Kateqoriya Arxivləri: Düşünən İnsan №28

Ən qədim canlıların mürəkkəb quruluşları təkamül nəzəriyyəsini necə təkzib edir?

90bCanlılar fosil qeydlərində müəyyən ardıcıllıqla yerləşirlər. Bu ardıcıllıq ən qədimdən yeniyə doğru tədqiq edildikdə mikroorqanizmlər, onurğasız dəniz canlıları, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər şəklindədir. Təkamülçülər bu ardıcıllığı yanlış izah edərək təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Təkamülçülərin iddiasına görə canlılar ibtidaidən mürəkkəbə doğru inkişaf yolu keçmiş, bu inkişaf ərzində də canlı növləri müxtəlifləşmişdir. Məsələn, təkamülçülər 300 milyon illik fosillər tədqiq edildikdə insan fosillərinə rast gəlinməməsini buna dəlil kimi göstərirlər. Türk təkamülçülərdən Aykut Kence belə deyir:

“Təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut etmək istəyirsiniz? Elə isə gedin, Kembri dövrünün fosilləri arasında insan fosilləri tapın! Bunu edən adam təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut etmiş olur, bu tapıntısı üçün Nobel mükafatı da alar”. (Evrim Kuramı Konferansı, İstanbul Üniversitesi Fen Fakültesi, 3 Haziran 1998) Bu yazının davamını oxu

“İnsan embrionundakı qəlsəmələr” cəfəngiyatı hansı elmi saxtakarlığa əsaslanır?

img2Canlıların doğuşlarına qədər olan müddət ərzində ana bətnində təkamülə dəlil olan bəzi dövrlər keçirməsi tezisi təkamül nəzəriyyəsinin əsassız iddiaları arasında xüsusi yer tutur. Çünki təkamülçü ədəbiyyatda “rekapitulyasiya” kimi tanınan bu tezis elmi səhv olmasından başqa, həm də elmi saxtakarlığı da ifadə edir.

Hekkelin rekapitulyasiya cəfəngiyatı

Rekapitulyasiya iddiası təkamülçü bioloq Ernst Hekkel (Ernst Haeckel) tərəfindən XIX əsrin sonlarında ortaya atılmışdır. Bu terminin ifadə etdiyi təkamülçü tezis “ontogenez filogenezin təkrarıdır” (ontogeny recapitulates phylogeny) şəklində ifadə edilən bir iddia irəli sürür. Bunun mənası budur ki, canlı embrionları inkişaf prosesi zamanı sözdə təkamüli əcdadlarının keçirdikləri təkamül prosesini təkrarlayırlar. Məsələn, insanın ana bətnində əvvəlcə balıqlara, sonra sürünənə bənzədiyini, sonra da insan xüsusiyyətlərini göstərdiyi irəli sürülür. Embrionun inkişaf dövrü ərzində qəlsəməyə malik olması iddiası da elə bu tezisdən qaynaqlanır. Bu yazının davamını oxu

Təkamül nəzəriyyəsinin əsassız olduğunun isbat edilməsi yaradılışın doğruluğunu necə göstərir?

1387271062_evrim1Həyatın yer üzündə necə meydana gəldiyini soruşduqda qarşımıza iki fərqli cavab çıxır:

  • Bu cavablardan birincisi canlıların təkamül yolu ilə meydana gəlməsidir. Bu iddianın tərəfdarı olan təkamül nəzəriyyəsinə görə, həyat təsadüflərlə ortaya çıxan ilk hüceyrədən başlamışdır. Bu canlı hüceyrə də yenə təsadüflər nəticəsində inkişaf edərək təkamül keçirmiş və şaxələnərək dünyadakı milyonlarla fərqli növü əmələ gətirmişdir.
  • İkinci cavab isə yaradılışdır. Canlıların hamısını bütün kainata hakim olan Allah yaratmışdır. Təkamüllə meydana gəlməsi heç cür mümkün olmayan həyat və milyonlarla canlı növü bugünkü kimi əskiksiz, qüsursuz və üstün bir yaradılışa malikdirlər. Ən bəsit görünən canlı növləri belə öz-özünə, təbii şərtlərlə və təsadüflərlə əmələ gəlməyəcək qədər mürəkkəb quruluş və sistemlərə malik olması bunun açıq dəlilidir.

Bu yazının davamını oxu

Təkamül nəzəriyyəsi nə üçün elmi və əsaslı nəzəriyyə deyil?

fnabtdulTəkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi tapıntı və ya təcrübə vasitəsilə sübut edilə bilməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir. Bu yazının davamını oxu

Təkamül nəzəriyyəsi nə üçün biologiyanın əsasını təşkil etmir

darwin1Təkamülçülər tərəfindən tez-tez təkrarlanan bir iddia var: təkamül nəzəriyyəsinin elmin əsasını təşkil etməsi yalanı… Bu iddianı ortaya atanlar təkamül nəzəriyyəsi olmadan biologiya elminin inkişaf edə bilməyəcəyini, hətta mövcud olmayacağını iddia edirlər. Əslində, bu iddia çarəsizlikdən irəli gələn demaqoqluqdan ibarətdir. Türkiyənin elm sahəsində yetişdirdiyi tanınmış simalardan biri olan filosof prof. dr. Arda Denkel bu mövzunu belə şərh edir:

“Məsələn, “Təkamül nəzəriyyəsini inkar etmək bioloji və geoloji elmlərin, fizika və kimyanın kəşflərini də inkar etmək deməkdir” fikri tamamilə səhv nəzəriyyədir. Çünki iddia edilən növdən məna çıxarmaq (burada bir modus tollens) üçün əvvəlcə kimya, fizika, geologiya və biologiyanın kəşflərini ifadə edən bəzi nəzəriyyələr təkamül nəzəriyyəsini ehtiva etməlidir. Lakin kəşflər və ya onların ifadələri nəzəriyyələri ehtiva etmir, bundan əlavə onları sübut etmirlər”. (Arda Denkel, Cumhuriyet Bilim Teknik Eki, 27 Fevral 1999) Bu yazının davamını oxu

Meymun və insan geninin 99% oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

meymun-ve-insan-geninin-oxsarlc4b1gc4b1-tekamul-nezeriyyesinin-subutu-deyilBir çox təkamülçü mənbədə insanla meymun geninin 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddiaları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə, insanla arasında qohumluq olduğundan bəhs edilir. Əslində, bu, təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99% oxşarlıq iddiası insanları yanıldan təbliğatdır.

Əvvəla, qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99% oxşarlıq iddiası yalandır.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insan kimi şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-biri ilə müqayisə edilməli və nəticə olmalıdır. Əslində isə belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə bu cür tədqiqat aparılmamışdır. Bu yazının davamını oxu

Klonlaşdırmanı təkamül nəzəriyyəsinin dəlili kimi təqdim etmək nə üçün böyük yalandır?

qCanlıların klonlaşdırılması nə deməkdir?

Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-sindən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid bir yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı bir canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir. Bu yazının davamını oxu

İrqlərin müxtəlifliyi nə üçün təkamül nəzəriyyəsinə dəlil deyil?

irqlerMüxtəlif insan irqlərinin olmasını bəzi təkamül tərəfdarları təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia daha çox müdafiə etdikləri nəzəriyyəni kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlamışsa, bir-birindən fərqlənən irqlər necə meydana çıxmışdır” sualına əsaslanır. Başqa sözlə: “Hz. Adəm və hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıxmışdır?” – deyirlər.

Əslində, bütün bu sualların və ya etirazların ardında duran problem genetika elmi haqqında məlumat azlığı və ya genetik qanunların qulaq ardı edilməsidir. Bu gün yer üzündəki insanlar arasındakı irq müxtəlifliyinin səbəbini anlamaq üçün, əvvəlcə, bu suala yaxından bağlı olan variasiya mövzusu haqqında ümumi məlumata yiyələnmək lazımdır. Bu yazının davamını oxu

İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?

cc2cc8bb7cİnsanın yer üzündə nə vaxt peyda olduğu ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Liki (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış ayaq izləridir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl (Russell Tuttle) bu sözləri yazmışdı:

“Bu izlər çılpaq ayaqlı bir Homo Sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir”. (I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.)

Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyəti daşıyan bir insanın 20 ədəd və daha kiçik birisinin 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likinin tapdığı izləri tədqiq edən Don Cohanson (Don Johanson) və Tim Uayt (Tim White) kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır: Bu yazının davamını oxu

Həyatın kosmosdan gəlməsi nə üçün mümkün deyil?

imagesDarvin XIX əsrin ortalarında nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəlində həyatın mənbəyini araşdıran elm adamları isə təkamül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırladı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüf məhsulu olmayacağı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edildi. Bu yazının davamını oxu