Kateqoriya Arxivləri: Düşünən İnsan №27

700.000 il əvvəl insanların çox yaxşı inşa edilmiş gəmilərlə okeanlara səfər etdiklərini bilirdinizmi?

gemiYaxud  ibtidai “mağara adamı” kimi təqdim edilən insanların əslində dövrümüzdəki rəssamlardan heç də geri qalmayan qabiliyyəti və estetika anlayışı olduğunu eşitmişdinizmi?

80.000 il əvvəl yaşayan və təkamülçülər tərəfindən “meymun adam” kimi göstərilən neandertal irqinin musiqi alətləri düzəltdiyini, geyim zövqünə malik olduğunu, isti qumlarda  gözəl səndəllərlə gəzdiyini bilirdinizmi?

Bunların heç birini eşitməyə bilərsiniz. Əksinə, bu insanların yarı-meymun yarı-insan, danışma qabiliyyətindən məhrum, dik dura bilməyən, yalnız qırıq-qırıq səslər çıxaran, vəhşi mağara adamları olduğunu düşünə bilərsiniz. Çünki bu böyük yalan təxminən 150 ildir dünyanın hər tərəfində insanlara təlqin edilir. Bu yazının davamını oxu

YAŞIL ENERJİDƏ YOSUN DÖVRÜ BAŞLADI

algaeAlmaniyanın Hamburq şəhərində dəniz yosunu ilə enerji hasil edən bina inşa edilib. Şüşə lövhələrdən təşkil olunmuş ağıllı bina şüşələrin içindəki mayenin qaynadılması ilə 15 mənzili isidəcək enerji ehtiva edir. Lövhələrin içindəki yanacaq isə tamamilə biolojidir – dəniz yosunu və planktonlardan ibarətdir.

Layihənin rəhbəri Martin Kerner sistemi belə xülasələyib: Bu yazının davamını oxu

Yalan danışmaq şeytanın xüsusiyyətidir

artworks-000070174339-j5m508-cropYalan danışmağa vərdiş edən insanların bir qismi yalanlarının üstü açılanda utanmazlar. Hətta başqa yalanlar danışaraq əvvəlki yalanlarını ört-basdır etməyə çalışarlar. Halbuki, mömin şeytana uyub səhvən yalan söyləsə, bundan utanar, üzü qızarar, dərhal tövbə edərək Allah`dan bağışlanma diləyər və doğrunu söyləyər.

Din əxlaqını yaşamayan insanların böyük hissəsi isə bəzən yalan söyləyirlər. İnsanların niyə yalan söylədiklərinə baxsaq, görərik ki, buna bir-birinə bənzər hadisələr səbəb olur. Məsələn, bu insanlardan: Bu yazının davamını oxu

UÇAN CANLILARIN ÜSTÜN DİZAYNI VƏ AERONAVTİKA TEXNOLOGİYASI

akbabaQuşların və uçan həşəratların üstün dizaynı elm adamlarını həm heyrətə salır, həm də onlara təyyarə dizaynlarında yol göstərir. Quşlar uçarkən qanadlarını təbii şərtlərə görə ən yaxşı şəkildə hərəkət etdirirlər. Quşların qanadları külək kimi təbii amillərə görə avtomatik dəyişiklik etməyə uyğun yaradıldığı üçün ən yaxşı uçucu qəbul olunurlar. Təyyarə texnologiyasına istiqamət verən firmalar quşların bu xüsusiyyətlərindən faydalanmağa çalışırlar. NASA, Boeing firması, ABŞ Hava Qüvvələri təyyarəyə yerləşdirilmiş kompüterdən gələn məlumatlara əsasən forma dəyişdirən, şüşə liflərdən hazırlanmış elastik qanad dizayn edib. Həmin kompüter eyni zamanda uçuş şərtlərini (temperatur, küləyin gücü) bildirən ölçmə cihazlarının verdiyi məlumatı da əməliyyatdan keçirəcək. Kompüter aldığı məlumatlara əsasən qanadların əyriliyini ən uyğun şəkildə dəyişdirə biləcək. Bu yazının davamını oxu

TERRORUN ARTMASINDA DİNSİZ İDEOLOGİYALARIN ROLU

darwinler11Hər hansı bir xəstəliyin müalicəsində təsirli nəticə əldə etmək üçün diaqnozun doğru qoyulması çox əhəmiyyətlidir. Diaqnozdan sonra başlayan müalicə isə xəstəlik sağalana kimi həssas şəkildə və səbirlə davam etdirilməlidir. Əks halda, xəstəlik get-gedə daha da ağırlaşar. Eyni anlayış sosial xəstəliklərə də aiddir. Hər hansı bir sosial problemlə mübarizə apararkən ilk öncə o problemin başlanğıc səbəbləri təyin olunmalıdır.

Əsrimizin ən əhəmiyyətli sosial problemlərindən biri olan terrorizm üçün də səbəblər çox vaxt konkret hadisələrdə axtarılır, mübarizə də bu səthi hədəflərə istiqamətlənmiş şəkildə planlaşdırılır. Buna görə də terrorizmlə mübarizədə əsaslı nəticə əldə etmək mümkün olmur. Dünyanın terrordan xilas olması üçün əvvəl terrorun mənbəyi müəyyən edilməli və bu mənbə tamamilə aradan qaldırılmalıdır. Bu yazının davamını oxu

QURANDA GÜNƏŞLƏ BAĞLI BİLDİRİLƏN MÖCÜZƏLƏR

CME-07062011-groot-1024x824Quranın Allah`ın sözü olduğunu sübut edən möcüzəvi xüsusiyyətlərdən biri Quranın nazil edildiyi dövrdə bilinməsi mümkün olmayan elmi həqiqətlərin Quranda xəbər verilməsidir. Günəş haqqında Quranda diqqət çəkilən faktlar Quranın bu möcüzəvi xüsusiyyətlərindən biridir.

Günəş mərkəzli sistem

(Allah) göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, qüdrətlidir, bağışlayandır. (Zumər surəsi, 5)

Ayədə gecə ilə gündüzün əmələ gəlməsi üçün Yerin hərəkəti əmmamənin sarılması kimi “yuvarlaq cismi bürüyüb örtmək” mənasını verən “təkvir” feilindən törəmiş “yükəvviru” sözü ilə tərif edilir. Bu söz yerin kürəvi forması ilə yanaşı, Günəşin ətrafındakı hərəkətini də doğru ifadə edir. Yerin kürəvi forması və öz oxu ətrafında fırlanmasına görə, Günəş həmişə Yerin bir tərəfini işıqlandırır, digər tərəfi isə kölgədə qalır. Kölgədə qalan tərəf gecə qaranlıqla örtülür və sonra Yerin Günəşə tərəf çevrilməsi ilə gündüz gecəni əvəz edir. “Yasin” surəsində isə Günəşlə Ayın mövqeyi belə bildirilir: Bu yazının davamını oxu

Metamorfoz bir yaradılış dəlilidir

Metamorphosis_frog_MeyersMetamorfozu təkamülə dəlil göstərməyə çalışanlar, əslində, təkamül nəzəriyyəsi və biologiya haqqında heç nə bilmirlər. Metamorfoz genetik informasiyada şifrlənmiş planlı dəyişiklikdir və təsadüfi dəyişiklik mənasında olan təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Əslində, reduksiya edilməz kompleks mərhələ olan metamorfoz təkamülü əsassız edən yaradılış dəlilidir.

Bəzi canlılar həyatlarının fərqli dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Həmin dəyişiklik mərhələsi biologiyada metamorfoz adlanır. Bu mərhələ biologiya və təkamülün iddiaları haqqında kifayət qədər məlumatı olmayanlar tərəfindən bəzən təkamül nəzəriyyəsinə dəlil göstərilir. Metamorfozu təkamülə dəlil kimi göstərən mənbələr mövzu haqqında məlumatsız insanları yanıltmağa istiqamətlənmiş səthi təbliğat kitabları və bəzi cahil şəxslərdir. Təkamül nəzəriyyəsinin qarşılaşdığı ziddiyyətləri bilən nüfuzlu təkamülçü elm adamları isə belə gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki bunun nə qədər axmaq iddia olduğunu bilirlər… Bu yazının davamını oxu

İSLAMI SEVDİRMƏK ÜÇÜN QURANA UYĞUN TƏBLİĞ EDİLMƏLİDIR

574649-1366x768Müsəlman təbliğ edərkən Qurana uyğun hərəkət etməlidir

Qurana və Rəsulullahın (s.ə.v) sünnəsinə əsasən, müsəlman din əxlaqını təbliğ edərkən, öyüd-nəsihət verərkən, İslam əxlaqının yayılması üçün cəhd edərkən:

  • Gözəl söz söyləməlidir

Möminlər üçün danışmaq böyük ibadətdir. İman gətirənlər Allah`dan həmişə ağıl, hikmət və xeyirli danışmağı dua edib istəyərlər. Danışdıqda Rəbbimizi zikr edər, insanlara ən gözəl sözləri söyləyər, gözəl əxlaqı təbliğ edərlər:

… Yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” … (Bəqərə surəsi, 83) Bu yazının davamını oxu

İslam xəbərləri

704885-1366x768Kral Abdullah: Fərqlərimizin İslam ümmətinə mənfi təsir etməsinə icazə verməməliyik

Səudiyyə Ərəbistanının kralı Abdullah İslam dünyasını məzhəb ayrı-seçkiliklərindən əl çəkərək birləşməyə çağırıb. “Bir-birimizi daha yaxşı anlamalı və birləşməliyik. Fərqlərimizin İslam ümmətinə mənfi təsir etməsinə icazə verməməliyik”, – qeyd edib.

Türkiyə Cümhuriyyətinin prezidenti Abdullah Gül Kral Abdullah ilə görüşüb. Türkiyəyə və türk xalqına dərin sevgi və məhəbbət bəslədiyini vurğulayan Kral Türkiyə və Səudiyyə Ərəbistanının əlaqələrinin getdikcə güclənəcəyini qeyd edib. Bu yazının davamını oxu

İSLAM DİNİ İNCƏSƏNƏT VƏ ESTETİKA İLƏ SIX BAĞLIDIR

690374-1366x768Bir cəmiyyətin inkişafının və rifah səviyyəsinin ən əsas göstəricilərindən biri, şübhəsiz ki, incəsənət, estetika və keyfiyyətdə ən irəlidə olmasıdır. İslam dinində də incəsənətə böyük əhəmiyyət verilir. Bu günə qədər memarlıq, ədəbiyyat kimi bir çox sahədə iz qoymuş gözəl İslam incəsənəti nümunələri buna bariz nümunədir.

İncəsənət dedikdə rəssamlıq, musiqi kimi sahələr ağıla gəlsə də, möminlər bununla kifayətlənməz və həyatlarının hər sahəsində incəsənət və estetikanı ən yüksək səviyyədə tətbiq edərlər. Quran əxlaqının əsas xüsusiyyətlərindən biri olan təmizlik də incəsənət və estetika ilə birləşdikdə möminlərin həyatında yüksək keyfiyyət özünü göstərir.

Geyim və xarici görünüşdə incəsənət və estetika

Möminlər hər an və hər cəhəti ilə Allah`ın dinini təmsil etməyə cəhd göstərirlər. Buna görə, xarici görünüşlərinə həmişə çox diqqət edirlər. Bu yazının davamını oxu