Kateqoriya Arxivləri: Düşünən İnsan №33

Ağaclar nə qədər uzana bilir?

en_uzun_agaclarŞimali Arizona Universitetindən tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqatda ağacların böyüməsini tənzimləyən amilləri üzə çıxardılar. (Ian Woodward, “Plant science: Tall storeys“ Nature 428, 22 April, 2004, səh. 807 – 808), (George W. Koch, Stephen C. Sillett, Gregory M. Jennings & Stephen D. Davis, “The limits to tree height”, Nature 428, 22 April 2004, səh. 851 – 854)
Ağacda açıq-aydın dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su boruları, budaqlar və yarpaqları əmələ gətirəcək formada təşkil olunmuşdur. Hüceyrələr ağacın yaşaması üçün lazımi funksiyaları yerinə yetirən hissələri əmələ gətirir, bu hissələr arasında da sistemli uzlaşma mövcuddur.

Bundan əlavə, bir ağac kimyəvi istehsalla məşğul olan nəhəng fabrik kimidir. Burada çox mürəkkəb kimyəvi proseslər qüsursuz planla həyata keçirilir. Bu prosesləri həyata keçirən orqanların kompyuter kimi hesablamalar apardığına dair dəlillər var. Bu yazının davamını oxu

İslam xəbərləri

fit_0420Arnoud van Doornun oğlu da müsəlman oldu

Hollandiyada qatı sağçı və İslam düşməni, “Müstəqillik” partiyasının keçmiş üzvlərindən Arnoud van Doornun oğlu İsgəndər Amien de Vray müsəlman olub.

Dubayda Beynəlxalq Sülh Qurultayında İslamı qəbul edən 37 nəfərdən biri də Hollandiyada qatı sağçı və İslam düşməni, “Müstəqillik” partiyasının keçmiş üzvlərindən Arnoud van Doornun oğlu İsgəndər Amien de Vray olub.

Van Doorn İslam əleyhinə “Fitnə” filmini çəkən Qert Vildersin rəhbərlik etdiyi “Müstəqillik” partiyasının ən əsas üzvlərindən idi. Bu yazının davamını oxu

Terrorizmin qarşısını ancaq sevgi ilə almaq olar

terrorizmAllah insana Öz ruhundan üfürdüyünü (Səcdə surəsi, 9) və insanın yer üzündəki xəlifəsi olduğunu (Ənam surəsi, 165) bildirir. İnsanı digər canlılardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun nəfs və vicdanla birlikdə yaradılmasıdır. Hər insanda özünə pisliyi əmr edən nəfs və pislikdən çəkinməsinə ilham verən vicdan var. İnsan vicdanının ilham verdiyi sevgi, fədakarlıq, mərhəmət, təvazökarlıq, şəfqət, doğruluq, səmimilik, sədaqət, nəzakət kimi gözəl xüsusiyyətlərlə yanaşı, nəfsindən gələn mənfi xüsusiyyətlərə də malikdir. Ancaq inanan insan vicdanı sayəsində doğru ilə səhvi bir-birindən fərqləndirər və hər zaman gözəl əxlaqı seçər.
Allah’a olan güclü imanı və qorxusu, axirətin varlığına olan inancı, sonsuz cəhənnəm əzabına qarşı hiss etdiyi şiddətli qorxu və cənnət həyatına qarşı hiss etdiyi həsrət onu nəfsinin azğınlıqlarından qoruyar.İnsanlarla xoş rəftar edər, hər zaman bağışlamağa üstünlük verər, pisliyə yaxşılıqla qarşılıq verər, ehtiyac içində olanın köməyinə qaçar. Mərhəmətli, şəfqətli, sevgi dolu və xoş niyyətlidir. Bu yazının davamını oxu

Yeni texnologiyalarda təqlid edilən bitkilər

imagesBütün canlılar həyatlarını davam etdirmək üçün fotosintez yolu ilə günəş işığından əldə edilən enerjidən istifadə edirlər. Məsələn, karbohidratlar bütün canlıların birbaşa və ya dolayı yolla enerji tələbatını təmin edən qida mənbəyidir. İnsan da Günəşdən fotosintezlə bitkilərə, bitkilərlə qidalanan heyvanlara, heyvanlardan da ona çatan enerjini alır və orqanizmində istifadə edir.

Təkcə qidalar deyil, gündəlik həyatımızda istifadə etdiyimiz maddələrin böyük əksəriyyəti, əsasən, fotosintez yolu ilə əldə edilən enerjini bizə ötürürlər. Bu yazının davamını oxu

Yaxşı işlər görməkdə yarışmaq ağılı dərinləşdirir

1012223_275964055875764_1591540465_nMöminlər nə üçün yaxşı işlər görməkdə yarışırlar?

Yaxşı işlər görməkdə yarışmaq ağılı necə dərinləşdirir?

İnsanlar imanın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Bəziləri Allah`a heç iman gətirmir. Bəziləri isə güclü Allah qorxusuna görə daima xeyirli işlər görməyə və dinə xidmət etməyə çalışır. Bu işdə sanki yarışırlar. Ancaq Allah`ın Quranda “…Yaxşı işlər görməkdə bir-birinizlə yarışın…” (Maidə surəsi, 48) əmri ilə bildirdiyi bu yarış Quran əxlaqından uzaq olan insanların bir-birini əzməsi şəklində rəqabət deyil, əksinə, xeyirli işləri, gözəllikləri artırmaq yarışıdır. Çünki möminlərin yarışmaqda məqsədləri dünyəvi mənfəət əldə etmək və ya insanlar arasında üstünlük qazanmaq deyil. Bu yazının davamını oxu

Yarpaq kəsən qarışqalar: attalar

Ants3Həşəratlar arasında “ictimai” yöndən seçilən qarışqalar mütəşəkkil koloniyalar şəklində yaşayırlar. Toplu şəkildə yaşadıqlarına görə, koloniyanın müəyyən nizamla hərəkət etməsi qarışıqlıq çıxmaması üçün vacibdir.

Kollektiv iş, hərbi strategiya, qabaqcıl rabitə şəbəkəsi, nümunəvi, rassional iyerarxiya, nizam-intizam, qüsursuz şəhər planlaşdırma…
Bir az əvvəl oxuduğunuz cümlə torpağın üstündə sadəcə girişini gördüyümüz qarışqa yuvalarındakı həyatın qısa xülasəsidir. İnsanlar belə, bu sahələrdə həmişə müvəffəq ola bilmirlər, ancaq qarışqalar bu sahələrdə çox bacarıqlıdırlar.

Torpağın altındakı yuvalarında qarışqalar bir tərəfdən qida hazırlayıb tədarük edir, bir tərəfdən balalarına baxır, bir tərəfdən koloniyalarını qoruyur, bir tərəfdən də mübarizə aparırlar. “Dərzilik” edən, “əkinçiliklə” məşğul olan, “heyvan yetişdirən” qarışqa koloniyaları belə var. Aralarında çox güclü rabitə şəbəkəsi olan qarışqaların həyatı ictimai təşkilatlanma və öz sahələrində ixtisaslaşma cəhətdən təhlil edildikdə heç bir canlı ilə müqayisə olunmayacaq üstünlüyə malik olduqları məlum olur. Bu yazının davamını oxu

Yalan danışanlar hər cür xeyirdən uzaqlaşırlar

1477804_776278232388560_44410291_nİnsanların böyük əksəriyyəti yaxşı insan olduqlarını, pis əxlaqlı olmadıqlarını iddia edirlər.  Kimsəyə zərər vermədiklərini və pis xüsusiyyətlərinin olmadığını deyirlər. Halbuki, bu insanların böyük əksəriyyəti Allah`ın razı olmadığı, insanlara qadağan etdiyi bir çox pis əxlaqi xüsusiyyətə malikdir. Ancaq bu pis əxlaqi xüsusiyyətlər cəmiyyətdə yayılaraq normal qəbul edildiyi üçün pis hesab olunmur. Yalançılıq da insanların bir qisminin əhəmiyyət vermədiyi, başqaları etdikdə qəbul etməyib özləri yalan danışdıqda şirin yalan hesab etdikləri pis xüsusiyyətdir.

Dünyanın hər yerində hər insan kiçik yaşlarından etibarən tez-tez yalan danışır. Bu yazının davamını oxu

Təkamülün açıqlaya bilmədiyi simmetriya və uyğunluq

6a00d8341c6a0853ef0134818da2b8970c-800wiYer kürəsində və kainatda böyük uyğunluq var. Pəncərədən çölə nəzər saldıqda belə, bu uyğunluğun bir çox dəlili ilə qarşılaşırıq. Göy üzündəki buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz nizam və simmetriya var.

Təbiətə baxdıqda hər bitkinin və heyvanın özünəməxsus rəng və naxışlarının olduğunu görürük. Üstəlik, bu rəng və naxışların hər birinin canlılar üçün müxtəlif mənaları var. Cütləşməyə çağırma, qəzəb, təhlükədən xəbərdarlıq və bunun kimi bir çox məfhum heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanır. Bu yazının davamını oxu

Sinir hüceyrələri nə üçün enerjiyə qənaət edirlər?

beyin-1Sinir sisteminiz və görmə sinirləriniz vasitəsilə, əslində, qeyri-adi sürətlə görə biləcəyinizi bilirdinizmi? Bəs bu sürətə mane olan nədir? Sinir hüceyrələri nə məqsədlə bu sürəti azaldırlar?

İnsan orqanizmi günbəgün kəşf edilən yeni möcüzəvi xüsusiyyətləri ilə birlikdə yaradılış möcüzəsidir. Uca Allah kompleks sistemlərlə yaratdığı insan haqqında Quranda belə bildirir:

Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. (İnfitar surəsi, 6-8)

İnsanın üstün yaradılışı ilə bağlı tədqiqatlar aparan elm adamları insan orqanizminin sirlərini günbəgün açırlar. Bir müddət əvvəl Pensilvaniya Universitetində sinir sisteminin sürəti ilə bağlı  təcrübələr keçirilib. Bu yazının davamını oxu

Ramazanla bağlı Peyğəmbərimizin (səv) tövsiyələri

Reflection of a Floating MosqueBütün müsəlmanlar Ramazan ayını qeyd edir, bu mübarək ayın bütün inananlara bərəkət, xeyir, rahatlıq və sülh gətirməsini arzu edirik.

Bu Ramazana dünyanın hər tərəfində çox sayda insan qarşıdurmaların, yoxsulluğun, aclığın və müxtəlif xəstəliklərin pəncəsində girir. Bu insanların ən böyük arzusu isə sülhün və sabitliyin təmin edildiyi bir mühitdə rahat yaşamaqdır.

Arzulanan sülh və rahatlığın yaradılması üçün isə bütün müsəlmanlar Quran əxlaqına riayət etməlidirlər. Çünki ancaq bu əxlaq yaşandıqda rahat mühit meydana gələcəkdir. Bu yazının davamını oxu