Kateqoriya Arxivləri: Düşünən İnsan №24

DÜNYAYA SEVGİNİ ÖYRƏDƏCƏK RƏHBƏR: HZ. MEHDİ (Ə.S)

  • Sevgi müəllimi nə deməkdir?1
  • Bu məsələni gündəmə gətirən cənab Adnan Oktarın sevgi müəllimliyi haqqındakı fikirləri nələrdir?
  • Dünyada nə üçün sevgi müəlliminə ehtiyac var?

Son günlərdə başda müsəlman ölkələr olmaqla, bütün dünyada zorakılıq, narahatlıq, gərginlik və qarışıqlıq geniş yayılıb. Ancaq bütün insanlar gələcəkdə daha rahat, sülh və əmin-amanlıq dolu günlər üçün baş verənlərdən ibrət götürüb dərs çıxarmalıdır.

Bir çox ölkədə baş verən gərginlik sanki bütün xalqları kütləvi şəkildə hipnoz edib. Hipnozda olan bu insanlar nəyə xidmət etdiyini, nəyə fayda vermək istədiyini belə bilmədən və ölkələrinə necə zərər verdiklərini düşünmədən darvinist kommunistlərin tələsinə düşərək qanuni hüquqlarını demokratik şəkildə tələb etmək əvəzinə küçələrə axışıb zorakılıqla, şiddətlə əldə etməyə çalışırlar. Ağılla hərəkət edib milləti qarışıqlığın içindən çəkib çıxarması gözlənilən rəhbərlər isə xalqın istəklərini sevgi ilə, mərhəmətlə qarşılayıb demokratik çərçivədə həll etmək əvəzinə, şiddətlə qarşılıq verərək onlar da hipnoza düşürlər. Bu yazının davamını oxu

Pinqvinlərin qeyri-adi xüsusiyyətləri

pinguino-imperatorePinqvinlər təxminən -400C – lik bir mühitdə yaşamaq üçün xüsusi təchizatlara sahibdirlər. Buzun üzərində yaşayır, qidalanır, ovlayır və balalarını böyüdürlər. Bu, şübhəsiz, böyük əmək tələb edən işdir. Ancaq pinqvinlər bir insanın əsla yaşaya bilməyəcəyi belə bir mühitdə varlıqlarını problemsiz davam etdirə bilirlər. Əlbəttə, bu, canlıları və onların yaşadıqları şəraiti yaradan uca Allah’ın böyük möcüzəsidir.

Pinqvinlərin sərt hava şəraitindən mənfi təsirlənən balalarının xüsusi qayğıya ehtiyacı var. Dişi pinqvin, adətən, bir yumurta çıxarır və bu yumurtanın bütün məsuliyyəti erkək pinqvinə aid olur. Kürtə erkək pinqvin yatır və təxminən -40oC – də 65 gün boyunca yerindən heç tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu 65 gün onlar üçün, həqiqətən də çətin mərhələdir. Bu müddət boyu erkək pinqvin dondurucu soyuqda hərəkətsiz və heç yemək yemədən olduğu yerdə qalır. Şübhəsiz ki, bir insan üçün belə bir vəziyyətin nəticəsi ölümdür. Lakin erkək pinqvin heç tərəddüd etmədən, şikayət etmədən öhdəsinə götürdüyü bu vəzifəni sona qədər davam etdirir. Allah ona etməli olduqlarını ilham etmişdir. O da Allah’a boyun əymişdir. Allah bir ayəsində bu həqiqəti insanlara belə xəbər verir:

Mən Rəbbim və Rəbbiniz olan Allah’a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56) Bu yazının davamını oxu

Maddə dediyimiz məfhumun nə olduğunu tam olaraq bilirikmi?

visionBütün ömrümüz boyu xaricdə əsli var olan maddənin zehnimizdəki görüntülərini izləyirik. Xarici aləmdə əsli var olan maddə dediyimiz hər şey bizim üçün sadəcə bir hissdir. Hisslərimiz rəng, işıq, dad, qoxu kimi anlayışları meydana gətirir, lakin maddə haqqında məlumat çatdıra bilmirlər. Buna görə də biz xaricimizdəki dünyanın həqiqətdə necə olduğunu heç vaxt bilə bilmərik. Elmin gəldiyi nəticə də budur. Hər şeyin yalnız maddi varlıqlardan meydana gəldiyini iddia edənlərin isə bunu sübut etmək üçün verəcəkləri cavab yoxdur. Bütün ömrümüz boyu sadəcə zehnimizdəki görüntüləri izləyirik və bütün dünyamız bu görüntülərdən ibarətdir. Buna görə də maddə adı verilən və duyğularımızın xaricində olan hər hansı məfhumu təsvir və ya şərh etmək mümkün deyil. Çünki bu anadangəlmə kor olan insanın rənglər haqqında fikir söyləməsinə bənzəyir. Rəngləri heç vaxt görməmişdir, buna görə də təsvir də edə bilməz. Belə bir təsvirə cəhd edən insan yalnız  fərziyyələr irəli sürər.

Yolda gəzən bir insan həqiqətdə beyninin içindəki yolda gəzir, beyninin içindəki maşınlar yanından ötüb keçir. Əgər göz qapaqlarımıza yavaşca toxunsaq, bu həqiqət bizə daha yaxşı aydın olar. Belə ki, gördüklərimiz gözümüzdə titrəməyə başlayar. Televizorun antenasını tərpədəndə görüntünün əsdiyi kimi, burda da eyni hadisə baş verir. Beynimizin içindəki televizorun qarşısında oturub ona baxırıq, bizə nə göstərilirsə, onu izləyirik. Yeyib-içmək, yolda yerimək, məktəbə getmək, işdən qayıtdıqdan sonra dostlarla görüşmək, yəni bütün həyatımızı sanki video kasetdəki film kimi izləyirik. Təsvir, səs, qoxu, dad, toxunma duyğusu beyində hiss edilən duyğulardır. Yəni xarici dünyamızı daxili dünyamızda yaşayırıq. Bütün həyatımızı beynimizin içindəki kiçik evimizdə keçiririk. Oradakı televizordan ətrafa baxırıq. Bütün bunları beynimizdəki 1 sm3-lik hüceyrədə yaşayırıq. O hüceyrədən kənara çıxmadan həyat sürürük.

ÖZÜNÜ ALDATMAQ ƏVƏZİNƏ SƏMİMİYYƏT

man-with-head-in-his-hands1-1000x576Sonsuzluq içində insan ancaq bir dəfə sınanır və bu imtahan müddəti təqribən 6-7 onillikdən ibarətdir. İnsanın əbədi həyatını bu imtahan müddətindəki əməlləri müəyyən edir. Qısa, ancaq çox vacib olan bu müddəti də insan özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Məsələ də məhz bundan ibarətdir: insan özünü aldadaraq nə həqiqəti dəyişdirə bilər, nə də məsuliyyətdən azad ola bilər. Əksinə, insanın dünyada həqiqətlərdən qaçması ancaq öz əleyhinədir. İnsan vicdanını susduraraq özünü aldatdığı, müxtəlif bəhanələrlə rahatlatmağa çalışdığı hər an, əslində, qorxunc itki verir. Axirətdə isə bu ağılsızlığına görə – Allah`ın izni ilə – peşmançılıq çəkəcək.

Vəziyyət belə olduğu halda, insan özünü aldatmamalı, əksinə, çox açıq şüur və diqqətlə Allah`a qulluq vəzifəsini yerinə yetirməlidir. Bu isə insanın hər an vicdanının səsini dinləməsi və Allah`ın kitabına tabe olması ilə mümkündür. Səmimi iman gətirən bir insan üçün başqa yol yoxdur. İnsanın dünyada yaşadığı müddətdə hər keçən saniyə ölümə və məhşər gününə bir az da yaxınlaşdığını, hər əməlini, ağlından keçən hər fikri Allah`ın bildiyini və bunlardan məsul olduğunu düşünməsi ən gözəl və qazanclı yoldur. Bu yazının davamını oxu

İSLAMDA SÖZ AZADLIĞI VƏ DEMOKRATİYA

professionalsSöz və fikir azadlığı müasir konstitusiyalı demokratiyanın labüd şərti və insan hüququdur. Millətindən, irqindən və dinindən asılı olmayaraq, bütün insanlar üçün ən əsas hüquqlardan biri olan söz və fikir azadlığı hüquqi cəhətdən qorunmalıdır.

Cəmiyyətin fərdlərinin azad olması üçün fikirlərini və hisslərini ifadə etməkdə tam mənada azad olmalıdırlar. Demokratiyanın hakim olduğu ölkələrdə insanlar bu hüquqlara malikdir və fikirlərini açıq ifadə edə bilirlər. Bu yazının davamını oxu

GÖY CİSİMLƏRİNİN ARALARINDAKI MƏSAFƏLƏR

480990_118103118336176_1043878115_nYer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir parçasıdır. Günəş sistemi isə qüsursuz planın və mükəmməl tarazlıqların olduğu bir məkandır. Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: Əgər diametri 12.200 km olan Yeri bir üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə dairəvi bir kürə halına gələr. Əsl maraq doğuran şey aradakı məsafədir.

Gerçəklərə uyğun bir model qurmağımız üçün üzüm çəyirdəyi böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq.

Göy cisimlərinin kosmosdakı genişlənməsi və aralarındakı bu nəhəng boşluqlar Yerdə canlı həyatın mövcud ola bilməsi üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyatı dəstəkləyəcək şəkildə bir çox universal güclə münasib bir uyğunluq təşkil edir. Bu məsafələr planetlərin orbitlərinə, hətta varlıqlarına təsir edir. Bu məsafələr indiki ölçüdən daha az olsaydı, ulduzlar arası cazibə qüvvəsi planetlərin orbitlərini möhkəm olmayan və qeyri-sabit hala gətirəcəkdi. Bu isə planetlərdə çox yüksək hərarət dəyişikliyinə gətirib çıxaracaqdı. Əgər boşluqlar bir az daha çox olsaydı, supernovalarla kosmosa atılan ağır elementlərin yayılması çox seyrək olacaq və Yer kimi dağlıq planetlər meydana gələ bilməyəcəkdi.

Ulduzlar arasında hal-hazırda mövcud olan boşluqlar Yer kimi bir planet sisteminin mövcud ola bilməsi üçün ən ideal məsafəyə malikdir.

ERİTROSİTLƏRİN XÜSUSİ OLARAQ YARADILMIŞ YASTI FORMASI

  • Eritrositlərin vəzifəsi nədir?5669559_orig
  • Eritrositlərin yastı olmalarının əhəmiyyəti nədir?
  • Bu yastı formanın pozulması nəyə səbəb ola bilər?

Qırmızı qan hüceyrələri, yəni eritrositlər qanda ən çox olan hüceyrələrdir. Vəzifələri hüceyrələrin yaşaması üçün vacib olan oksigeni daşımaqdır. Sadəcə bununla kifayətlənmir, bədəni təmizləmək üçün hüceyrələrdə yığılmış karbondioksidi də ürəyə geri qaytarırlar.

Eritrositlərin reallaşdırdığı oksigendaşıma prosesini nə üçün başqa hüceyrələr yerinə yetirə bilmir?

Bir damla qanın 99 %-ni qan hüceyrələri, yəni eritrositlər təşkil edir. Bədənimizdə təxminən 25 trilyon qırmızı qan hüceyrəsi var. Bu miqdar Südyolu Qalaktikasındakı ulduz sayının yüzlərlə qatıdır. Bədəndə gəzən eritrositlər rahatlıqla bir futbol sahəsinin yarısını tuta bilərlər. Bir-birlərinə ard-arda bağlandıqlarını düşündüyümüz zaman isə 47 000 km.-lik bir qüllə meydana gətirə bilərlər. Əgər eritrositləri bir xalça kimi yerə sərmək imkanımız olsaydı, bu hüceyrələrin 3 800 km2-lik bir sahəni tutduğuna şahid olarıq. Bədəndə eritrositlərin sayı o qədər çoxdur ki, ölənlərin yerini tutmaq şərtilə saniyədə 3 milyona qədər yeni eritrosit hüceyrəsi qana qarışır. Eritrositlərin sayının bu qədər çox olması öhdələrinə götürdükləri həyati vəzifə ilə əlaqədardır. Bu xüsusi vəzifə üçün yaradılmış eritrositlər özünəməxsus quruluşları ilə diqqət çəkirlər. Eritrositlər yastı, yumru və hər iki yandan basıq formaları ilə böyük yaradılış dəlilidirlər. Eritrositlərin formasının yastı olması: Bu yazının davamını oxu

ALLAH RİZASININ ƏN ÇOXUNU AXTARMAQ NƏDİR?

adoles-ok--644x362Mömin şirkdən, Allah’dan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan arınıb təmizlənmişdir. O, yalnız Allah’a qulluq edir, Allah’ın razılığını axtarır. Bunu Allah yolunda ciddi bir səy göstərərək edir.

Allah yolunda ciddi səy göstərməyin açarı isə Allah rizasının ən çoxunu axtarmaqdır. Mömin qarşısında doğru olan bir neçə seçim birdən olduğunda özünə Allah’ın razılığını ən çox qazandıracaq seçimi etməlidir.

Mömin bütün həyatını Allah’ın bildirdiyi halallar çərçivəsi daxilində yaşamalıdır. Haramlar Quranda açıq şəkildə bildirilmişdir və olduqca azdır. Bu müəyyən haramlardan başqa bütün hərəkət və davranışlar halal dairəsi çərçivəsindədir.

Bunlarla yanaşı, möminə düşən Allah’ın halal buyurduğu sərhədlər daxilində öz ağıl və bəsirətindən istifadə edərək Allah’ın razılığının ən çoxunu axtarmağa yönəlməkdir. Bu yazının davamını oxu

Şeytanın əmri: düşünməyin

1958683-4998-recDüşünmək qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan düşünərək Allahʹın sonsuz gücünü, kainatdakı qüsursuz sənətini qavrayır. Düşünən insan dünyada olan hər xırdalığın bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməli olan vəzifələri olduğunu qavrayır. Quranda bir çox ayədə yalnız düşünən insanların öyüd ala biləcəyi, Allahʹın varlığının dəlillərini ancaq onların görəcəklərini bildirmişdir. Quranın nazil olma məqsədi “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar! “ (Sad surəsi, 29) ayəsində xəbər verildiyi kimi, insanların ayələr üzərində dərin düşünmələridir.

Lakin insanların böyük hissəsi düşünməyi çətinlik olaraq qəbul edir. Hətta bu insanlar düşünməyin həyatlarına və rahatlıqlarına zərər verəcəyinə inanırlar. Bu anlayışa görə, zərərlərin ən mühümü insana dünya həyatlarındakı vəzifələrini xatırlatmaq, düşdükləri qəflətdən onları çıxartmaqdır. Çünki düşünməmək insanı zehni tamamilə boş qoyan bir növ yuxuya sürükləyir. Bu yuxu, adətən, sehr kimi insana bütün vəzifələrini, nə üçün var olduğunu, həyatdakı məqsədini, bir gün öləcəyini unutdurur. Bu yuxunun başqa növü isə dünya həyatının gündəlik və təkrarlanan işlərinə özünü verməkdir. Bəlkə, bu insanlar gün ərzində bir çox şey düşünür, qərar verir və ya həll yolları tapmış kimi görünə bilirlər, əslində isə düşündükləri şeylər gündəlik qaç-qovlarından başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının gəlib-keçici olduğu və hər canlının bir gün torpaq olacağı ilə bağlı deyil. Əzbərlənmiş, öyrədilmiş, qəlibləşmiş, vərdiş edilmiş hərəkətlər, danışıqlar və davranışlar belə insanların bütün həyatını o qədər bürüyür ki, əsl həqiqətlər üzərində düşünməyi lazımsız bilir. Bu yazının davamını oxu

Quranda bəhs edilən İrəm şəhəri

p91427601990-cı illərin əvvəllərində dünyanın tanınmış qəzetləri çox mühüm bir arxeoloji qazıntıya “Möhtəşəm ərəb şəhəri tapıldı”, “Əfsanəvi ərəb şəhəri tapıldı”, “Qumluqların Atlantidası – Ubar” başlıqları ilə geniş yer ayırdılar. Bu maraqlı arxeoloji tapıntının əhəmiyyətini xeyli artıran cəhət isə həmin şəhərin adının Quranda çəkilməsi idi. O vaxta qədər isə Quranda haqqında bəhs edilən Ad qövmünün bir əfsanə olduğunu və ya heç vaxt tapılmayacağını fikirləşənlər bu yeni tapıntıdan sonra heyrətə gəldilər. Quranda bəhs edilən həmin şəhəri tapmış şəxs isə həvəskar arxeoloq Nikolas Klapp idi.

İxtisasca ərəbşünas və sənədli filmlər rejissoru olan Nikolas Klapp ərəb tarixi ilə bağlı apardığı tədqiqatlar zamanı ingilis tədqiqatçısı Bertram Tomas tərəfindən 1932-ci ildə yazılan “Arabia Felix” adlı bir kitaba rast gəlmişdi. “Arabia Felix” romalıların Ərəbistan yarımadasının cənubunda olan və dövrümüzdə Yəməni və Omanı əhatə edən bölgəyə verdiyi ad idi. Yunanlar bura “Eudaimon Arabia”, orta əsrlərdəki ərəb alimləri isə “əl-Yəmən əs-Səidə” deyirdilər. Bu adların hamısı “şanslı, bəxtli ərəblər” mənasına gəlirdi. Çünki qədim dövrlərdə bu yer Hindistanla Şimali Ərəbistan arasındakı ədviyyat ticarətinin mərkəzi sayılırdı. Bundan başqa, həmin yerdə yaşayan tayfalar nadir tapılan və həmin dövrlərdə qızıl dəyərində olan “kəhribar” adlı bir bitkini yığır və onun satışı ilə məşğul olurdular. Bu yazının davamını oxu