Kateqoriya Arxivləri: Düşünən İnsan №29

Elm Xəbərləri

zeka-gelişimine-katkı-besinler-resimBeyin xəstəliklərində cığır açan kəşf 

Degenerativ sinir sistemi xəstəliklərində beyin toxumasının ölməsinin qarşısını alan ilk kimyəvi birləşmənin kəşfi alzeymer, parkinson və hantinqton xəstəliklərinin müalicəsi üçün tibb dünyasında həyəcana səbəb olub.

İngiltərədəki Leysester Universitetində siçanlar üzərində keçirilən təcrübələrdə beyini süngərə çevirən prion xəstəliklərindən qaynaqlanan beyin hüceyrəsi ölümünün qarşısının alınacağı məlum olub. Təcrübələr beyin hüceyrələrinin təbii immun mexanizmi üzərində aparılır. Prion xəstəliklərə yol açan virus beyin hüceyrəsini ələ keçirdikdə viral zülalların toplanmasına səbəb olur. Buna reaksiya verən hüceyrələr virusun yayılmasının qarşısını almaq üçün zülal sintezini dayandırır. Lakin bir çox degenerativ sinir sistemi xəstəliyi xətalı zülal sintezindən irəli gəlir. Bunların da bənzər immun mexanizmini işə salması ciddi nəticələr doğurur. Beyin hüceyrələri zülal sintezini dayandırdıqda xətalı zülallar aclıqdan ölür. Bu proses beyində bütün neyronlarda təkrarlandıqda hərəkət və ya hafizə itkisinə səbəb olur, hətta ölümlə nəticələnir.

Bu prosesi dayandıran metod bir çox degenerativ sinir sistemi xəstəliyinin müalicəsində tətbiq edilə bilər. Tədqiqatçıların istifadə etdiyi kimyəvi tərkib bu immun mexanizminin işə düşməsinin və degenerasiyanın qarşısını alır. Bu yazının davamını oxu

Şərq və Qərb cəmiyyətlərində cəhalət və İslamofobiya

383141_247287252008571_897306617_nTəhsil və mədəniyyətin yoxluğundan doğan cəhalət bu gün dünyanın bütün cəmiyyətlərini öz cənginə almışdır. Bir tərəfdə, demək olar ki, əhalisi oxuma-yazma bilməyən bəzi İslam ölkələri, digər tərəfdə isə müasir və mədəni görünüşünə baxmayaraq, bir çox mövzuda tamamilə yanlış məlumatlara sahib olan və əhəmiyyətli gerçəklərdən xəbərsiz olan Qərb cəmiyyəti durur.

Cəhalət az inkişaf etmiş üçüncü dünya ölkələrinə, yəni Yaxın Şərq və İslam ölkələrinə aid edilsə də, onun Qərb cəmiyyətlərində də mövcud olduğu danılmaz həqiqətdir. Bu yazının davamını oxu

QARIŞQALARDAN ZƏHƏR HAZIRLAYAN QIZIL QURBAĞA

getImageBütün canlılarda Allah`ın üstün sənəti hakimdir. Allah Quranda insanları ətraflarındakı yaradılış dəlilləri üzərində düşünməyə və tədqiq etməyə çağırır. Elmi tədqiqatlar Allah`ın Quranda bildirdiyi bu əmri yerinə yetirməyimiz üçün mühüm məlumat mənbəyidir. Bu tədqiqatların köməyi ilə Allah`ın üstün ağlını, elmini və sonsuz gücünü daha yaxşı qavrayırıq.

İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allah`dan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır! (Fatir surəsi, 28)

Bu günlərdə mərkəzi və cənubi Amerikada yaşayan qızıl qurbağalar üzərində aparılan tədqiqat buna misaldır. Qızıl qurbağalar gözəl görünüşlü olsalar da, ifraz etdikləri zəhərə görə çox təhlükəli canlılardır. Bu zəhərin mənbəyi isə dərisindən ifraz etdiyi alkaloid adlı kimyəvi maddədir. Bir qızıl qurbağanın ifraz etdiyi zəhər 10 nəfəri öldürəcək qədər güclüdür. Tədqiqatçılar qızıl qurbağanın bu zəhəri xüsusi qida seçimi sayəsində əldə etdiyini kəşf ediblər. Qızıl qurbağaların tərkibində bol miqdarda qarışqa olan qidalar yeməsi nəticəsində alkoloid ifraz etdiklərini üzə çıxarıblar. Kolumbiya Universitetindən Valeri Klark (Valerie Clarck) və Nyu-York Təbiət Tarixi Muzeyinin əməkdaşları Madaqaskarda yaşayan qurbağa növlərindən götürdükləri 3 fərqli zəhəri təhlil edərək qurbağaların yedikləri qarışqalar sayəsində zəhərli kimyəvi maddələr ifraz etdiklərini aşkar ediblər. Bu qurbağalar qarışqaları həm qidalanmaq, həm də özlərini qorumaq üçün zəhər ifraz etmək məqsədilə yeyirlər (Researchers Pinpoint Source of Poison Frogs’ Deadly Defenses). Bu yazının davamını oxu

MÜSƏLMANIN DİQQƏTİNİN VƏ ŞÜURUNUN AÇIQ OLMASINA KÖMƏK EDƏN SƏBƏBLƏR

Müsəlman diqqətinin və şüurunun hər an, hər saniyə açıq olması üçün nələrə fikir verməlidir?brunette-girl-with-flowers-wide

İman gətirən insan Allah`ın Quranla insanlara bildirdiyi həqiqətlərə səmimi qəlbdən inanıb, bütün həyatını bu həqiqətlər əsasında yaşamağa qərar verib.

Allah`dan başqa qüvvə olmadığına, qədərin, məhşər gününün, cənnətin və cəhənnəmin haqq olduğuna, dünya həyatının imtahan yeri olduğuna və hər insanın Quran əxlaqı ilə yaşamaqla məsul olduğuna qəti iman gətirib. Bu imanı nəticəsində bir insan bütün həyatı boyu artıq Quranla bildirilən həqiqətlər əsasında yaşayır. Hər anını bu məlumatlar işığında, Allah`ın rizasına uyğun keçirir.

Ancaq yenə də insan: “Necə də olsa, mən bu həqiqətləri bilirəm, bütün bunlara səmimi qəlbdən inanıram”, – deyərək bu mövzular üzərində dərin düşünməkdən çəkinməməlidir. İnsanın səhər yuxudan oyandığı andan etibarən gün ərzində hər saat, hər dəqiqə bütün iman həqiqətləri üzərində təkrar-təkrar düşünməsi ona üstün əxlaq qazandırar. Bu yazının davamını oxu

İslam Xəbərləri

GroupthinkAlmanlar açıq məscid günündə İslamla tanış olurlar

Almaniyada 2000-dən çox məscid var. Bu məscidlər bu gün müsəlmanlarla yanaşı, fərqli din və məzhəblərdən olan bütün inananlara açıqdır. Almaniyadakı İslam qurumları iki Almaniyanın birləşdiyi 3 Oktyabr Birlik Günündə 16 ildir ki məscidlərdə açıq qapı günü təşkil edirlər. Məscidlərdə keçirilən açıq qapı günündə bu il qlobal istiləşmə, hava kirliliyi, su sıxıntısı kimi mövzulardan ibarət “Təbiəti qorumaq üçün məscidlər səfərbərdir” mövzusu müzakirə olunur. İslam haqqında məlumat almaq istəyən çoxlu sayda alman məscidlərin açıq qapı günündə iştirak edərək müsəlmanları daha yaxından tanımaq imkanı əldə edir. Bu yazının davamını oxu

İNTİHAR ETMƏK HARAMDIR

img1568163İntiharın qarşısı imanla alınar

10 sentyabr bütün dünyada intiharın qarşısının alınması günü kimi qeyd olunur. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hər 40 saniyədə bir intihar, hər 3 saniyədə isə bir intihar təşəbbüsü baş verir.

Türkiyə Psixiatriya Dərnəyinin rəhbəri Şeref Özer mövzu ilə əlaqədar olaraq verdiyi açıqlamada dünyada intiharların və intihar təşəbbüslərinin son illərdə artdığını bildirib.

Özer: “Başda depressiya ilə spirtli içki və narkotik maddə aludəçiliyi olmaqla, müxtəlif ruhi xəstəliklər, uşaqlıq və yetkinlik dövrünə aid yanlış həyat tərzləri, ailədaxili mənfi hadisələr, sosial cəhətdən təcrid edilmə, ictimai fədakarlığın olmaması, iqtisadi problemlər, itkin düşmə, ümidsizlik, çılğınlıq, köç kimi sosial-iqtisadi amillər intihar riskini artırır”, – deyib. Bu yazının davamını oxu

İMAN GƏTİRƏN İNSANLARIN HƏYATI TAMAMİLƏ BAŞQA CÜR OLUR

menteİmanın müxtəlif dərəcələri var. Allah ayələrində güclü imana malik olan müsəlmanların vəsflərinə diqqət çəkmişdir. Belə ki, Allah’dan çox qorxan, Onu çox sevən, həyatlarının hər anını Onun üçün yaşayan və Onun əmr etdiyi kimi gözəl əxlaqlı olan təqvalı müsəlmanlarla bərabər vicdanları ilə hərəkət etməyən, heç bir üzrlü səbəbi olmadığı halda, dinsizliyə qarşı Allah yolunda fikri mübarizə aparmaqdan çəkinən və ya əsəbiləşmək, hadisələr qarşısında kədərlənmək və təşvişə düşmək kimi Allah’ın insanları çəkindirdiyi pis əxlaq xüsusiyyətlərindən əl çəkməyən, bunlara baxmayaraq, iman gətirdiklərini söyləyən insanlar da var. Bu vəziyyət Quranda işarə edilən iman dərəcələrinə nümunədir.

Əlbəttə, Allah iman gətirən hər kəsə cənnətini vəd etmişdir. Bir ayədə Allah heç bir üzrlü səbəbləri olmadığı halda, Onun yolunda fikri mübarizəyə qoşulmayan bəzi şəxslərə də cənnəti vəd etdiyini belə bildirir: Bu yazının davamını oxu

HƏYATİ ƏHƏMİYYƏTLİ ELEMENT: FOSFOR

  • Fosfor nə üçün həyati əhəmiyyətə malik elementdir?d139db
  • Fosfor bədəndə harada və necə tədarük edilir?
  • Fosfor çatışmazlığına qarşı hansı tədbirlər görülür?

XX-XXI əsrlərdə neft həm böyük enerji mənbəyi idi, həm də sənaye üçün lazımlı çoxlu sayda məmulatın xammalını təşkil edirdi. Odur ki, bu dəyərli maddənin əldə edilməsi üçün müxtəlif sistemlər icad edildi. Yüzlərlə elm adamı və mühəndis neftin harada ola biləcəyinə və olduğu yerdən necə çıxarılacağına dair fəaliyyətlər həyata keçirdilər. Nəzəri məlumatlar praktikada tətbiq olundu. Bu yolla neft texniki alətlər köməyi ilə yerin altından çıxarıldı. Neftin emalı üçün müxtəlif zavodlar tikildi. Daşınması üçün xüsusi tankerlər və neft kəmərləri çəkildi. Bunlar dəyərli təbii sərvətdən faydalanmaq üçün lazım olan işlər idi.

Neftin cəmiyyətin həyatındakı roluna bənzər çox dəyərli xammal hüceyrələrimizin içində yerləşir. Bu xammal fosfordur. Hüceyrədə fosforun olması, xaric edilməsi, hüceyrəyə daşınması, emalı və tədarükü üçün heyranedici sistemlər yaradılıb. Bu sistemlərdən hər biri canlıların həyatı üçün vacibdir. Bu sistemlərdən biri olmazsa, canlılar ölər. Bu yazının davamını oxu

GÖRÜNMƏYƏN QORUYUCULAR

81(pp_w699_h466)Bu gün təbiətdəki məmulatların və ya canlıların quruluşunu tədqiq edib elmi işlərində bunlardan nümunə götürən bir çox elm adamı var. Təbiətdəki məmulatların möhkəmliyi, yüngüllüyü, elastikliyi və kimyəvi xüsusiyyətləri elm adamlarının bu məmulatların quruluşunu təqlid etməsinə səbəb olur. Gündəlik həyatda qarşılaşdığımız bir çox məmulat və canlıların müxtəlif xüsusiyyətləri elm adamlarının diqqətini çəkir və bu məmulatları təqlid etməyə çalışırlar.

Hərəkət edərkən ağrı hiss etməmizin qarşısını alan yağlama sistemi

Daima hərəkətdə olan bəzi sümüklərimizin hərəkətsiz bölgələrdəki sümüklərlə müqayisədə fərqli dəstək sisteminə ehtiyacı var. Buna misal olaraq oynaqlarımızı göstərə bilərik. Onurğa sütunumuzu təşkil edən fəqərələr, ayaqlarımızdakı və əllərimizdəki oynaqlar biz hərəkət etdikdə bir-birlərinin üstündə fırlanırlar. Daima hərəkət etdiklərinə görə dəstək sistemlərə ehtiyac var. Bu yazının davamını oxu

Fosillər

Dövr: Kaynozoy erası, Miosen dövrü Yaşı: 15 milyon il Bölgə: Stuart Sprinqz, Nevada, ABŞ

Dövr: Kaynozoy erası, Miosen dövrü
Yaşı: 15 milyon il
Bölgə: Stuart Sprinqz, Nevada, ABŞ

Qovaq yarpağı

Salicaceae fəsiləsinə aid olan qovaq ağacları milyon illərdir heç bir dəyişikliyə məruz qalmadan yaşayırlar. Yarandıqları andan üzvi və quruluş xüsusiyyətləri ilə dövrümüzdəki xüsusiyyətləri arasında heç bir fərq yoxdur. 15 milyon il əvvələ aid şəkildəki qovaq yarpağı fosili də bu faktı sübut edir. Bu yazının davamını oxu