Kateqoriya Arxivləri: Düşünən İnsan №32

Allah xurafatçılıqdan uzaq, keyfiyyətli müsəlman gənclik istəyir

  • Keyfiyyətli insan nə deməkdir?10599366_685969984830337_621753343955640526_n
  • Keyfiyyətli gəncliyin xüsusiyyətləri nələrdir?
  • Keyfiyyətli gəncliyin olması nə üçün vacibdir?

Keyfiyyət məfhumu bir şeyin yaxşı və üstün olma dərəcəsidir. Yaxşı olma dərəcəsi nə qədər yüksəkdirsə, həmin şey keyfiyyətli, nə qədər aşağıdırsa, keyfiyyətsizdir. Keyfiyyət məfhumu bir insanı və onu insan edən xüsusiyyətləri tərif etmə, onu dəyərləndirmə baxımından mühüm ölçü və müqayisə ünsürüdür. Keyfiyyət ölçüsünə daxil olan xüsusiyyətlər arasında xarici görünüş, geyim, təmizlik, baxımlılıq, estetika və incəsənət anlayışı, əxlaq, şəxsiyyət, vəziyyət, davranış, rəftar, ədəb, baxış, nitq qabiliyyəti, üslub kimi dəyərləri sadalaya bilərik. Bu yazının davamını oxu

Allah`ın müxtəliflik sənətinə bir nümunə: quş dimdikləri

kluv9Quşların nə üçün müxtəlif dimdik formaları var?
Müxtəlif quş növlərinin dimdiklərinin xüsusiyyətləri nələrdir?
Allah bütün kainatda müxtəliflik yaratmışdır. Bitkilər və heyvanlar da bu müxtəlifliyə nümunədir. Bitkilərin yarpaqlarında, gövdə və çiçəklərindəki müxtəliflik, heyvanların növləri, bu növlərin daxilindəki fərq kimi burada sadalaya bilmədiyimiz bir çox təfərrüat var. Quş növlərinin fərqli formalı dimdikləri də bu müxtəlifliyə nümunədir. Allah`ın quş dimdiklərində yaratdığı müxtəliflik və incəliklərin bəziləri bunlardır:

Quş dimdikləri və keratin molekulu Bu yazının davamını oxu

Avtomobillərdəki qaz-əyləc sistemi və ürək

26d2d7da3854abd32a0957ee09957d2fBir çox insan bəzən ürəyinin daha sürətlə döyündüyünü hiss edir. Uzun bir pilləkəni sürətlə çıxdıqda, qaçdıqda və ya həyəcanlandıqda ürək döyüntülərinin artdığını, daha sonra ürəyinin yenidən əvvəlki ritminə düşdüyünü hər insan hiss edir. Ancaq bunun, əslində, nə qədər böyük möcüzə olduğunu düşünməz. Ürək döyüntülərinin sürəti orqanizmə yerləşdirilmiş kompyuter sistemi tərəfindən tənzimlənir.

Ürək döyüntüləri artdıqda orqanizm kifayət qədər oksigenlə təmin olunmazsa, hüceyrələr elektrik müvazinətlərini itirər və sürətlə, nizamsız döyünməyə başlayarlar. Odur ki, ürəyin nizamlı ritmlə müntəzəm döyünməsi çox vacibdir. Bu yazının davamını oxu

Dünyadakı bütün mənbələr sevginin öyrədilməsi üçün istifadə edilməlidir

1505022_689089381185064_5673997992265808499_nDünyadakı münaqişələrin və sevgisizliyin həlli üçün nə etmək olar?

İslam dini ilə terroru əlaqələndirməyə çalışanlara bunun yanlış olduğunu necə izah etmək olar?

Yaxın Şərqdə son dövrlərdə artaraq davam edən məzhəb təəssübkeşliyinin nəticəsi olaraq meydana gələn şiddət, zorakılıq ilk dəfə son həddə çatıb. Eyni dinin eyni ortaq təməl dəyərlərinə inandıqları halda, İslamı fərqli şərh edən məzhəblərin öz aralarındakı münaqişələri, əlbəttə, qəbuledilməz haldır. İslam aləmində bu cür sevgisizlik və münaqişə ab-havası İslama ziddir. Bununla yanaşı, ortaya çıxan mənzərə həm bölgə, həm də dünya üçün böyük təhdiddir. Bu yazının davamını oxu

Tilov ipindən süni əzələ düzəldildi

g03ujTilov ipi kimi istifadə edilən kirişdən insan əzələsindən 100 dəfə güclü süni əzələ düzəldilib. Aralarında türklərin də olduğu beynəlxalq tədqiqatçılar tilov və tikiş sapının xammalından süni əzələ düzəldiblər. Ucuz başa gələn süni əzələdən protez bədən üzvlərində, tibb alətlərində, robotlarda və hətta paltarlarda istifadə olunacaq.

Süni əzələ neylon liflərdən təşkil olunub. Bu liflər keçirici çubuğa möhkəm sarınıb. Çubuğun temperaturuna görə liflər büzülüb-genəldikcə süni əzələ gərilir. Tədqiqatçılar süni əzələnin gərilməsinin insan əzələsindən daha güclü olduğunu deyirlər. Belə ki, 100-200 dərəcə istilik verdikdə süni əzələ insan əzələsindən 100 dəfə artıq çəki qaldıra bilir. Bu yazının davamını oxu

Allah`a iman insanın həyatına məna verir

1001201_690880714261646_313172182_nMöminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc mənbəyidir.

Möminlər Allah`ın varlığına imanla böyük xoşbəxtlik və mənəvi güc qazanırlar. Allah`ı dost tutmaları və Onun rizasına uyğun davranmalarının əvəzində Allah`ın onlara verdiyi mənəvi güclə daima şövqlü olurlar. İmanın gücü həmişə daha üstün, öndə gedən, nümunəvi insan olmalarına səbəb olur.

Allah`ın rizasını  və cənnətini qazanmağa ümid bəslədiklərinə görə mənəvi gücləri getdikcə artır və Allah`ın Quranda tərif etdiyi üstün əxlaqı mənimsəyirlər. Bu yazının davamını oxu

Rusiya həbsxanalarında İslam dərsləri

10906331_804489572921921_2100834401417179013_nRusiyada Müftilər Şurası ölkədə İslam təhsilini genişləndirmək üçün yeni addımlar atmaqda davam edir. Rusiya xəbər agentliklərinin bildirdiyinə əsasən, Rusiya Federasiyasına bağlı Moldova Respublikasının müftisi Fagim Şafiyev Rusiyadakı həbsxanalarda məhkumların artıq İslami təhsil ala biləcəyini açıqlayıb. Məhkumların açıq təhsil sistemi ilə İslami təhsil alması üçün layihənin qısa müddətdə həyata keçiriləcəyini deyən Şafiyev layihəni Müftilər Şurası ilə Federal Cəza Edam İdarəsinin ortaq həyata keçirdiyini bildirib. Radikal İslami fəaliyyətlərə görə həbs olunmuş məhkumlara doğru yolun göstərilməsinin vacib olduğunu bildirən din adamı həbsxanalarda İslam dərsləri alacaq insanların imtahanları rus, tatar, Şimali Qafqaz dillərində, tacik, qırğız və bəzi digər dillərdə verə biləcəklərini deyib. Bu yazının davamını oxu

Kədər və pessimizm romantizmin növü kimi

10290710_862760147073701_8881942239867046000_nİnsan gözəlliklərdən zövq alan, sevinc, rahatlıq içində yaşayan tərzdə yaradılmışdır. Buna görə də insan qarşısına çıxan problemləri ən qısa zamanda həll etməyə çalışmalı, ya da onlara müsbət yöndən baxmağı bacarmalıdır. Şübhəsiz ki, şən, xoşbəxt, rahat olmaq həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaq üçün çox əhəmiyyətli ünsürlərdir.

İnsanlar Qurana görə deyil, öz ölçülərinə, hisslərinə, istək və həvəslərinə görə hərəkət etdikləri zaman ürəklərində kədər, sıxıntı, qorxu hakim olur. Məsələn, Quranda təsvir edilən təvəkkül, qədər, təslimiyyət anlayışına sahib olmayan insan sabahkı günün özünə və yaxınlarına nə gətirəcəyini bilmədiyinə görə narahatlıq içində yaşayır. Bu yazının davamını oxu

Nilufər çiçəyindən kristal saraya

lotus-flower-hd-wallpapers-beautiful-desktop-background-photographs-widescreenLondonda 1851-ci ildəki Birinci Dünya Yarmarkası üçün tikilmiş “Kristal Saray” şüşə və dəmirdən ibarət texnologiya möcüzəsi idi. Bu saray 35 m hündürlüyündə idi. Təqribən 7500 m2-lik sahəni əhatə edirdi. 30 x 120 sm ölçülərdə, 200.000-dən çox şüşə lövhədən ibarət idi.

Kristal Saray Cozef Pakston adlı landşaft memarı tərəfindən dizayn edilmişdi. Pakston bu əsərində Victoria amazonica nilufər çiçəyindən ilham almışdı. Bu nilufər növünün zərif görünüşünə baxmayaraq, insanları belə üstündə daşıyacaq qədər güclü, böyük yarpaqları var. Bu yazının davamını oxu

Qadın hüquqları ilə birlikdə doğulur

10014537_551592791637568_4777633549202057074_nMüəyyən ölkələrdə müəyyən dövrlərdə qadınlara verilmiş hüquqların ildönümü hər il qeyd olunur. Qadınların kişilərlə bərabər təhsil hüququ, dövlət məmuru olma hüququ, seçmək və seçilmək hüququ, qadınların boşanma hüququ… Dünyanın qeyd etdiyi bu ildönümlərinin kökündəki qəribə düşüncə tərzini isə çox az insan dərk edir…

Əvvəla, bu sual düşündürücüdür: lap əvvəldən qadınların hüquqları niyə alınıb? Qadının ən təbii hüquqlarını almaq kimin monopoliyası altındadır? Qadına hüquqlarını geri qaytarmaq necə bir sivilizasiya göstəricisi kimi qəbul edilir?

Qadın onsuz da hüquqları ilə birlikdə doğulur. Ona bu hüquqları Allah verib. Quran bu hüquqların və üstünlüklərin tərif edildiyi, qadının üstün tutulduğu, dəyər verildiyi rəhbər kitabımızdır. Qurana görə qadın məsləhəti dinlənilən dövlət yetkilisi, mübarizə insanı və eyni zamanda, gözəlliyin və zərifliyin simvolu olan bir çiçəkdir. Quranda qadının üzərinə düşən vəzifələr kişilərinkindən fərqlənmir. Lakin eyni zamanda, qadın dəyərli olduğuna görə, daima qorunur. Allah Quranda qadını üstün tutur. Bu yazının davamını oxu