Kateqoriya Arxivləri: Düşünən İnsan №25

Qütblərdəki buzlu sularda yaşayan balıqların donmamasının səbəbini heç düşündünüzmü?

OLYMPUS DIGITAL CAMERAQütblərdəki buzlu sularda yaşayan balıqların donmamağının səbəbini heç düşündünüzmü? Bu balıqlar dərilərindəki buz kristallarının istiliyini-200C yə qədər yüksəldən zülalı hasil edən genə sahibdirlər. Bu zülal buz kristallarındakı oksigen molekullarına bağlanaraq canlının donmasının qarşısını alır.

TOXUMDAKI QEYRİ-ADİ GÜC: CÜCƏRMƏ

filizlenmeToxumların çox qeyri-adi bir xüsusiyyəti var. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, quruluşlarının necə olacağına, qabığının nə rəngdə və hansı qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə, bu meyvələrin dadlarına, qoxularına, quruluşlarına, rənglərinə dair bütün məlumatlara sahibdirlər. Toxumlar bütün bu məlumatları milyonlarla il saxlayır və sonrakı nəsillərinə heç bir qüsur və əskiklik olmadan ötürürlər. Bu möcüzəvi hadisəyə yaxından şahid olmaq üçün evlərimizdəki tərəvəzləri, meyvələri və çiçəkləri araşdırmağımız kifayətdir. Bu yazının davamını oxu

DİN ƏXLAQININ YAYILMASINDA GƏNCLƏRİN ƏHƏMİYYƏTİ

ID-17324794-1102x735Yaşadığımız dövr insanların Quran əxlaqını öyrənməyə və möminlərin təbliğ fəaliyyətlərinə həmişəkindən də artıq ehtiyac hiss etdikləri dövrdür. Bu dövrə ən böyük töhfəni verəcək insanlar, şübhəsiz ki, səmimi iman gətirən gənclərdir. Çünki gənclik insanın Allah`ın rizasını qazanmaq və İslama xidmət etmək üçün ən məhsuldar dövrüdür. Quranda adı çəkilən peyğəmbərlərin və onlarla birlikdə iman gətirənlərin böyük əksəriyyətinin gənclər olması bunun açıq-aydın dəlilidir. Bu mübarək insanlar nə qədər gənc olsalar da, Allah`a iman gətirərək kamilləşmiş və məsuliyyət şüuru ilə hərəkət edərək daima Allah`ın izni ilə bir çox insanın imanına səbəb olmuşlar.

Əxlaqı və həyatı ilə bütün möminlərə nümunə olmuş dəyərli İslam alimi İmam Rəbbani: “Biz quluq. Sahibimizin əmrindəyik. Nəzarətsiz deyilik. Hər istədiyimizi etməkdə sərbəst deyilik. Yaxşı düşünək! Uzaqgörən ağıl sahibləri olaq! Qiyamət günü utanmaqdan, peşman olmaqdan başqa heç nə əldə edə bilmərik. Gənclik dövrü qazanc vaxtıdır. Mərd olan bu vaxtın qiymətini bilib əldən qaçırmaz. Qocalıq hər kəsə nəsib olmaz. Nəsib olsa da, əlverişli vaxt ələ düşməz” (“Məktubat”, 73-cü məktub) -deyərək müsəlmanlar üçün Allah qarşısında vəzifələrini gənclik dövründən etibarən yerinə yetirməyin əhəmiyyətini vurğulamışdır. Bu yazının davamını oxu

CAHİLİYYƏ CƏMİYYƏTİNDƏ EVDAR QADINLARIN QISQANCLIĞI

0bbe0a6e9b8dc1dc87e77ed7d0eb3893Cahiliyyə cəmiyyətində qısqanclıq hökm sürür. Ancaq qeyd etmək lazımdır ki, bu xüsusiyyət cahiliyyə cəmiyyətində müsbət xüsusiyyət kimi qəbul edilir. Qısqanclığı sevgi və sədaqət əlaməti kimi göstərməyə çalışırlar. Əgər bir insan sevdiyini qısqanmırsa, onların fikrincə, bu, əsl sevgi deyil. Bu yanlış anlayışa əsasən, insanın qarşı tərəfin sevgisindən razı qalması üçün bütün insanlar arasında ancaq ona sevgi bəsləməlidir.

Halbuki, bu, çox səhv düşüncədir. Çünki hər şeydən əvvəl, sevgi çox üstün duyğu və əxlaqi xüsusiyyətdir. İnsanın sevgidə qısqanclıq etməsi Quran əxlaqına uyğun deyil. İnsan sevdiyi şəxsə sevgisini sədaqəti, bağlılığı, şəfqəti, gözəl sözləri və rəftarı ilə göstərir. Bu da qarşı tərəfdə sevildiyinə dair qəti fikir formalaşdırır. Lakin insanın özündən başqa heç kimsənin sevilməsini istəməməsi eqoistlikdir.

Cahiliyyə cəmiyyətində, xüsusilə də ailə həyatında qısqanclığa görə insanlar çox sıxıntı çəkirlər. Həyat yoldaşlarının analarına, atalarına, bacılarına, qardaşlarına, dostlarına və hətta uşaqlarına bəslədiyi sevgi belə eqoist xarakterli insanlara sıxıntı verir. Belə insanlar heç kimə özlərindən artıq və özlərinə olan qədər sevgi bəslənməsini istəmirlər.

Evdar qadınlardakı qısqanclığın ikinci növü isə cahiliyyə cəmiyyətindəki evlilik sisteminin yanlışlığını bilmədiklərindən qaynaqlanır. Çünki təməli Allah rizasına, Allah qorxusuna və Allah sevgisinə əsaslanmayan heç bir evlilikdə əsl sevgi və sədaqət olmur. Cahiliyyə cəmiyyətindəki qadınlar da bu mühüm həqiqəti dərk etdiklərinə görə, hər an aldadılmaq, ikinci plana atılmaq və ya unudulmaq qorxusu ilə yaşayırlar. Odur ki, şübhələndikləri hər hadisədən narahat olur və qısqanclıq edirlər.

Bu problemi həll etmək üçün əl atdıqları yollar isə vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da çətinləşdirir. Səbəbsiz yerə küsmək və tərslik etməklə qarşı tərəfə mesaj verməyə çalışırlar. Hər an əlaqəsiz bir hadisədən şübhələnərək xəyali ssenarilər qurur və qurduqları ssenarilər əsasında kəskin qərarlar verirlər. Bütün bu hərəkətlər isə həyatlarını daha da sıxıntılı edir. Bundan əlavə, istədiklərinin tam əksinə, qarşı tərəfi özlərindən bir az da uzaqlaşdırırlar. Çünki nə vaxt, hansı hadisədən nə nəticə çıxaracağı bilinməyən bir insanla yaşamaq çox narahatlıq verir. Odur ki, evdar qadınların qısqanclığı, əsasən, ailələrinin dağılması ilə nəticələnir.

Halbuki, bütün bunların həlli çox asandır. Quranda hər insanın nəfsində qısqanclıq hissi olması, ancaq nəfsini bu hissdən təmizləməyin doğru yol olduğu bildirilmişdir:

… Ancaq nəfslərdə qısqanclıq həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz, (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa surəsi, 128)

Ona görə də Quran əxlaqı ilə yaşayan mömin qısqanclıq etməz. Çünki Allah qorxusundan qaynaqlanan qarşılıqlı sədaqət və etibar hissləri gərginliyin əmələ gəlməsini qarşısını alır.

Mükəmməl yaradılışdakı məqsəd

656817Bir tikili və ya sənət əsərindəki möhtəşəmliyi anlamaq və təqdir etmək üçün çox vaxt həmin əsər və ya tikili haqqında hərtərəfli məlumat əldə etməli, onun üzərində düşünməliyik. Məsələn, Misir piramidaları haqqında hərtərəfli məlumatı olmayan birisi bunları sadəcə səhranın ortasındakı daş yığını kimi görər, hətta nə üçün dünyanın 7 möcüzəsindən biri olduğunu anlamaya bilər. Ancaq bu piramidaların hər birinin təqribən 2.5 ton ağırlığında, 2.3 milyon daş blokdan ibarət olduğunu, piramidaların həmin ərazidə tikilməsində istifadə edilən həndəsə biliyi, daşların kəsilməsindəki dəqiqlik, tikilinin nəhəng ölçüsü və bu piramidaların tikildiyi dövrdəki şərait və texnologiyanı öyrəndikdə, həqiqətən, möcüzə olduqlarını anlayar. Piramidanın interyeri, daxilindəki dəhlizlər və bir çox sirli cəhəti öyrəndikdə isə bu möcüzələrə olan heyranlığı daha da artar. Bu yazının davamını oxu

XRİSTİANLAR: “İSA MƏSİH ALLAH`IN TƏCƏLLİSİDİR”, – DESİNLƏR

wallpaper-jesucristo-732333Dövrümüzdə bəzi xristianların inandığı üçləmə və üçlü birlik inancı çox ciddi yanılma, Allah`a və hz. İsaya (ə.s) böyük iftira olmaqla yanaşı, eyni zamanda, ciddi təhlükədir.

Bəzi xristian qardaşlarımız, əslində, tək Allah`a iman gətirdiklərini, hz. İsanı (ə.s) Allah`dan ayrı varlıq kimi qəbul etmədiklərini (Allah`ı tənzih edirik) deyərək bir varlığın bədən, ruh və şüur kimi üç müxtəlif şəkildə təcəlli etdiyini iddia edirlər. Lakin bu açıqlamanın özündə ciddi ziddiyyət və yanlışlar var.

Tövhid inancı tədricən təhrif edilmişdir

Müqəddəs torpaqlarda yaşayan yəhudilər arasında meydana gələn xristianlıq dini hz. Musanın (ə.s) şəriəti ilə yaşayan səmimi yəhudilərin hz. İsaya (ə.s) tabe olması ilə vüsət almışdır. Hz. İsaya (ə.s) tabe olan yəhudilərin xüsusiyyəti isə Allah`a bir və tək varlıq olaraq iman gətirmələridir. Ancaq tövhid inancı hz. İsanın (ə.s) göyə yüksəldilməsi və xristianlığın bütpərəst bölgələrdə yayılmasından sonra dəyişmiş, hz. Musanın (ə.s) şəriətinin əsası olan tövhid inancı böyük dəyişikliyə məruz qalmışdır. Xristianlıq dininə sonradan daxil edilən üçləmə inancına görə, hz. İsa (ə.s) (Allah`ı tənzih edirik) ilah hesab edilməyə başlamışdır. Həmin dövrdəki xristianlar Allah`ın zatının hz. İsada (ə.s) bir insan kimi vücud aldığını iddia etməyə başlamış və bu yanlış inancı yaymışdılar. Bu yazının davamını oxu

İslam Xəbərləri

94425-1366x768-istanbul713 ÖLKƏDƏ KEÇİRİLƏN SORĞUYA ƏSASƏN, TÜRKLƏR ƏN DİNDAR XALQDIR

Almaniyanın ən böyük, tanınmış “Bertelsmann” təşkilatının 13 ölkədə 14000 nəfər arasında keçirdiyi sorğuda özünü çox və ya olduqca dindar adlandıranların əksəriyyətinin türklər olduğu bildirilib.

Türkiyə, Almaniya, İngiltərə, İsveç, Fransa, İspaniya, İsveçrə, Kanada, ABŞ, İsrail, Hindistan, Braziliya və Şimali Koreyada keçirilmiş sorğuya ərəb ölkələri daxil edilməyib.

Türkiyədən sonra Braziliya

“Bertelsmann” təşkilatının 5 ildən bir keçirdiyi “Din monitoru 2013” adlı sorğunun nəticələri “Amerikanın səsi” radiosunda yayımlanıb. Sorğu iştirakçılarına verilən: “Nə qədər dindarsınız?” -sualına türklərin 82%-i: “Çox”, – və ya: “Olduqca dindar”, – cavabını verib. Türklərdən sonra ən dindar ikinci xalq 74% səslə Braziliya, üçüncü yerdə isə 70% səslə Hindistan olub. ABŞ-ın 67%-i və almanların 57%-i özünü dindar adlandırıb. Sorğuda ən az dindar olanlar 31% səslə İsrail və 28% səslə İsveç olub. “Din təmsilçiləri siyasəti tənzimləməlidirmi?” – sualına ən çox: “Bəli”, – deyən ölkə 28% səslə ABŞ olub. Almaniyada və Türkiyədə bu səs faizi 21% olub. “Ölkəni idarə edən siyasətçilər Allah`a inanmalıdırmı?” -sualına ABŞ-ın və türklərin 25%-i: “Bəli”, – deyə cavab verib.

“Bertelsmann” təşkilatının nümayəndələri sorğu keçirilən ölkələrdə hökumət sistemi kimi demokratiyanın qəbul edildiyini, demokratiyanı ən yaxşı sistem adlandıran xalqların birincisinin 95% ilə İsveç, 82% ilə Türkiyə olduğunu bildiriblər. Bu yazının davamını oxu

Fosillər

Dövr: Senozoy erası, Eosen dövrü Yaşı: 54-37 milyon il Bölgə: Qrin River, Vayominq, ABŞ

Dövr: Senozoy erası, Eosen dövrü
Yaşı: 54-37 milyon il
Bölgə: Qrin River, Vayominq, ABŞ

SÜMÜKLÜ DURNABALIĞI

İndiyədək əldə edilən yüzlərlə sümüklü durnabalığı fosili bu canlıların milyon illərdir heç bir dəyişikliyə məruz qalmadığını göstərir. Şəkildəki 54-37 milyon illik sümüklü durnabalığı fosili ilə dövrümüzdə dənizlərdə yaşayan durnabalıqları arasında heç bir fərq yoxdur. Bu, darvinistlərin açıqlaya bilmədiyi faktdır və yaradılışı sübut edir.

XƏRÇƏNG

Dövr: Senozoy erası, Eosen dövrü Yaşı: 50 milyon il Bölgə: Oreqon, ABŞ

Dövr: Senozoy erası, Eosen dövrü
Yaşı: 50 milyon il
Bölgə: Oreqon, ABŞ

Fosil qeydlərinin ən əsas xüsusiyyətlərindən biri canlıların geoloji dövrlər boyu heç bir dəyişikliyə məruz qalmadığını göstərməsidir. Başqa sözlə, bir canlı növünün fosil qeydlərindəki izi bu növun nəsli kəsilənə qədər və ya dövrümüzə gəlib çatana qədər on milyonlarla, hətta yüz milyonlarla il boyu heç dəyişmədiyini, quruluşunu qoruyub saxladığını göstərir.

Bu, canlıların təkamül keçirmədiyinin açıq-aşkar dəlilidir. 50 milyon il ərzində bütün xüsusiyyətlərini eynilə qoruyub saxlamış, hər hansı dəyişikliyə məruz qalmamış xərçənglər də bu dəlillərdən biridir. Dövrümüzdə yaşayan xərçənglərlə milyon illər əvvəl yaşayan xərçənglər eynidir. Bu yazının davamını oxu

ELMİ TƏDQİQATLAR QƏDƏRİ SÜBUT EDİR

687803Bir atom zərrəciyinin harada və hansı sürətlə hərəkət edəcəyini 43 saniyə əvvəldən müəyyən edən model hazırlamış hollandiyalı fizik Q. Hoft (G.Hooft) qədəri (tale) elmi cəhətdən sübut edib. Qədər Allah`ın bütün keçmiş və gələcək hadisələri bilməsidir. “Baş verməmiş hadisələr” bizim üçün baş verməyib. Allah isə zaman və məkandan asılı deyil, çünki bütün bunları yaradan uca Rəbbimizdir. Odur ki, Allah üçün keçmiş, gələcək və indi eynidir və hamısı olub-bitib. Bu, təkcə təbiət hadisələri, doğum, ölüm, xəstəlik və ya müharibələr kimi hadisələrlə məhdudlaşmır. İnsanın öz həyatı və hərəkətləri ilə bağlı ən kiçik təfərrüat da qədərində müəyyən edilmişdir. Allah Quranda insanların başına gələn hər şeyin əvvəlcədən bir kitabda yazıldığını belə bildirir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın kitabdadır. (Hud surəsi, 6) Bu yazının davamını oxu

Elm xəbərləri

131950685_1_1000x700_ptitsa-harkovCücələr insandan daha tez saymağı bacarırlar

Cücələr insandan daha tez, üstəlik heç kim tərəfindən öyrədilmədiyi halda saymağı bacarırlar.

Bunu İngiltərənin Bristol Universitetinin professoru Kristina Nikol 20 il ərzində apardığı araşdırmalara əsasən bildirmişdir.

Belə ki, onun apardığı elmi təcrübələrə əsasən məlum olub ki, cücə yumurtadan çıxandan cəmi bir neçə saat sonra 5-ə qədər saya bilir. Təcrübə zamanı cücələri 2 yuvanın yanına yerləşdirmişdilər. Yuvanın birində çox, digərinə isə nisbətən az sayda yumurta qoyulmuşdur. Cücələr yumurtanın çox olduğu yuvanı seçmişlər. Hətta cücələri çaşdırmaq üçün yuvaların yerini və yumurtaların sayını belə dəyişmişlər, amma nəticə eyni olmuşdur – yenə də yumurtanın çox olduğu yuvanı seçmişlər.

Bununla yanaşı elmi təcrübələr zamanı məlum olmuşdur ki, cücələrin fizika üzrə də müəyyən bilgiləri vardır, belə ki, görüntü sahəsindən yoxa çıxmış obyektin mövcud olduğunu bilirlər.  Halbu ki, bir yaşa qədər olan körpələr bunu bilmir. Amma cücələr artıq 2 həftəliyində Günəşə görə olduğu yeri müəyyən etmək qabiliyyətinə malik olurlar.

İngiltərənin Bristol Universitetinin professoru Kristina Nikol elmi təcrübələrin nəticələri haqqında bunları bildirmişdir: “Toyuqlar yəqin ki, böyük riyazi kəşflər etməyəcəklər və ədəbiyyat sahəsinə də bir töhfə verməyəcəklər, amma onlar aylar və illər ərzində vərdişlərə yiyələnən və bacarıqlarını inkişaf etdirən uşaqardan daha tez bunlara nail olurlar.” Bu yazının davamını oxu