Kateqoriya Arxivləri: Düşünən İnsan №35

Fosillər

скачанные файлы (2)

İkitaylı molyusk

Dövr: Paleozoy erası, Devon dövrü
Yaşı: 410-360 milyon il
Bölgə: Ceferson, İndiana, ABŞ
410-360 milyon ildir eyni olan ikitaylı molyusklar canlıların bir-birlərindən törədiyini və mərhələli şəkildə inkişaf etdiyini iddia edən təkamülçülərə meydan oxuyur. Bu canlılar təkamül keçirməyib yaradıldıqlarını göstərirlər. Bu yazının davamını oxu

Yerin özünəməxsus temperatur intervalı

25132455_uuuuAmerikalı geoloqlar Frank Press və Reymond Siver Yer səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Geoloqlar bildirirlər ki, həyat sadəcə məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı ehtimal olunan temperaturların təqribən 1%-ini təşkil edir. Yerin temperaturu məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)

Bu temperatur intervalının qorunması, əlbəttə, Günəşlə Yer arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqədardır. Hesablamalara əsasən, Yerə gələn Günəş enerjisində 10% azalma olsa, yer üzü metrlərlə qalınlıqda buzlaq təbəqələri ilə örtülər. Enerji bir az artıq olduqda isə bütün canlılar yanaraq ölər. Bu yazının davamını oxu

Yer kürəsinin ölçüsü və daxili quruluşundakı ideal rəqəmlər

скачанные файлыYer kürəsi ilə Günəş arasındakı məsafə, fırlanma sürəti və yer üzünün landşaftı qədər ölçüsü də mühüm əhəmiyyət kəsb edir. Yer kürəsi canlıların mövcud olması və yaşaması üçün məhz lazımi ölçüdədir.

Yer kürəsini kütləsinin 8%-ini təşkil edən Merkuri və ya Yerdən 318 dəfə böyük olan Yupiterlə müqayisə etdikdə planetlərin müxtəlif ölçülərdə olduğunu görürük. Aydındır ki, bu qədər müxtəlif ölçüyə malik planetlər arasında Yer kürəsinin təsadüfən məhz lazımi ölçüdə olması qeyri-mümkündür.

Yerin nüvəsindəki ağır elementlərin növü, miqdarı və reaksiya sürəti Yeri əhatə edən qoruyucu maqnit sahəsinin əmələ gəlməsində mühüm rol oynayır. Bu yazının davamını oxu

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

4d6bca545e5612a04c51cf16271fddfbMəşhur biokimyaçı prof. A.E.Nidham (A.E.Needham) “Bioloji materialların bənzərsizliyi” (The Uniqueness of Biological Materials) adlı kitabında həyatın olması üçün mütləq maye maddələrin mövcud olmasının zəruri olduğunu izah edir. Əgər maddə ancaq bərk və qaz halda olsaydı, həyat əsla olmazdı. Çünki bərk maddələrdəki atomlar çox sıx və sabitdir, bu isə canlı orqanizmlərin həyata keçirdiyi proseslərdə dinamik molekulyar proseslərə imkan vermir. Qazlarda isə atomlar sabit deyil, sərbəst şəkildə uçuşurlar və bu şəkildə canlı orqanizmlərin kompleks mexanizmləri işləyə bilməz.

Qısası, həyat üçün zəruri proseslərin həyata keçirilməsi üçün maye mühit olmalıdır. Yeganə ideal maye sudur. Suyun həyat üçün qeyri-adi dərəcədə uyğun xüsusiyyətlərdə olması qədim dövrdən bəri elm adamlarının diqqətini cəlb edib.
Suyun ümumi təbii qanunlara zidd kimi görünən bəzi termal xüsusiyyətləri də bu maddənin həyat üçün xüsusi yaradıldığını göstərir.

Bütün maddələr temperaturları aşağı düşdükcə sıxılırlar. Bütün mayelər də temperaturları aşağı düşdükcə sıxılır və həcmlərini itirirlər. Həcm azaldıqda sıxlıq artır və beləcə ağırlaşırlar. Bu səbəbdən, maye maddələrin bərk halı maye halına nisbətən ağırdır. Ancaq bunlardan fərqli olaraq su müəyyən temperatura (+4°C) düşənə qədər sıxılır, sonra birdən-birə genişlənməyə başlayır. Donduqda isə daha da genişlənir. Bu səbəbdən, suyun bərk halı maye halından yüngüldür. Yəni buz, əslində, normalda fiziki qanunlara əsasən, suyun dibinə batmalıdır, ancaq əksinə, suyun üzündə üzür. Bu yazının davamını oxu

Proton və elektron arasındakı möhtəşəm uyğunluq

elektron_elektronElektrik yüklərindəki uyğunluq

Proton elektrondan həcm və kütlə cəhətdən böyükdür. Protonun kütləsi elektronun kütləsindən 1835 dəfə böyükdür. Əgər konkret bir müqayisə aparsaq aralarındakı fərq insanla fındıq dənəsi arasındakı fərq qədər olacaqdır. Yəni elektronla protonun fiziki quruluşu bir-birinə bənzəmir.

Lakin maraqlıdır ki, bu iki fərqli zərrəciyin elektrik yükü bir-birinə tam uyğundur! Biri müsbət, digəri isə mənfi elektrik yüklüdür, ancaq bu yüklərin gücü bir-birinə tamamilə bərabərdir. Bunun sayəsində atomun elektrik yükü tarazlanır. Halbuki, bu yüklərin bərabər olmasını vacib edən heç bir səbəb yoxdur. Əksinə, fiziki cəhətdən elektronun elektrik yükü kütləsi ilə mütənasib olaraq protonun elektrik yükündən az olmalıdır.

Bəs proton və elektronun elektrik yükü bərabər olmasaydı, nə baş verərdi?

Bu təqdirdə, kainatdakı bütün atomlar protonun artıq müsbət yükünə görə müsbət elektrik yüklü olardı. Nəticədə də kainatdakı bütün atomlar bir-birini itələyərdi.

Bəs belə olsa, nə baş verərdi? Kainatdakı atomların hamısı bir-birini itələsəydi, nələr olardı? Bu yazının davamını oxu

Oksigenin həll olma qabiliyyəti canlılar üçün ən ideal ölçüdədir

F85D4D45-9188-188D-BE2A-44E0001E9117Orqanizmimizin oksigendən istifadə etməsi bu qazın suyun içində həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldıqda ciyərlərimizə daxil olan oksigen dərhal həll olaraq qana qarışır. Qandakı hemoqlobin adlı zülal həll olmuş oksigen molekullarını hüceyrələrə daşıyır. Hüceyrələrdə isə xüsusi fermentlər sayəsində oksigendən istifadə olunaraq ATF adlanan karbon birləşmələri yandırılır və enerji əldə edilir.

Bütün kompleks canlılar bu sistemlə enerji əldə edirlər. Əlbəttə, bu sistemin işləməsi oksigenin həll olma qabiliyyətindən asılıdır.

Əgər oksigenin həll olma qabiliyyəti lazımi dərəcədə olmasaydı, qana çox az miqdarda oksigen qarışar və bu da hüceyrələrin enerji ehtiyacının təmin olunması üçün kifayət etməzdi. Oksigenin həddindən artıq həll olması isə qandakı oksigen miqdarını artırar və oksidasiya zəhərlənməsi baş verərdi.
Qazların suda həll olma dərəcələri bir-birindən çox fərqlənir. Ən çox həll olan qaz ilə ən az həll olan qaz arasında bir milyon dəfə həll olma fərqi var. Demək olar ki, heç bir qazın həll olma dərəcəsi eyni deyil. Məsələn, karbon qazı oksigenə nisbətən suda 20 dəfə çox həll olur. Bu qədər fərqli həll olma dərəcələri arasında oksigenin həll olma dərəcəsi məhz bizə lazım olan ölçüdədir.

Oksigenin həll olma qabiliyyəti bir az çox və ya az olsaydı, nə baş verərdi? Bu yazının davamını oxu

Möcüzəvi karbon elementi

karbonanotupHəyatın əsası olan karbon elementi ancaq nəhəng ulduzların mərkəzində çox xüsusi, möcüzəvi reaksiyalar nəticəsində əmələ gəlir. Bu möcüzəvi reaksiyalar baş verməsəydi, bu gün kainatda karbon adlı element, başqa sözlə, həyat deyə məfhum olmazdı. “Möcüzəvi”, -deyirik, çünki bu reaksiyalar, əslində, ehtimaldan kənar olan şərtlərin birləşməsi ilə baş verir. İndi bu prosesi təhlil edək…

Karbon atomu nəhəng ulduzların nüvəsində iki mərhələli proses nəticəsində əmələ gəlir. Əvvəlcə, iki helium atomu birləşir və beləcə, ortaya dörd protona və dörd neytrona malik ara element çıxır.
Bu ara element berillium adlanır. Üçüncü helium da berilliuma birləşdikdə altı protonlu və altı neytronlu karbon atomu əmələ gəlir. Bu yazının davamını oxu

Kainatın yaradılışındakı möcüzələr

7372714f1810d657021bb945c78baa46Partlayışdan  qeyri-adi nizama

Yaşadığımız kainatın təqribən 15 milyard il əvvəl bir nöqtədə meydana gələn böyük partlayış ilə əmələ gəldiyi və genişlənərək indiki formasını aldığı bu gün bütün elm dünyası tərəfindən təsdiqlənən faktdır. Kosmik fəza, qalaktikalar, planetlər, Günəş, Yer, qısası, kainatı təşkil edən bütün göy cisimləri “Biq Bənq” adlanan böyük partlayışla meydana gəlmişdir.

Burada çox böyük sirr var: Biq Bənq partlayış olduğuna görə, bu partlayışdan sonra maddə atom və subatom zərrəciklər şəklində kosmik fəzada kortəbii şəkildə yayılmalı idi. Lakin belə olmamışdır, əksinə, çox sistemli, nizamlı kainat meydana gəlmişdir. Kortəbii şəkildə yayılan maddənin kainatın müəyyən hissələrində toplanıb qalaktikaları, ulduzları və ulduz sistemlərini əmələ gətirməsi elm adamlarının təbiri ilə desək, buğda anbarına atılan əl bombasının buğdaları nizamla bağlamalar şəklində toplayıb üst-üstə yığması qədər, hətta bundan daha da qeyri-adi vəziyyətdir. Bu yazının davamını oxu

Möcüzələr Zənciri

amazing-space-photo-img396-JPGKainatımızı, Südyolu qalaktikamızı, Günəş sistemimizi və yaşadığımız Yer planetini bürüyən çoxlu qanunlar, müvazinətlər və ölçülər var. Bu qanun, müvazinət və ölçülərin hər biri insan həyatı üçün əlverişli kainatı əmələ gətirəcək şəkildə xüsusi hesablanıb nizamlanıblar.

Kainatımızı hərtərəfli tədqiq etdikdə ən təməl kosmik qanunlardan ən incə fiziki ölçülərə, ən kiçik müvazinətlərdən ən dəqiq rəqəmlərə qədər hər birinin ayrı-ayrı nizamlandığını görürük. Bu əyarların kainatda insanların yaşaması üçün ən ideal ölçüdə olduğunun fərqinə varırıq. Bu yazının davamını oxu

İnsan üçün yaradılan planet: yer kürəsi

1-31Günəş sisteminin qalaktikadakı yeri

Möhtəşəm müvazinəti və ölçüləri ilə yanaşı, Günəş sisteminin Südyolu qalaktikasındakı yeri də qüsursuz yaradılışın nəticəsidir. Orbit qalaktikanın mərkəzindən çox uzaqda, spiral qollardan kənarda yerləşir.

Məlum olduğu kimi, Südyolu qalaktikası spiralvarıdır. Spiralvarı qalaktikalardakı ulduzlar və göy cisimləri qabarıq yuvarlaq mərkəzi və bu mərkəzdən kənara doğru eyni səviyyədə və eyni bucaq altında qıvrılan qolları əmələ gətirəcək şəkildə yerləşirlər. Bu yazının davamını oxu