Kateqoriya Arxivləri: Düşünən İnsan №22

Bayquş və Şinkansen

971307_502653066466488_1048528679_nMaksimum sürəti 320 km/saat olan Yaponiyanın Şinkansen qatarlarının müəyyən sürətə çatana qədər çıxardığı səsin səbəbi təkərlərinin relslər üzərində hərəkətidir. Ancaq sürəti 200 km/saatdan çox olduqda səsin əsl mənbəyi qatarın havanın içində hərəkəti nəticəsində meydana gələn aerodinamik uğultudur. Aerodinamik uğultu hava axınında əmələ gələn hava girdablarından qaynaqlanır. Girdablar böyüdükcə səs də artır.

Bu uğultunu aradan qaldırmaq üçün tədqiqat aparan mühəndislər sürətli, ancaq səssiz uçan bayquşdan nümunə götürüblər. Bayquşun qanadında çoxlu qırışlı çıxıntılar olduğuna görə böyük hava girdabları əvəzinə kiçik girdablar əmələ gəlir və nəticədə bayquş çox səssiz uçur. Yapon mühəndis və dizaynerlərin bayquş qanadlarının bu xüsusiyyətlərini öyrənib texnologiyaya tətbiq etməsi daha səssiz qatarların istehsalına təkan vermişdir.

İlham Əliyev

cms-image-000003632Milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq.

İlham Əliyev

Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimindən

17 may 2013

İslam Xəbərləri

Məhəmməd-peyğəmbərin-s.ə.s-muzeyi-açılacaq-200x150İstanbulda dünyanın ən böyük “Həzrəti Muhəmməd Muzeyi” açılacaq

“Əsri-Səadət Dünyası / Siyər Muzeyi” adlı muzeydə hz. Muhəmməd peyğəmbərin (s.ə.v) geyimləri, istifadə etdiyi əşyalar, Məscidi-nəbəvi, Kəbəyə qədər həyatında yer alan bütün əşya və məkanların eynisi sərgilənəcək.

Muzey Siyər Vəqfi tərəfindən inşa ediləcək.

Vəqfin sədri Mehmet Kayanın sözlərinə görə, muzeyin 2016-cı ildə istifadəyə verilməsi gözlənilir. Eyüp bölgəsindəki 3.500 m2-lik bağlı sahədə inşa ediləcək muzey 6 mərtəbədən ibarət olacaq.

Muzey üçün dünyanın müxtəlif yerlərindən əşyalar və kitablar gətiriləcək. İslam və Avropa ölkələrində – dünyanın hər bir ölkəsində hz. Muhəmmədlə əlaqədar nə varsa, eynisini yaradıb burada göstərəcəyik.

Əlyazma əsərlərin və nəşrlərin eynisini muzeydə nümayiş etdirəcəyik.

Muzeylə əlaqədar həm elmi, həm də müşavirə heyətinin yaradıldığını deyən vəqf sədri bildirib ki, Məkkə və Mədinədən gələn akademiklər bu layihənin həyata keçirilməsində iştirak edəcək: “Əsri-Səadət Muzeyi hz. Muhəmmədin 63 illik həyatından bəhs edəcək. Allah’ın izni ilə, bu muzey yalnız Türkiyədə deyil, dünyada bir yenilik olacaq”. Bu yazının davamını oxu

Elm Xəbərləri

iponeYerə düşən iPhone-ları qorumaq üçün yeni üsul

Apple mütəxəssisləri pişikləri müşahidə edərək ağıllarına gözəl bir fikir gəlib. Məlumdur ki, pişikləri hündürlükdən kürəyi üstə buraxsaq da yerə mütləq ayaqları üstə düşər və beləliklə bədənləri xəsarət almaqdan qorunar.
İndi də bu xüsusiyyəti iPhone üçün reallaşdırmaq qərarına gəlinib. Hətta bu texnologiya üçün patent almaq üçün xüsusi qurumlara müraciət də olunub.
Bu texnologiya sayəsində iPhone-lar əlimizdən və ya məsələn, stoldan düşdükdə sərbəst düşmə avtomatik müəyyən olunaraq ağırlıq mərkəzinin yerini dəyişən mexanizm işə düşəcək və pişiklər kimi havada fırlanaraq zədələnməkdən maksimum qorunacaq, ekranı zədələnməkdən qorunacaq, ən dözümlü hissəsi üzərinə düşəcək.
Bunun müəyyən olunması üçün telefonlardakı giroskop, akselerometr, GPS və hətta fotokameradan yararlanacaqlar.
Gələcəkdə isə bu texnologiyadan smartfonlar, planşetlər, pleyerlər, fotoaparatlar və s. avadanlıqlarda tətbiq olunacaq.
http://appleinsider.com/articles/13/03/21/apple-looks-to-protect-dropped-iphones-by-shifting-their-orientation-mid-flight) Bu yazının davamını oxu

Yaralı təqlidi edən quşlar

Why-do-birds-fall-from-skyBəzi quşlar yaralı təqlidi edir və beləliklə, düşmənlərinin diqqətini balalarından yayındıraraq öz üzərilərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin qarşısına keçib yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Lakin quş tədbirli davranır və düşməni ilə aradakı təhlükəli məsafəni qoruyur. “Yaralı” quşu asan ov kimi görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən yuvadan bir xeyli uzaqlaşdırılır. Yırtıcı yuvadan kifayət qədər uzaqlaşdıqda dişi quş bir anda təqlidi dayandırır və yırtıcı heyvan ona çatarkən, dişi quş birdən qanadlanaraq uçur. Bu “teatr səhnəsi” çox inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların yaralı quş ssenarisinə bu gün də alimlər heç bir açıqlama verə bilmirlər.

Bir quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quş şüurlu varlıq olmalıdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin, bir heyvan özünü tərəddüdsüz düşməninin önünə atmaq üçün çox cəsarətli olmalıdır. Maraqlısı budur ki, quşlar bu davranışı başqalarından öyrənib təqlid etmirlər. Bu müdafiə taktikasına və qabiliyyətinə doğulduqları andan sahibdirlər.

Bu heyvanları belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etdirən onları bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allah’dır. Allah bu canlılara ilhamı ilə sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir. Allah Quranda qullarına Özünü belə tanıdır:

O, yaradan, yoxdan var edən, surət verən Allah’dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

Yuxuda yaşadığımız hisslər dünyası

yuxu1İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq, həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, impulsların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu məqaləni oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çoxlu insanın olduğu, təhlükəli yerdə görə bilir. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilir. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini, həqiqətən, təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nə hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə, beynindən kənarda gördüklərinin heç biri yoxdur.

Yuxuda hündür yerdən yıxılan insan da bunu bütün bədəni ilə hiss edir. Əslində isə, o anda yatağında heç tərpənmədən yatır. Yuxuda ayağı sürüşərək su çuxuruna yıxıldığını görən bir insan bütün paltarlarının islandığını, küləkdən üşüdüyünü hiss edə bilir. Ancaq olduğu yerdə nə su çuxuru, nə də külək var. Hətta çox isti otaqda yatdığına baxmayaraq, nəmliyi və üşüməyi eynilə oyaq vaxtda olduğu kimi hiss edir. Bu yazının davamını oxu

ZƏHƏRİ ZƏRƏRSİZLƏŞDİRƏN QUŞLAR: ARARALAR

t8qiu8sHər hansı səbəbdən zəhərlənən insan zəhərin təsirini məhv edən dərman qəbul etməli və ya zəhər tibbi yolla orqanizmdən xaric edilməlidir. Zəhərlənmə haqqında tibbi məlumatı olmayan bir şəxsin hər hansı bitkidən və ya maddədən istifadə edərək öz-özünü müalicə etməsi mümkün deyil.

Ancaq bəzi canlılar çox insanın təhsil alaraq əldə etdiyi bu biliyə doğulduğu andan malikdir. Şüuru, ağlı, zəkası olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər.Heyvanların özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin faydalı olduğunu müəyyən etmələridir. Bəs bunu edən, həqiqətən, heyvanların özləridirmi? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər.

Əvvəla, canlıların bunları zaman ərzində öyrənmələri mümkün deyil. Məsələn, zəhərlənən bir heyvan dərhal ölər. Zəhərlənməsinə səbəb olan amili necə aradan qaldıracağını təcrübədən keçirərək öyrənməsi mümkün deyil. Unudulmamalıdır ki, bir heyvanın belə bir şeyi düşünmək üçün şüuru da yoxdur. Bu yazının davamını oxu

Quranda hz. İbrahimin duaları

kamilmehmetozkan-dusunce-unigundem-universiteligenclikHal-hazırda milyonlarla insanın həcc ibadətini yerinə yetirmək üçün ziyarət etdiyi Kəbəni inşa edən hz. İbrahim Quranda təkbaşına bir ümmət kimi tanıdılır. Hz. İbrahim oğlu hz. İsmayılla birlikdə bundan minlərlə il əvvəl Allah’ın vəhyi ilə insanların toplaşacaqları və Onu zikr edəcəkləri, ilin müəyyən vaxtlarında oraya həccə gələcəkləri bir ev inşa ediblər. Bu evin Qurani-kərimdəki adı Kəbədir. Hər ikisi bunu ibadət olaraq etmiş və sonra Allah’a belə dua etmişlər:

O zaman İbrahim və İsmayıl evin bünövrəsini qaldırarkən (dua etdilər): “Ey Rəbbimiz! Bizdən qəbul et! Həqiqətən, Sən eşidənsən, bilənsən! (Bəqərə surəsi, 127)

Kəbənin inşa edildiyi yer tədricən daha da inkişaf etdi və bu gün Məkkə kimi adlandırdığımız şəhər oldu. Hz. İbrahim həmin yer üçün Allah’a belə dua etmişdi:

Yadına sal ki, İbrahim ; “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allah’a və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!”- deyə dua etdikdə, O (Allah) : “Kafir olanlara da bir qədər ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!” – deyə buyurdu. (Bəqərə surəsi, 126) Bu yazının davamını oxu

Müsəlmanların ən mühüm vəzifəsi Allahın rizasını qazanmaq üçün axirətə hazırlaşmaqdır

Kuantum-dusunce-teknigiBəzi insanlar həyatları boyu daima bir şey üçün hazırlıq görürlər. Hələ ibtidai sinifdə olarkən yuxarı sinifə keçmək üçün böyük əzmlə imtahanlara hazırlaşırlar. Daha sonra bu hazırlıq universitet üçün davam edir. Universitetdən sonra isə “görəsən, yaxşı iş tapa biləcəyəmmi?” həyəcanı başlayır. Daha sonrakı illərdə insanın bu cəhdi daha yaxşı iş, işində yüksəlmə arzusu, daha yaxşı ev, daha yaxşı avtomobil, daha çox var-dövlət sahibi olma kimi silsilə şəklində davam edir. Şübhəsiz ki, insanın yaxşı təhsil almaq, gözəl işə sahib olmaq, yaxşı həyat tərzi keçirmək kimi istəklərinin olması normaldır. İnsanların səhvi ondadır ki, bu istəklərini əldə etmək üçün əzmlə çalışaraq həyatları boyu etməli olduqları ən mühüm hazırlığı unudurlar. Dünya ilə bağlı bir çox təfərrüat və hadisə bu insanlara (uca Allah`ı tənzih edirik) Allah`ı və axirəti unutdurur.

Hər anlarını Quran əxlaqı ilə yaşamaq üçün səy göstərən möminlər isə dünya həyatında keçirdikləri hər saniyəyə görə Allah dərgahında cavab verəcəklərini bilirlər. Buna görə, həyatları boyu bu məsuliyyəti dərk edərək hərəkət edirlər. Mömin həyatı boyu Allah`ın vəd verdiyi əbədi axirət həyatına hazırlıq görür. Dünyanın çox qısa, müvəqqəti, bir çox çatışmazlıqlarla dolu, Allah`ın bir çox hikmətlə yaratdığı imtahan yeri olduğunu anlayır. Bu qısa imtahan mühitindən sonra Allah`ın canını alacağını, ölümün hər an gələ biləcəyini və ardınca da sonsuz axirət həyatının başlayacağını bilir. Daima Allah`ın rizasını qazanmaq və axirət həyatını gözəlləşdirmək üçün yollar axtarır. Bu yazının davamını oxu

STROMATOLİTLƏR: TƏKAMÜL NƏZƏRİYYƏSİNİ TƏKZİB EDƏN 3.9 MİLYARD İLLİK CANLILAR

stromatolit25Elmə məlum olan ən qədim canlı fosilləri təqribən 3.9 milyard il əvvəl yaşamış bakteriyalara aiddir. Buna görə, təkamülçülər cansız maddələrin öz-özünə, kortəbii təsadüflər nəticəsində əvvəlcə təkhüceyrəli bakteriyaları meydana gətirdiyini iddia edirlər. Bu nağılı dəstəkləmək üçün darvinistlər ilk bakteriyanı öz ağıllarına görə ibtidai adlandırırlar. Onların fikrincə, ibtidai xüsusiyyətlərə malik bu canlıya müxtəlif mühit və şərtlər təsadüfən təsir etmiş və daima müsbət yönlü dəyişikliklər keçirmiş, bəzi möcüzəvi xüsusiyyətləri, məsələn, öz qidasını hasil etməyi, meyoz üsulla bölünərkən birdən mitoz üsulla çoxalmağa başlamağı təsadüfən öyrənmişdir. Bu şüursuz bakteriya bununla da kifayətlənməyib düşünmüş, müxtəlif qərarlar verərək koloniyalar təşkil etmiş, habelə, digər bakteriyalarla biokimyəvi rabitə qurmuş və nəhayət indiki canlılar aləmini əmələ gətirmişdir. Darvinistlərin bu ağıl və məntiqdən kənar iddiası elmin inkişaf etmədiyi dövrlərdə qəbul edilmiş və elmi həqiqət kimi təqdim edilmişdir. Ancaq XXI əsrdə bu vəziyyət dəyişmişdir.

Dövrümüzdə elm dünyasındakı irəliləyişlər ilk ibtidai bakteriya iddiasını bir anda alt-üst etmişdir. Çünki inkişaf edən texnologiya işığında aparılan tədqiqatlar yer üzünün ən kiçik canlılarının darvinistlərin iddia etdiyi kimi ibtidai canlılar olmadığı, çox mühüm kompleks xüsusiyyətlərinin olduğu və ancaq üstün ağıl və bənzərsiz elm ilə bir anda yaradıldığı üzə çıxmışdır. Elm bütün canlılar kimi bakteriyaları da Allah’ın yaratdığını aşkar etmişdir. Bu yazının davamını oxu