Kateqoriya Arxivləri: Düşünən İnsan №30

İslam Dünyasında Keçən Ay

cvAlmanlar açıq məscid günündə İslamla tanış olurlar

Almaniyada 2000-dən çox məscid var. Bu məscidlər bu gün müsəlmanlarla yanaşı, fərqli din və məzhəblərdən olan bütün inananlara açıqdır. Almaniyadakı İslam qurumları iki Almaniyanın birləşdiyi 3 Oktyabr Birlik Günündə 16 ildir ki məscidlərdə açıq qapı günü təşkil edirlər. Məscidlərdə keçirilən açıq qapı günündə bu il qlobal istiləşmə, hava kirliliyi, su sıxıntısı kimi mövzulardan ibarət “Təbiəti qorumaq üçün məscidlər səfərbərdir” mövzusu müzakirə olunur. İslam haqqında məlumat almaq istəyən çoxlu sayda alman məscidlərin açıq qapı günündə iştirak edərək müsəlmanları daha yaxından tanımaq imkanı əldə edir. Bu yazının davamını oxu

HƏŞƏRATLARIN GÜCLÜ QANADLARI

heseratBütün həşəratların qanadlarında damarlar var. Həşərat böyüdükdə damarlar qan daşıyır. Lakin daha sonra damarlar sərtləşir və həşəratın qanadlarını da çərpələngin çərçivəsi kimi sərtləşdirir. Bir çox həşərat qanadlarını həddindən artıq sürətlə çırpır. İnsan gözü həşərat qanadlarının hərəkət sürətini müşahidə edə bilmir. Məsələn, eşşək arıları, bal arıları və milçəklər bir göz qırpımı qədər qısa olan bir saniyədə təqribən 200 dəfə qanad çırpırlar. Forcipomyia kimi həşəratlar isə bir saniyədə 1000 dəfə qanad çırpır. Əgər qanadlardakı damarlar olmasaydı, həşəratların qanadları parçalanaraq qopardı. Göründüyü kimi, həşərat qanadlarında çox xüsusi, bənzərsiz dizayn və ağıl var. Bu ağılın sahibi də, şübhəsiz ki, hər şeyi ən incə təfərrüatına qədər planlaşdıran Allah`dır.

Elm Xəbərləri

resifler_underwater_033Parıldayan dəniz qurdunun sirri B vitaminidir 

Şəkildəki görüntü radioaktiv təcrübə və ya parıldayan boya ilə rənglənərək görünən bioloji nümunə deyil. Şəkildəki okeanlarda geniş ərazidə yayılmış bir canlıdan nümunədir. Dəniz borucuqlu qurdu (Chaetopterus) fluoressent işıq kimi parıldamasının səbəbi isə B vitaminidir.

Müəyyən dalğa uzunluğunda yaşıl fluoressent işıq saçan bu qurdlar göründüyündən də “rəngli” canlıdır.

Hasil etdiyi mineral borucuqlardan ev kimi istifadə edən və qurdlardakı kimi çıxıntıları olduğuna görə dəniz borucuqlu qurdu adlanan bu canlıya toxunduqda parlaq mavi rəngdə selik ifraz edir. Bu qurd seliyi “U” formasına salır və bu formadakı selikdən sığınacaq kimi istifadə edir. Bu yolla ehtiyacı olan sığınacaq və ovunu tutmaq üçün kamuflyaj əldə edir.

ABŞ-ın San Dieqo şəhərində yerləşən Kaliforniya Universitetinin Skrips Okeanologiya İnstitutu tərəfindən aparılan yeni tədqiqatda dəniz borucuqlu qurdlara yaşıl parlaqlıq verən amilin B vitamini (riboflavin) olduğu aşkar edilib. Ancaq seliyə parlaq mavi rəng verən amilin nə olduğu hələ məlum deyil. Bu yazının davamını oxu

Fosillər Təkamülü Təkzib Edir

balik_fosil_50_milyon_yilSÖYÜD YARPAĞI

Dövr: Kaynozoy erası, Eosen dövrü

Yaşı: 54-37 milyon il

Bölgə: Qrin River, Yuta, ABŞ

Fosil qeydləri digər canlılar kimi bitkilərin də milyon illərdir dəyişmədiyini göstərir. Bitkilər bu gün hansı sistem və mexanizmlərə malikdirsə, milyon illər əvvəl də eyni sistem və mexanizmlərdən ibarət idilər. Yer üzünün hər tərəfindən toplanan yüz minlərlə bitki fosili təkamül nəzəriyyəsini qəti təkzib edir. Şəkildəki söyüd yarpağı fosili də 54-37 milyon ildir söyüdlərin dəyişmədiyini sübut edir. Bu fosil bitkilərin təkamül keçirmədiyini, yaradıldığını göstərir. Bu yazının davamını oxu

İSLAM DÜNYASINDA KEÇƏN AY

Univ_Macau Almaniyanın lideri Qauk Münsterdəki İslam fakültəsinə baş çəkib

Almaniyanın prezidenti Yoaxim Qauk Münsterdəki İslam ilahiyyatı mərkəzinə baş çəkib. Qauk görüşdə söylədiyi nitqdə alman universitetlərində İslam ilahiyyatı fakültələrinin açılmasını “Almaniyanın yaxın tarixi üçün mühüm addım” sözləri ilə dəyərləndirib.

Almaniyada dörd milyon müsəlmanın yaşadığını vurğulayan Qauk: “Almaniya hamımızın ortaq vətənidir”, -deyib. Qauk İslam İlahiyyat Mərkəzinin rəhbəri Muhanat Xurşidin müdafiə etdiyi tezislərə görə müsəlmanlar arasında müzakirələr olduğuna da diqqət çəkib. “Müzakirələrin olması normaldır və demokratiya tərəfdarı olan cəmiyyətdə arzuolunandır”, -deyən prezident müsəlmanların sayının artması ilə cəmiyyətin dəyişdiyini bildirib.

www.zaman.com.tr Bu yazının davamını oxu

Xocalı soyqırımı

xocaliiXocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Bu yazının davamını oxu

TERRORUN DİNİ YOXDUR

indexDünyanın hər yerində zülmün, zorakılığın və nifrətin adiləşdiyi dövrdəyik. Demək olar ki, hər gün bir bölgədən qanlı xəbərlər gəlir və zorakılığın hədəfi də əsasən məsum insanlar olur.

Son günlərdə Keniya və Pakistanda baş verən terror hadisələri də dünya gündəminə bir daha İslam və zorakılıq mövzusunu gətirdi. İslamın sevgi və sülh dini olduğunu, inancı, irqi, dili və düşüncəsindən asılı olmayaraq hər kəsin birinci sinifdən olan insan münasibəti görməsini müdafiə edən din olduğunu bütün dünya bilir. Bəs necə olur ki, müsəlman aləmində bu qədər çox zorakılıq və zülm baş verir? Bu yazının davamını oxu

Allah`ın Quranda bildirdiyi nümunəvi müsəlman xarakterinə necə yiyələnmək olar?

Mother with daughter in the parkBəzi insanlar düşdükləri mühitdən asılı olaraq tamamilə fərqli xarakterlər nümayiş etdirə bilirlər. Əyləncəli məkanlarda şən görünən bu insanlar ciddi vəziyyətlərdə təmkinli davranmağa çalışır, mənfəət güddükləri məqamlarda isə istənilən xarakterə bürünürlər. Evlərində, yad gözlərdən uzaq yerlərdə isə bu insanların əsl siması üzə çıxır. “Hər mühitin insanı” adını daşıyan bu xarakter pozuntusu cəmiyyət tərəfindən bacarıq və gözəl xüsusiyyət kimi qəbul edilir. Lakin bu davranış təhlükəli insan xarakterinin formalaşmasında bilavasitə rol oynayır. Belə ki, bu insanlar şəraitdən asılı olaraq ani xarakter dəyişdirir, gözləmədiyimiz hərəkətlər nümayiş etdirirlər. Bu yazının davamını oxu

MÜSƏLMAN DÜNYASININ SÜLHƏ QOVUŞMASININ YEGANƏ HƏLLİ: QURAN MÜSƏLMANLIĞI

2955182-iwp-hQuran müsəlmanlığının kökündə gözəllik, keyfiyyət və xoşbəxtlik var

Asiya Afrika ilə əlaqəli strateji mövqeyi, məhsuldar torpaqları, yeraltı və yerüstü sərvətləri ilə yanaşı, mədəni zənginliyi, tarixi keçmişi ilə heç vaxt uduzmayıb. İslam dünyası təkcə regional sülhün deyil, qlobal sülhün də baş aktyorlarından biridir. Tarixi və mədəni cəhətdən dünyanın ən zəngin sivilizasiyalarının beşiyi olan bu seçilmiş bölgə son dövrdə qan gölünə çevrilib. Sivilizasiyalar diyarını bu gün duman bürüyüb. Bu yazının davamını oxu

XOŞBƏXTLİK İMANLA OLUR

Baby Girl Cute photoƏtrafınızda sıxıntılı üz ifadəsi olan bir çox insan var, elə deyilmi? Bəs tanışlarınızdan daima şikayətlənən, ən kiçik çatışmazlıq olduqda hirslənən insanların sayı getdikcə artırmı? Sosial şəbəkələrdəki dostlarınız səhifələrində daima sıxıntılı olduqlarına dair paylaşmalar edirlərmi? İzləyicilərinə “hirsimdən boğuluram”, “bəsdir artıq”, “səbrim daşır” mesajları göndərirlərmi? Bu, həmin insanların ya iman gətirmədiklərinə, ya da imanda tərəddüd etdiklərinə görə başlarına gəlir. Bu yazının davamını oxu