Kateqoriya Arxivləri: Düşünən İnsan №36

Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsindən

14175491716086860473_750x500Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir.

Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsindən. 28.11.2014

Elm xəbərləri

gunes

Alimlər Günəş haqqında yeni məlumatlar əldə etdi

NASA-nın IRIS (Interface Region Imaging Spectrograph) elmi-tədqiqat aparatı günəş atmosferi haqqında yeni məlumatlar əldə etdi. Bu barədə NASA-nın rəsmi saytı məlumat yaydı. Yeni məlumatlara əsasən, günəş tacının səthə nisbətən daha çox qızdığı və bunun da “günəş küləyi” adlandırılan hissəciklərin fasiləsiz olaraq yaymasına səbəb olduğu məlum oldu.

Aparat günəş atmosferində indiyə qədər məlum olan aşağı temperatura malik nahiyyələrdən 93000 °C daha aşağı temperatura malik nahiyələr aşkara çıxarıb. Bu yazının davamını oxu

Fosillər

298720_254194657952982_645688425_nSekvoya budağı

Dövr: Kaynozoy erası, Eosen dövrü

Yaşı: 50 milyon il

Bölgə: Kamlups, Britaniya Kolumbiyası, Kanada

Dünyanın ən böyük ağac növü kimi tanınan sekvoya, eyni zamanda, uzun ömürlüdür. Təqribən 150 metr hündürlükdə 1000 yaşında olan nümunələri də var. Əsasən, Şimali Amerikada yaşayırlar. Fosil nümunələri sekvoyaların milyon illərdir eyni olduğunu, yəni təkamül keçirmədiyini göstərir. Şəkildə görünən 50 milyon illik sekvoya budağı fosilinin dövrümüzdəki nümunələrindən heç bir fərqi yoxdur. Bu yazının davamını oxu

İslam xəbərləri

df919e64dc94f21a52c5b083b5b02741Almaniyanın keçmiş prezidenti Kristian Vulf: “Müsəlmanlarla eyni hissləri paylaşıram”

“İslam Almaniyaya aiddir” cümləsi ilə hafizələrdə qalan Almaniyanın keçmiş prezidenti Kristian Vulf xristianlarla müsəlmanları terrora qarşı ortaq mübarizəyə çağırıb. Vulf: “Bir-birimizə yanlış sözlər söyləmək, iftira atmaq, bir-birimizi təqsirləndirmək əvəzinə artıq ortaq mübarizə aparmağımızın zamanı çatıb”, – deyib.

Almaniyanın keçmiş prezidenti Kristian Vulf Berlin Sənaye və Ticarət Palatasında söylədiyi nitqdə İslam dinini istismar edən terrorçuları sərt şəkildə qınayıb və Almaniyada yaşayan və terrora, şiddətə qarşı çıxan müsəlmanlarla eyni hissləri paylaşdığını deyib. Bu yazının davamını oxu

Lüsi kimdir?

naucna-rekonstrukcija-kako-bi-Lusi-izgledala-u-stvarnom-zivotu-199x300Lüsi (Lucy) 1974-cü ildə amerikalı antropoloq Donald Cohanson tərəfindən tapılan məşhur fosilin adıdır. Bir çox təkamülçü Lüsinin insanla meymunəbənzər əcdadları arasındakı ara keçid forması olduğunu iddia etmişdir. Ancaq növbəti illərdə  aparılan tədqiqatlar Lüsinin nəsli kəsilmiş bir meymun növü olduğunu ortaya çıxarmışdır.

Bir meymun növü olduğu və insanın təkamülü ilə bağlı olmadığı ortaya qoyulan avstralopitek cinsinə aid bir növü təmsil edir. Bu növün (Australopithecus afarensis) şimpanzelərlə eyni böyüklükdə beyini var, qabırğaları və çənə sümüyü dövrümüzün şimpanzeləri ilə eyni şəkildədir, qolları və ayaqları canlının bir şimpanze kimi yeridiyini göstərir. Hətta çanaq sümüyü də şimpanzelərinki kimidir. (Richard Allan & Tracey Greenwood, Primates and Human Evolution in the textbook: Year 13 Biology, 1999. Student Resource and Activity Manual, (Biozone International, printed in New Zealand.), s. 260.) Bu yazının davamını oxu

Gilyermo Qonzalez

Dr.-Guillermo-Gonzalez1Daha böyük planet daha yüksək cazibə qüvvəsi və okean dibi ilə dağlar arasında daha az səth zəifliyi deməkdir. Planetin cazibə qüvvəsinin daha çox olması dağlara təsir edən cazibə qüvvəsinin daha çox olmasına və daha düz səth əmələ gətirməyə meyillilik deməkdir.

Planetimizin səthi düz olsaydı, nə baş verərdi? Yerin üstü su ilə dolardı. Hal-hazırda su dünyasında yaşamamağımızın yeganə səbəbi suyun üzünə çıxan qitələrin və dağların olmasıdır. Əgər bütün quru ərazilər düz olsaydı, suyun dərinliyi iki kilometrə çatardı. Sularla dolu dünyamız olardı və su dünyası ölü dünyadır. Su dünyasında yüksək duz qatılığı həyatı qeyri-mümkün edərdi. Həyat ancaq müəyyən səviyyədə duzluluğa davamlıdır.

Sahil boyu geniş, bataqlıq bölgələr var. Bu bölgələr dayaz olduğuna görə okeanlardan bu bölgələrə gələn su tez buxarlanır, duz qalır. Beləcə, qitələrdə toplanan nəhəng duz ehtiyatları əmələ gəlir və okeanın duz tərkibi də tənzimlənmiş olur. Ancaq su dünyasında həddindən artıq duz suyu doyurar və dibə çökər. Bu vəziyyət həyata düşmən super duzlu duz məhlulu əmələ gətirər.

Lee Strobel, The Case for a Creator, 2004, səh. 244.

Ancaq Allah sevgisi qadınlara qarşı şiddətin həll yoludur

1510458_461255910689878_6545391559561557388_nQadına qarşı şiddət 21-ci əsrin ən böyük sosial problemlərindən biridir. Beynəlxalq təşkilatlar hər il bu problemin psixoloji və mədəni səbəblərini, cəmiyyətə təsirini və qadında meydana gətirdiyi travmaları araşdırır. Beynəlxalq təşkilatlar qadına şiddətə qarşı hüquqi sanksiyaları yenidən tənzimləyərək bu problemin qarşısını almağa çalışır.

Qadına şiddətin əsas amilləri iqtisadi böhran, həyat keyfiyyəti və təhsil səviyyəsi deyil. Son rəsmi anket sorğuları Avropada qadına böyük şiddət tətbiq olunduğunu göstərir.

Avropa Birliyi Əsas Hüquqlar Agentliyi (FRA) 28 Avropa ölkəsindən 18-72 yaş arası 42000 qadınla geniş sorğu keçirmişdir. Hesabata əsasən, ən çox şiddətin baş verdiyi ölkə 52%-lə Danimarkadır. Bu ölkədən sonra 45% ilə Hollandiya və 44 % ilə Fransa gəlir. 28 ölkədə orta nisbət 33%-dir. Bu yazının davamını oxu

DNT-nin möcüzəvi quruluşu

скачанные файлыCanlıların orqanizmi ilə bağlı hər cür informasiya hüceyrələrindəki DNT adlanan molekullarda şifrlənmişdir. DNT molekulları hər hüceyrənin nüvəsində yerləşən böyük molekullardır. Nukleotid adlanan və 4 fərqli növü olan yüz minlərlə kiçik molekulların canlıya aid xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si əmələ gəlir. Hər canlının DNT molekulunda onun xarakteristik xüsusiyyətləri ilə bağlı informasiyalar şifrlənir. Bu, insanlarda da belədir. İnsanın digər canlılardan fərqli olması kimi, hər insanın digərindən fərqli olması da DNT-sindəki xüsusi düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. Dörd nukleotid olduğuna görə, DNT molekulu bir növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük ensiklopediyadır. Bu yazının davamını oxu

Dünya həyatı çox qısa imtahan dövründən ibarətdir

378781_10150469393624507_1642922469_nBöyük səy göstərərək əldə etdiyiniz eviniz, əşyalarınız, geyimləriniz, yediyiniz  yeməklər, əlvan rəngləri ilə göz qamaşdıran çiçəklər, yamyaşıl ağaclar, bədəniniz, saçlarınız, dəriniz, qısası, hər şey zaman ərzində köhnəlməyə, xarab olmağa, yaşlanmağa məhkumdur. Heç bitməyəcəkmiş kimi görünən dünya həyatı çox qısa imtahan dövründən ibarətdir və bütün gözəlliklər zamanla məhv olur.

Hər insanın həyata keçirmək istədiyi arzusu var. Bəzən bunların zamanı çox yaxın, imkanları da arzusunun reallaşması üçün uyğundur. Bəzi insanların da böyük istəklə arzuladığı hadisələrin həyata keçməsi isə, Allah`ın izni ilə, çox çətin olur. Bu insanların əlindəki maddi-mənəvi imkanlar və şərait arzularının reallaşması üçün kifayət etmir. Məsələn, yaşlı bir insan nə qədər geriyə qayıdıb gənclik illərində yaşamağı arzulasa da, Allah`ın adətullahına uyğun olaraq, bu, dünya həyatında mümkün deyil. Bu vəziyyəti hər kəs bilir, ancaq yenə də imkanları istəklərinin reallaşması üçün çox uyğun olan insanlar da, olmayanlar da bəzən xəyallarının reallaşmasını çox istəyirlər. Bu da dünyadakı imtahanın bir sirridir. Bu yazının davamını oxu

Əxlaqi təmizlik minaların təmizlənməsi qədər vacibdir

miYanvar ayının soyuq günü idi. Mirnes və əmisi oğlu Nedzad Seljuble kəndində birlikdə meşəyə odun kəsməyə getmişdilər. Böyük partlayış baş verdi, ardınca qısa səssizlik oldu. Partlayan mina idi. Mirnes qollarından, Nedzad isə ayaqlarından ağır yaralanmışdı… Mirnesin ayağındakı əzələ toxuması qoluna tikildi, indi qollarını işlədə bilir. Ancaq Nedzad partlayışdan bir neçə saat sonra xəstəxanada həyatını itirdi…

Bosniyada müharibə təxminən 20 ildir ki qurtarıb. Ancaq müharibə zamanı torpağa basdırılan minalar partlayaraq hələ də can alır. Bu partlayışlarda 237-si uşaq olmaqla, 1000-dən çox insan həyatını itirib. 1700 nəfər yaralanıb. Mina təmizlənməsi zamanı 46 mina təmizləyən mütəxəssis həyatını itirib, 37 nəfər yaralanıb.Təxminlərə görə Bosniyada xalqın yarısı mina partlayışlarının baş verdiyi bölgələrdə yaşayır. Müharibədən sonra ölkədə 1670 mina partlayıb. Ölkədə hal-hazırda 1340 km2-lik sahədə partlamağa hazır halda torpağa basdırılmış 200 min ədəd mina var. 920 min nəfər minalanmış ərazilərdə hər gün ölümlə üz-üzə yaşayır. Bu yazının davamını oxu