Kateqoriya Arxivləri: Düşünən İnsan №26

ƏKSƏRİYYƏTİN TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ İNANMASI DARVİNİZMİN DOĞRU OLDUĞUNU GÖSTƏRMİR

charles-darwinDarvinistlər: “Təkamül nəzəriyyəsi elm dünyasında əksəriyyət tərəfindən qəbul edilir”, – deyə yalan təbliğat aparırlar. Başqa sözlə, təkamülçülər insanlara onlarla həmfikir olan çoxlu elm adamlarının olduğunu və əksəriyyətin həmişə haqlı olduğunu təlqin edirlər. “Bu qədər insan təkamül nəzəriyyəsini müdafiə etdiyinə, universitetlərdə təkamülə inananlar əksəriyyət təşkil etdiyinə görə nəzəriyyə doğrudur” kimi həqiqəti əks etdirməyən məntiqlə cəmiyyətdə psixoloji təsir meydana gətirməyə çalışırlar. Müsəlmanlar bu yalan təlqinlərdən təsirlənməməli və darvinistlərin yalanlarına aldanmamalıdırlar.

Son 20-30 ildə təkamül nəzəriyyəsini inkar edən elm adamlarının sayı sürətlə artır. Onların əksəriyyəti kainatdakı və canlılardakı qüsursuz yaradılışı görərək darvinizm doqmasından uzaqlaşırlar. Bu elm adamlarının təkamülün əsassızlığını göstərən çoxlu əsərləri var. Başda Avropa və Amerika olmaqla, dünyanın müxtəlif ölkələrindəki tanınmış universitetlərdən olan bu elm adamları biologiya, biokimya, mikrobiologiya, anatomiya, paleontologiya kimi elm sahələrində ixtisaslaşmış akademiklərdir. Bu yazının davamını oxu

Yuxunun əhəmiyyəti

qiris-300x250İnsan ömrünün üçdə bir hissəsi yuxuda keçir. Adi qarşıladığımız, əslində isə böyük möcüzə olan yuxu istirahət vaxtı deyil. Çünki yuxu əsnasında bədən aktiv yenilənmə müddətinə keçir.

Yuxu insan həyatının vacib ehtiyacları arasında özünəməxsus yer tutur. Bədənimizin suya, oksigenə və qidalara ehtiyacı olduğu kimi, yuxuya da ehtiyacı var. Həyatımızın təxminən 1/3-i yuxuda keçdiyindən, stabil həyat tərzi keçirmək üçün yuxu həyati əhəmiyyət daşıyır. Yuxu passiv istirahət halı deyil. Yuxu əsnasında gün boyu zehni məşğul edən fəaliyyətlər, gərginliklər və yaddaşda qalan məlumatlar sanki kompyuterin yaddaşı kimi ayırd edilir. Yuxuda hormon səviyyəsi tarazlanır, həzm sistemi işləyir, immun sistemi fəaliyyət göstərir, dəri təzələnir. Hüceyrənin bölünməsi yuxuda da davam edir. Bu yazının davamını oxu

TƏKAMÜLÇÜLƏRİN ETİRAFLARI

Təkamül nəzəriyyəsinə dair bir çox kitabın müəllifi Robert Rayt: bob035

Təkamül nəzəriyyəsinin insan münasibətləri əleyhində uzun və kirli tarixi var. Əsrin sonlarına doğru siyasi fəlsəfəyə də tətbiq edilən nəzəriyyə “sosial darvinizm” adlı ideologiyaya çevrilmiş və irqçilərin, faşistlərin və ən zalım kapitalistlərin əlində əsas olmuşdur.

Robert Wright, The Moral Animal, Vintage Books, New York, 1994, səh. 7  2009-07-22 12:08:16

Sintetik təkamül nəzəriyyəsinin banilərindən biri olan Feodosiy Dobjanskiy:

Təbii seçmə eqoistliyi, zövq düşkünlüyünü, cəsarət əvəzinə qorxaqlığı, saxtakarlığı və istismarı üstün tutur. Cəmiyyət etikası isə təbii davranışları qadağan edir və bunların əksi olan nəzakət, comərdlik və hətta digərlərinin – cəmiyyətin, millətin və nəhayət bütün bəşəriyyətin xeyiri üçün özünü fəda etmək kimi xüsusiyyətləri təqdir edir.

Theodosius Dobzhansky, Ethics and Values in Biogical and Cultural Evolution, Zygon, the Journal of Religion and Science, Los Angeles Times’dayayınlandığışekliylealınmıştır, bölüm 4 (Haziran 16, 1974), səh. 6; (That Their words, s.413) 2009-07-22 12:05:02 Bu yazının davamını oxu

ŞƏKƏR FABRİKİ

seker-3Əgər ehtiyacınızdan artıq şəkərli qida qəbul etsəniz, bədəninizdəki qüsursuz sistem qandakı şəkər miqdarının artmasının qarşısını almaq üçün işə düşəcək:

  • Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın tərkibindəki milyonlarla molekul arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Habelə, bu molekulların sayının çox və ya az olduğuna qərar verir, sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görməyəcəyimiz qədər kiçik hüceyrələrin bir mayenin içindəki şəkər molekullarının miqdarını bilməsi düşündürücüdür. (şəkil 23 – linkdəki şəkilə baxın)
  • Əgər mədəaltı vəz hüceyrələri qanda artıq şəkər olduğunu müəyyən etsələr, artıq şəkərin toplanmasına qərar verirlər. Ancaq bu toplama prosesini özləri etmirlər, özlərindən çox uzaqda yerləşən başqa hüceyrələrə etdirirlər.
  • Uzaqda yerləşən bu hüceyrələr əmr gəlmədikcə şəkər toplamırlar. Ancaq mədəaltı vəzi hüceyrələri bu hüceyrələrə “şəkəri toplamağa başlayın” əmrini daşıyan hormon yollayır. “İnsulin” adlanan bu hormonun formulu mədəaltı vəzi hüceyrələri ilk dəfə əmələ gəldikləri andan etibarən onların DNT-lərində mövcuddur. (şəkil 24)
  • Mədəaltı vəzi hüceyrələrindəki xüsusi fermentlər (işçi zülallar) bu formulu oxuyurlar. Oxunan formula əsasən insulin hormonunu sintez edirlər. İnsulin sintezi zamanı hər biri fərqli iş görən yüzlərlə ferment fəaliyyət göstərir.
  • Hazır olan insulin hormonu ən təhlükəsiz və sürətli nəqliyyat vasitəsi olan qan dövranı yolu ilə hədəf hüceyrələrə çatdırılır. Bu hədəf hüceyrələrdən biri qaraciyər hüceyrələridir.

Bu yazının davamını oxu

ŞUMERLƏR VƏ ELM

sumerler-ve-elmŞumerlər riyaziyyata say sistemini tətbiq ediblər. Dövrümüzdə istifadə edilən 10 sayı əsasında qurulmuş riyazi sistem əvəzinə 60 sayı əsasında qurulmuş riyazi sistemdən istifadə ediblər. 60 sayı hələ də bəzi hesablamalarda mühüm yer tutur, 1 saatın 60 dəqiqədən, 1 dəqiqənin 60 saniyədən ibarət olması və ya dairədə 360 dərəcə olması kimi… Ona görə, həndəsə və cəbrin ilk formullarını tərtib edən şumerlərin riyazi bilgiləri müasir riyaziyyatın əsası hesab edilir.

Bundan əlavə, şumerlər astronomiya sahəsində yüksək səviyyəyə çatmış, ay, il və günlərin sayını dövrümüzdəki hesabla, demək olar ki, eyni hesablamışdılar. 12 aydan ibarət şumer təqvimindən qədim misirlilər, yunanlar və bəzi sami mənşəli xalqlar da istifadə ediblər. Bu təqvimdə bir il qış və yay olmaqla iki fəsildən ibarət idi. Yay fəsli yazdakı gündönümündə, qış fəsli isə payızdakı gündönümündə başlayırdı. Bu yazının davamını oxu

Materialistlərə suallar

1340207562-628İnsanların düşüncələrinin, mühakimə bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, rahatlıq kimi duyğularının beyinlərindəki neyronların bir-biri ilə qarşılıqlı təsiri olduğunu irəli sürmək çox məntiqsiz iddiadır. Mövzu üzərində daha ətraflı düşünən materialistlər də bunu başa düşürlər. Tanınmış materialist Karl Leşli insan şüurunu maddəyə sadələşdirməyin mümkünlüyünü uzun illər müdafiə etdiyinə baxmayaraq, karyerasının sonlarında bu fikri söyləmişdir:

Zehin-bədən əlaqəsi istər həqiqi metafizik mövzu, istərsə də sistemli xəta kimi nəzərdən keçirilsin, bu mövzu psixoloqlar və insan məsələləri ilə məşğul olan nevroloqlar üçün hələ də problemdir… Necə olur ki, beyin fiziki-kimyəvi sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü aldada bilir?

Leşli sözügedən ziddiyyəti bir sualla ifadə etmişdir. Əslində isə bu barədə materialistlərin özlərinə verməli və üzərində düşünməli daha bir çox şey var. Aşağıdakı açıqlamalar materialist yanaşmanın düşdüyü çıxılmaz vəziyyəti göstərən misalalrdan bir neçəsidir: Bu yazının davamını oxu

Ləzzət və gözəlliyin mənbəyi: molekullar

meridia-moleculeBir çox maddə eyni atomlardan təşkil olunmasına baxmayaraq, fərqli görünür və fərqli xüsusiyyətlər daşıyır.

Sizin fikrinizcə, ətrafınızda gördüyünüz cisimləri bir-birindən fərqli edən nədir?

Rənglərini, formalarını, qoxularını, dadlarını bir-birindən fərqləndirən, yumşaq və ya bərk edən nədir? 

Bütün bunların səbəbi məhz atomların molekulları əmələ gətirmək üçün öz aralarında qurduqları fərqli kimyəvi əlaqələrdir.

Maddəni təşkil edən ilk pillə olan atomlardan sonra ikinci pillə molekullardır. Molekullar maddənin kimyəvi xüsusiyyətlərini müəyyən edən ən kiçik vahidlərdir. Bu kiçik formalar iki və ya daha çox atomdan, bəziləri də minlərlə atom qrupundan ibarət olur. Molekulların müxtəlif formalarda birləşmələri nəticəsində də ətrafımızda gördüyümüz müxtəliflik ortaya çıxır. Buna dad və qoxu hisslərimizdən misal çəkərək baxaq. Bu yazının davamını oxu

İNSAN AĞLININ TƏKAMÜL KEÇİRDİYİ İDDİASI CƏFƏNGİYYATDIR

10533086_d904f06İnsanın digər canlılarla bioloji cəhətdən bənzərlikləri olsa da, sivilizasiya qurmuş bir varlıq kimi tayı-bərabəri yoxdur. Universitetlər, xəstəxanalar, fabriklər inşa etmiş, dövlətlər qurmuş, musiqilər bəstələmiş, olimpiadalar təşkil etmiş, kosmosa qalxmış insan bütün bunları ağlı ilə bacarmışdır. Təkamülçülər insanın ən yaxın qohumu qəbul etdikləri şimpanze ilə ayrıldıqdan sonra ağlının təkamül keçirdiyini iddia edirlər. Ağılın “təkamülü”ndə baş verən sıçrayışları isə beyində meydana gələn təsadüfi dəyişikliklərlə və alət düzəltmə bacarığının təkmilləşməsi ilə əlaqələndirirlər. Bu iddialarını sənədli televiziya filmlərində tez-tez göstərir və əvvəlcə daşdan bıçaq, sonra da mizraq düzəltməyi öyrənən fantastik meymun adamların hekayələrini danışırlar. Ancaq bu təbliğat əsassızdır. Təkamülçülər ssenarilərini elmi göstərməyə çalışsalar da, bu, tamamilə elmdən kənardır və yeganə mənbələri darvinist ön mühakimələrdir. Bu yazının davamını oxu

HƏŞƏRATLARIN ÜSTÜN DİZAYNI

dsc04570Milyonlarla həşərat növünü bir-bir təhlil etsək, hər birinin fərqli quruluşda olduğunu görərik. Təkcə qanadlarına görə bir-birindən fərqlənən bir çox həşərat növü var. Məsələn, kəpənəyin qanadları ilə milçəyin qanadları tamamilə fərqli quruluşdadır. Eyni şəkildə, iynəcə ilə çəyirtkə, tarakanla qarışqa, arı ilə birə kimi çox fərqli quruluşlara malik, hələ tam sayı müəyyən edilməmiş milyonlarla həşərat var. Həşəratların hər birinin xüsusiyyətlərini burada bir-bir təhlil edə bilmərik, ancaq quruluşlarındakı bəzi ortaq dizaynları təhlil edə bilərik. Bu yazının davamını oxu

HÜCEYRƏLƏRDƏKİ KEYFİYYƏTƏ NƏZARƏT SİSTEMİ

Bir fabrikdə xətalı istehsal olunan mal satışa çıxarılmır; məhsul ya istehsal olunmur, ya da xətalı hissəsi düzəldilib yenidən huceyelerdeki-keyfiyyete-nezaret-sistemiistehsal olunur.

Bəs bir fabrik kimi işləyən orqanizmimizin hər hansı bir hissəsində xətalı emal prosesi olarsa, nə baş verər?

Bədənimizdə xətalı emal prosesinin qarşısını alan mexanizm varmı?

Orqanizmimizin ən kiçik vahidi olan hüceyrədəki emal sistemini dünyada hələ bənzəri təsis edilməmiş, çox qabaqcıl texnologiya ilə işləyən xəyali fabrikə bənzədə bilərik. Bu xəyali fabrik çoxlu sayda təkmil hissələrdən ibarət və hər hissəsində fərqli texnoloji məhsullar istehsal edilən nəhəng müəssisədir. Rəhbərlər, mühəndislər, işçilər, qısaca desək, bütün kadr heyəti vəzifələrini ən mükəmməl şəkildə yerinə yetirən üstün robot və kompyuterlərdən təşkil olunub. Bu mütəşəkkilliyi təmin etmək üçün bir çox nəzarət sistemi və əmr-komanda zənciri qurulub. Hər bölmə ondan tələb olunan hissəni emal edir. Habelə, burada istehsalat prosesi ancaq elmi-fantastik filmlərdə gördüyümüz şəkildə dəqiq həyata keçirilir. İndi hüceyrədə bu xüsusi nəzarət sisteminin necə işlədiyini təhlil edək. Bu yazının davamını oxu