Kateqoriya Arxivləri: Düşünən İnsan №23

XURAFAT: Qurani-kərimdən xəbərsiz «müsəlmanların» dini

2115847399935834933Dünyada İslam adına ortaya çıxan böyük kütlə var. Qurandan xəbərsizdirlər. Özlərinin uydurduğu xurafatlardan ibarət batil dinlə yaşayırlar. Quranda olmayan bir şeyin olduğunu deyir, halalı haram edir, yeni bidətlər uydurur, sevgi və sülh dini olan İslamı nifrət və müharibə dininə çevirməyə çalışırlar. Ən təhlükəli cəhətlərindən biri də bu dinə İslam adını vermələri və İslam adı altında həyata keçirdikləri fəaliyyətlərlə İslama zərər vermələridir.

Onların dinində hər şey qadağandır. Gülmək, xoşbəxt olmaq, təhsilli və baxımlı olmaq, Allah`ın verdiyi və halal etdiyi bütün nemətlər haramdır. Onların dinində nifrət, qəzəb və bədbəxtlik var. O din qapqaranlıqdır, çünki haqq olanı tətbiq etmirlər. Haqqın yerinə batili qoyublar. Qurana zidd olan uydurma sözləri hədis adlandıraraq Peyğəmbərimizə (s.ə.v) iftira atırlar (Peyğəmbərimizi (s.ə.v) tənzih edirik). Quranı dəyişdirməyə, yeni din meydana gətirməyə çalışırlar. Uydurduqları dini isə heç özləri də tətbiq etmirlər.

Bu qaranlıq dinin xurafatçıları sayca az olsalar da, təsir etdikləri kütlə böyükdür. Bir çox insan İslam deyildikdə ancaq bu modeli görür. Bir çoxu da İslam adı altında bu xurafatları yerinə yetirməli olduğunu düşünür. Bu xurafatçılara Qurana toxunmaq qadağan edilib, ona görə öz dinlərini bilmirlər. Ancaq xurafatı öyrənir və din kimi tətbiq edirlər. Bu yazının davamını oxu

Heç bir rəngin olmadığı qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz?

1696168209660529300Canlılar işıq və duyğu sistemlərinə görə işləyən “rəng dili”nə malikdirlər. Hər canlı yaşadığı mühitdəki rənglərin dilini bilir. Bu incə sistemi və canlılar arasındakı uyğunluğu yaradan bütün aləmlərin Rəbbi olan Allah’dır.

Bir anlıq bütün ön mühakimələrinizdən xilas olaraq, indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, səmanın, ağacların, çiçəklərin, qısası, hər şeyin qapqara olduğunu təsəvvür etməyə çalışın. Ətrafınızda heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nələr hiss edərdiniz?

Belə bir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi?

Yer üzündəki və səmadakı hər təfərrüat, hər naxış, hər rəng insanın bu nizamı anlayıb qavraması və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə təşkil edilmişdir. Həm canlılarda, həm də cansız dünyada qüsursuz simmetriya və rəng ahəngi var. Bunun üzərində düşünən insanın ağlına çox vacib bəzi suallar gələcək. Bu yazının davamını oxu

Bütün hadisələri yaradan Allah’dır

3410632292804379504Dünyada və bütün kainatda hər şey müəyyən bir məqsədlə reallaşır. Quranda bildirildiyinə görə Allah “…Bütün işləri yoluna qoyar…” (Rəd surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə “…Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur”. (Ənam surəsi, 59)

Baş verən bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin başlanğıc və sonlarını təyin edən Allah`dır. Kainatdakı bütün ulduzların və dünyanın hər bir hərəkətini, yer üzündəki bütün canlıların hər bir vəziyyətini, insanın necə yaşayacağını, nələr söyləyəcəyini, nə ilə qarşılaşacağını təyin edən Allah`dır. Allah Quranda “Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq” (Qəmər surəsi, 49) hökmünü verir.

Bir başqa ayədə isə belə buyurur:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)

Mömin bu sirdən agah olaraq yaşamalı, inkarçıların cəhalət səviyyəsinə əsla enməməlidir. Əgər həyatın yalnız və yalnız qədəri müşahidə etmək olduğunu anlayarsa, qarşısına çıxan heç bir hadisə onu kədərləndirməz və ya qorxutmaz. Mömin insan sığındığı mağaranın qapısına onları öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı dostuna: “Qəm yemə, Allah bizimlədir” (Tövbə surəsi, 40) – deyən hz. Məhəmməd (s.ə.v.) kimi hər an əmin, rahat və cəsur olar.

VİCDAN VƏ QURAN AXİRƏTƏ YƏQİNLİKLƏ İMAN GƏTİRMƏYİ ƏMR EDİR

3644017003_b6dd4a857eÖlüm son deyil. Əgər imtahan varsa, bu imtahanın nəticəsi də var. Ancaq dünya həyatında belə nəticələndirmə yoxdur. Dünyaya gəlib-gedən bütün insanlar arasında zalımlar, əxlaqsızlar, cinayətkarlar olub. Bunlarla yanaşı, Allah`ın elçiləri kimi çox yüksək vicdan və əxlaqa malik, həyatını Allah üçün yaşamağa həsr etmiş insanlar da olub. Eyni zamanda, qəddar hökmdarlardan zülm görən yazıq və zəif insanlar da yaşayıb. Keçmişdəkilərin hər biri artıq ölüb. Yaxşı olan da, pis olan da torpağın altında dəfn edilib. Heç birinin sümüklərindən başqa bir şey qalmayıb. Sonsuz ədalət sahibi Allah dünya həyatını belə nəticələndirmir.

Qısası, vicdanı insana Allah`ın sonsuz ədaləti ilə hər kəsə etdiyi əməllərin qarşılığını verəcəyini bildirir. Bu haqq-hesab günü dünyada olmadığına görə, deməli, bunun təxirə salındığı yer var.

Vicdanla bunları düşünən insan Quranda bunun da cavabını tapar. Allah Quranda bu haqq-hesab gününü ölümdən sonrakı zamana təxirə saldığını və hər kəsin dünya həyatında etdiklərinin qarşılığını öldükdən sonra alacağını bildirir: Bu yazının davamını oxu

PEYĞƏMBƏRİMİZƏ (S.Ə.V) VERİLƏN QEYB XƏBƏRLƏRİ

0033Qeybi ancaq üstün gücə malik olan Allah bilir. Keçmiş və gələcək olan hər hadisənin bilgisi bütün təfərrüatı ilə Allah`ın dərgahındadır. Bu həqiqət Quranda belə xəbər verilir:

“Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. Allah suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (Ənam surəsi, 59).

Zamanı yaradan və insanlara bu qavrayışı öyrədən Allah`dır. Allah`ın uca Zatı zamandan kənardır. Dünyadakı canlı və ya cansız varlıqlara aid bütün məlumatlar keçmiş və gələcəkləri ilə birgə Rəbbimizin qatında mövcuddur. Kainatda və bütün başqa aləmlərdə baş verən hər bir hadisə Allah`ın elmi daxilində və Onun nəzarətindədir. O, gizlinin gizlisini də bilir. Peyğəmbərimiz (s.ə.v) də qeybə ancaq Rəbbimizin istədiyi qədər yiyələnə bilib, əlbəttə, bu da onun möcüzələrindən biri olub. Allah Quranda elçilərindən seçdiklərinə Öz dərgahında olan qeyb bilgisindən verdiyini belə bildirir:

“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! Çünki Allah onların önündə və arxasında gözətçilər qoyar”. (Cin surəsi, 26-27) Bu yazının davamını oxu

Mərhəmətin mənbəyi Allah sevgisidir

fraternityİnsanın Allah’a olan sevgisi Onun yaratdığı varlıqlara qarşı qəlbində şəfqət hiss etməsinə səbəb olur. Allah’ı sevən insan Onun yaratdıqlarına qarşı məhəbbət, şəfqət və mərhəmət hissləri bəsləyir. Özünü və hər şeyi yaradan Rəbbimizə qarşı duyduğu bu güclü sevgi və bağlılığa görə, Quranda əmr edildiyi kimi, insanlara qarşı gözəl əxlaqlı və mərhəmətli davranır.

Allah “Onların bəzi təbəqələrinə verdiyimiz dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminləri şəfqət qanadının altına al (Hicr surəsi, 88)” ayəsilə möminləri mərhəmətli olmağa dəvət etmişdir.

Bu dəvəti qəbul edən möminlərin Allah’ın rizasını qazanmaq məqsədilə göstərdiyi mərhəmətin gətirdiyi gözəllik dünya ilə məhdudlaşmır. Onlar axirətdə də mərhəmətli olduqlarına görə mükafatlandırılacaqlar. Çünki Allah “sağ tərəf sahibləri” adlandırdığı Cənnət xalqının bir xüsusiyyətinin də dünyada ikən bir-birlərinə mərhəməti tövsiyə etmələri olduğunu bildirmişdir:

Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! (Bələd surəsi, 17)

 

Möminlər əsəbiləşərlərmi?

???????????Möminlər hər insan kimi müxtəlif hadisələrə görə əsəbiləşə bilərlər. Lakin möminlərin üstün əxlaqının ən mühüm göstəricilərindən biri əsəblərini cilovlamalarıdır. Əsəbiləşməyin onlara fayda verməyəcəyini, əksinə, əsəbiləşdikdə ağıllı davranmayacaqlarını, ədalətdən uzaqlaşacaqlarını bilirlər. Belə vəziyyətdə həm özlərinə, həm də ətrafdakılara zərər verən səhv qərarlar verməkdən çəkinərlər. Buna görə də möminlər səbirli və mərhəmətli davranarlar. Allah Quranda möminlərin bu xüsusiyyətini belə tərifləmişdir:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. (Ali-İmran surəsi, 134)

Ancaq əsəbini cilovlamaq dedikdə passiv, susqun, hər şeyi qəbul edən davranış nəzərdə tutulmur. Əlbəttə, möminlər hadisələrə reaksiya verər, mənfi hərəkət, iman gətirənlərə ziyan vuracaq mühit varsa, buna dərhal mane olarlar. Lakin bunu edərkən hisslərinə qapılmaz, əksinə, ağıllı davranaraq həll yolu tapar, qarşı tərəfi düşdüyü vəziyyətdən çıxarmaq, ona doğru yolu göstərmək, zərərli mühiti dəyişdirmək üçün çalışarlar.

KÜLƏKLƏRDƏKİ BİLİNMƏYƏN HİKMƏTLƏR

siddetli-ruzgar-aydinlatma-direklerini-devirdi-4420043_5137_400Həyatımız boyu hamımızın şahid olduğu, çoxumuz üçün adi hadisə olan küləklər əmələ gəlməsi, təsiri və nəticəsi ilə uca Allah’ın bir çox hikmətlə yaratdığı böyük nemətdir. Allah Quranda küləyi də bütün digər yaradılış dəlilləri kimi insanların düşünməsi və şükür etməsi üçün yaratdığını bildirmişdir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allah’ın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən insanlar üçün əlamətlər vardır. (Bəqərə surəsi, 164)

Küləklər necə əmələ gəlir?

Havanın isinməsi isinən kütlənin genişlənməsinə, beləliklə, hərəkətə keçərək yuxarı qalxmasına səbəb olur. Ancaq yüksələn hava kütləsi atmosferdən kənara çıxa bilmədiyinə görə əvvəlcə şaquli, sonra üfüqi istiqamətdə hərəkət edir. İsinən hava kütləsinin yerini dəyişməsi təzyiqin əmələ gəlməsinə səbəb olur. Lakin atmosfer təzyiqi dünyanın hər yerində eyni deyil, çünki yerin cazibə qüvvəsinə, temperatura və ərazinin hündürlüyünə görə fərqlənir. Bu şəkildə, yüksək və alçaq təzyiq zonaları formalaşır. Atmosferdəki yüksək təzyiq zonalarını təpələrə, alçaq təzyiq zonalarını isə çuxurlara bənzətmək olar. Hava axıcı olduğuna görə, cazibə qüvvəsinin təsiri ilə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru, sanki yamaclardan axan su kimi hərəkət edir və küləkləri meydana gətirir. Bu yazının davamını oxu

Hərisliklə mal toplamağın və ya xəsisliyin Allah dərgahındakı qarşılığı nədir?

Make-Money-OnlineBəzi insanlar bütün ömürlərini mal, pul yığıb saxlayır və bunları Quranda tərif edilən xeyirli işlərə sərf etmirlər. Hərisliklə, daima daha çox mal-mülkə sahib olmaq üçün çalışırlar. Əldə etdiklərindən isə Allah yolunda sərf etmək, ehtiyacı olanları doyurmaq əvəzinə öz nəfsləri üçün istifadə edirlər. Ehtiyaclarından qat-qat artığını toplayır, göstəriş üçün az miqdarda xərcləyir, faydalı işlər görməyə çalışmırlar. Bu insanların axirətdəki qarşılığı çox şiddətli olacaq. Bu, “Tövbə” surəsində belə bildirilir:

… Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövləti dadın!” – (deyiləcəkdir!) (Tövbə surəsi, 34-35)

Mal-dövlət yığıb toplayanlar və xəsislik edənlər Allah`ın dünya həyatında onları sınamaq üçün mal və zənginlik bəxş etdiyini qavramayan, bunlara dünya həyatında tamahkarlıqla bağlanan insanlardır. Allah`ın heç kimin infaqına ehtiyacı yoxdur, bütün mal-mülk də Onundur. İnfaq edərək Allah qatında savaba möhtac olan isə insandır. Allah bu həqiqəti başqa bir ayədə belə açıqlayır:

Budur, siz Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə, içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər! (Muhəmməd surəsi, 38)

CANLILARDAKI ANTİFRİZ SİSTEMİ

1304292637_gold_collection_10.04.2011-6_www.nevseoboi.com.uaBəzi balıq növləri orqanizmlərindəki partlayıcı maddə (natrium) və zəhəri (xlor) birləşdirərək duz əmələ gətirir və bu duzun sayəsində bədənlərindəki mayenin donma temperaturu aşağı düşür. Bu canlılara necə davranacaqlarını öyrədən aləmlərin Rəbbi olan uca Allah’dır.

Diqqətinizi bir anlıq ətraf mühitdən ayırıb təbiətə yönəldin: mükəmməl uçuş bacarıqları ilə quşlar, sahib olduqları üstün hidrolokator sistemi ilə delfinlər, dəhşətli kimyəvi silahı ilə bombardman böcəyi və siz – bədəniniz, gözləriniz, kirpikləriniz…

Təbiətdə bu cür qüsursuz yaradılış nümunələri çoxdur. İnsan vücudunda bədən temperaturunu orta hesabla 36,8 dərəcədə sabit saxlamaq üçün gecə-gündüz avtomatik kompyuter kimi işləyən termostat mövcuddur. Sahib olduğumuz bu istiliyə nəzarət sistemi bizim üçün ideal istilik dərəcəsinin necə olacağını müntəzəm şəkildə bildirir. İnsan bunun sayəsində səhra istiliyi və ya soyuq qütb çovğunları kimi havaların belə öhdəsindən gələ bilir. Əgər bədənimiz çox istidirsə, tərləmənin başlaması üçün əmr verilir. Bədən səthinə çıxan su sizi sərinlətməyə başlayır. Əgər istiliyə nəzarət mərkəzi bədəninizin soyuq olduğu qərarına gəlirsə, qan damarlarının daralması üçün mesajlar göndərilir və qanın soyuq dəridən uzaqlaşması təmin olunur. Çoxlarının xəbəri belə olmayan və hədsiz dərəcədə müxtəlifliyi olan bu sistem qüsursuz şəkildə işləyir. Bu yazının davamını oxu