİLAHLARI: ANTİTELLƏR

image198İnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.

Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.

Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı bacarırlar. Ancaq onları immun sisteminin güclü döyüşçüləri gözləyir. İmmun hüceyrələri adlandırılan bu döyüşçülər faqositlər, makrofaqlar, limfositlər kimi hüceyrələrdir. Bu hüceyrələrin orqanizmdə mübarizə apardığı zaman göstərdiyi ağıl, şüur və fədakarlıq nümunələri bunları öyrənən hər kəsi heyrətləndirir. İndi immun sistemi vahidlərindən birini – antitelləri təhlil edərək sistemdəki mükəmməlliyə baxaq. Bu yazının davamını oxu

VİRUSLARA QARŞI “VİP” NANOZƏRRƏCİK METODU

130402nano_particle.hlargeAlimlər virusların törətdiyi infeksiyaları müəyyən etmək və aradan qaldırmaq üçün virusla etiketlənmiş nanozərrəciklərdən istifadə etməyi düşünürlər.

Biologiya və tibb sahəsində nanotexnologiyanın nailiyyətlərindən getdikcə daha çox faydalanmağa başlayan alimlər ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrə nanozərrəcik köçürdükdən sonra indi də viruslarla mübarizədə nanozərrəciklərdən istifadə etməyə hazırlaşırlar.

İsveçrəli tədqiqatçılar orqanizmə daxil olan virusları müəyyən edəcək və onları məhv etmək üçün mübarizə aparacaq nanozərrəciklər hazırlamağa çalışır. İmmun sistemi viruslar bədənə daxil olduqda qarşılaşdığı təhlükəyə aid xüsusi antitellər hasil edir. Antitellər ilə viruslar arasında baş verən mübarizə üç şəkildə nəticələnə bilər: viruslar zərərsiz məhv edilir, müvəqqəti xəstəlik törətdikdən sonra zərərsizləşdirilir və ya ən pis ehtimalla orqanizmdə nəzarətsiz şəkildə yayılırlar.

Alimlər virus infeksiyaları ilə mübarizə aparmaq üçün süni antitellər əmələ gətirərək birinci ehtimalı daha da gücləndirmək istəyirlər. Bu süni antitellərdən əvvəlcə virusları müəyyən etməkdə istifadə olunacaq, sonrakı mərhələlərdə isə bu antitellər külli miqdarda hasil edilərək virusların üstünə göndəriləcək. Bu yazının davamını oxu

Termit yuvaları

Yüksek-Bir-Termit-YuvasıHeç kim termit koloniyasının torpağın üstündə inşa etdiyi yuvanı gördükdə təəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə çatan memarlıq nümunəsidir.

Bir termitin boyu ilə inşa etdiyi yuvanın hündürlüyünü müqayisə etdikdə onun özündən təxminən 300 dəfə böyük memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Lakin bunun daha da təəccüblü cəhəti termitlərin kor olmalarıdır.

Kor termitlərin tikdiyi bu nəhəng yuvaları heç görməyən biri bunların qum təpələrinin üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası mükəmməl bir plan əsasında inşa edilir.

Belə ki, termit yuvasının içində tunellər, keçidlər, ventilyasiya sistemləri, xüsusi göbələk becərmə bağçaları və təhlükəsizlik çıxışları var.

Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür texniki alətləri də ixtiyarlarına versəniz, əsla bir termit koloniyasının düzəltdiyi yuvaya bənzər bir tikili inşa edə bilməzlər. Elə isə düşünün:

* 1-2 sm boyu olan bir termit bu qədər incə dizayn qura biləcək memarlıq və mühəndislik biliyinə necə yiyələnib?

* Görməyən minlərlə termit bu incəsənət möcüzəsi olan tikilini inşa etmək üçün mütəşəkkil işləməyə necə müvəffəq olurlar?

* İnşasına başlanan bir termit yuvasını başlanğıc hissəsindən ortadan iki yerə ayırsanız və daha sonra birləşdirsəniz, bütün keçidlərin, kanalların və yolların bir-biri ilə düz gəldiyini görərsiniz. Bu möcüzəvi hadisə necə açıqlana bilər?

Buradan çıxan nəticə budur: Allah canlıları yoxdan, qüsursuz yaratmışdır və bircə termit yuvası da insanın Allah’ı dərk etməsi, hər şeyi yaradanın Allah olduğuna inanması üçün kifayətdir.

TƏKAMÜL NƏZƏRİYYƏSİNİN MƏKTƏB TERROR AKTLARINDA ROLU

imagesSon illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişdilər. Bu yazının davamını oxu

Sonar sistemi ilə görən delfinlər

jpeg-fondos-de-delfines-imagen-bonito-delfin-107915Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç bir çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.

Sonarın göndərdiyi siqnallar cisimlərə dəydikdən sonra təkrar geri qayıdaraq delfinin alt çənəsinə çatır və buradan da lipit adlı yağ vasitəsilə daxili qulağa ötürülür. Tam uyğun miqdarda ifraz edilən bu yağ sayəsində daxili qulağa çatan məlumatlar beyinə ötürülür və qəbul etmə tamamlanmış olur. Bu yazının davamını oxu

Qanda oksigeni tutan zülallar: hemoqlobinlər

getImageQanı həyatın ən mühüm hissəsi edən xüsusiyyətlərindən biri tərkibindəki zülallardır. Həmin zülalların öz funksiyalarını ən ideal şəkildə yerinə yetirə biləcəkləri yer qandır. Çünki qan orqanizmin hər yerinə gedə bilən damar sistemi daxilində daşıdığı bu xüsusi zülalları orqanizmdə ehtiyac olan yerə çatdırır. Məsələn, qandakı eritrosit hüceyrələrində olan hemoqlobin adlı zülal orqanizmdəki təxminən 100 trilyon hüceyrəyə gündə 600 litr oksigen daşıyır. Bu yazının davamını oxu

ORQANİZMİMİZİN AĞILLI SİLAHLARI: ANTİTELLƏR

servier-ve-macrogenis-den-kanser-antikor-arastirma-ortakligi-isbirligi-dartİnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.

Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.

Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı bacarırlar. Ancaq onları immun sisteminin güclü döyüşçüləri gözləyir. Bu yazının davamını oxu

Neandertallar: anatomiyaları və mədəniyyəti

1-neanderthalNeandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Həqiqətə qarşı əks-təbliğat  

Fosil tapıntıları Neandertal insanının bizə görə heç bir ibtidai yönü olmayan insan irqi olduğunu göstərməsinə baxmayaraq, Neandertallar haqqında təkamülçülər tərəfindən ortaya atılan iddialar dəyişmir. Neandertal insanları bəzi təkamülçü muzeylərdə şəkildə göründüyü kimi, “meymun adam” olaraq sərgilənir. Bu darvinizmin elmi tapıntıları deyil, təbliğata əsaslanandığının bir göstəricisidir. Bu yazının davamını oxu

Mövsümə və torpağa görə dəyişən tük rəngi

3-5Mühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflyaj baxımından böyük üstünlük təmin edir. Bu yazının davamını oxu