Kateqoriya Arxivləri: Düşünən İnsan №37

Hansı çiçəklərdən nektar toplandığını xatırlayan kolibrilər

23Kolibrinin ürəyi normal vaxtda təqribən 1000 dəfə, uçduqda 1200 dəfə döyünür. Bu quşlar sürətli maddələr mübadiləsinə görə çox enerji sərf edirlər və bu enerjini əldə etmək üçün xüsusi qidalanma sistemi ilə yaradılıblar.

Kolibrinin qidası çiçək nektarıdır. Qidalanarkən digər quşlardan fərqli olaraq havada sərbəst dayanır. Qanadlarını saniyədə ən az 60 dəfə 8 rəqəmi formasında çırparaq havada asılı qalır və bədənlərini tərpətmədən çiçək nektarını toplayır.

Kanadada Letbric Universitetində biologiyanın davranış ekologiyası sahəsində elmi fəaliyyət göstərən və kolibrilər ilə bağlı tədqiqat aparan professor A.Hörli (Andrew Hurly) bu canlıların həyatda qalması üçün vacib xüsusiyyətlərini kəşf edib. Bu yazının davamını oxu

İnsanla meymunun eyni əcdaddan yaranması barədə hekayələr hansılardır?

insanTəkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır.

Təkamülçülər yox olmuş meymun növlərinin kəllə və sümüklərini kiçikdən böyüyə doğru düzmüş, bu silsiləyə nəsli kəsilmiş insan irqlərinə aid kəllələri də əlavə edərək insanın təkamülü ssenarisini yazmışlar. Ssenari belədir: Bu yazının davamını oxu

Planet formalaşmasının ən dəqiq fotoşəkili çəkilib

alma-HL-Tau“Alma” radioteleskopu körpə ulduzun ətrafında əmələ gələn planetlərin indiyə qədərki ən dəqiq görüntüsünü çəkib.

BBC-nin verdiyi xəbərə əsasən, teleskopun çəkdiyi fotoşəkildə hələ bir milyon yaşı olmayan, Buğa bürcündə yerləşən “HL Tau” ulduzunu əhatə edən böyük toz və qaz buludundakı tünd halqa formasındakı boşluqları orbitdəki körpə planetlər əmələ gətirir.

Yer kürəsindən 450 işıq ili uzaqlıqda, mərkəzi “HL Tau” ulduzu olan bu proses “Alma” radioteleskopunun yeni yüksək meqapikselli xüsusiyyətləri sayəsində görüntülənib. Bu yazının davamını oxu

Müdafiə sistemimizdə fəal orqanlarımız

  • 46İmmun sistemimiz olmasaydı, həyatımızı davam etdirə bilərdikmi?
  • Bu sistem bəzi funksiyalarını tam yerinə yetirməsəydi, necə yaşayardıq?

İnsan orqanizminin ən əsas sistemlərindən biri olan immun sistemi həyati əhəmiyyətli funksiya daşıyır. İnsan fərqinə varmasa da, bu sistemin bütün fərdləri eynilə bir ordu kimi onun bədənini qoruyurlar. Bakteriya, virus və digər yad orqanizmlərə qarşı bədəni qoruyan immun hüceyrələrinin qeyri-adi qabiliyyətləri var. Bu hüceyrələrin orqanizmdə müdafiə zamanı göstərdikləri zəka, səy və fədakarlıq nümunələri bunları öyrənən hər insanı heyrətləndirəcək Bu yazının davamını oxu

Mağaralarda inkişaf etmiş incəsənət

qedimTəkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası tutmuşdur. Bu yazının davamını oxu

Hüceyrələrin əyləncəli həyatı

huceyreBədənimizin hər nöqtəsində kiçik, ancaq kiçik olduğu qədər kompleks həyat yaşayan hüceyrələr var. Kiçikliyinə baxmayaraq, hüceyrə insanın həyatının davam etməsini təmin edən əsas quruluş vahididir. Hüceyrələr həyati funksiyaları yerinə yetirərkən bir-biri ilə uyğunluq içində işləyirlər. Bəs uyğunluq içində işləyərkən relslərdə sürətini artırdıqlarını, rəqs etdiklərini, akrobatik hərəkətlər etdiklərini və bayraq yarışına girdiklərini bilirdinizmi?

Elm dünyasının ortaq qənaəti ilə insanın bu günə qədər qarşılaşdığı ən kompleks sistem ünvanını qoruyan hüceyrədə hələ kəşf edilməmiş çoxlu sirlər yatır və hüceyrə Allah`ın yaratma sənətinin, üstün ağlının ən böyük dəlillərindən birini təşkil edir. Bu yazının davamını oxu

Dünyanı bürüyən simmetrik və estetik forma: kristal

kristalKristal necə əmələ gəlir?

Kristal formanı parçalamaq nə üçün çətindir?

Kristalın quruluşu pozulsa, nə baş verər?

Kristal sözünü eşitdikdə çox vaxt insanların zehnində “kristal vaza” yaxud “qar kristalları” canlansa da, kristallar insan həyatının molekulyar səviyyədə hər sahəsində mövcud olan, elm adamlarını heyran edən qüsursuz sənət əsərləridir. Bu mükəmməlliyin sirri isə bir çox mütəxəssisin uzunmüddətli cəhdləri nəticəsində yaxın dövrdə açılmışdır. Gözlə görünməyən bu qüsursuz formanı dərindən tədqiq edən elm adamları uca Rəbbimizin yaratma elmini göstərən həndəsi sənətlə qarşılaşıblar. Bu yazının davamını oxu

CERN-də iki sub-atom zərrəcik kəşf edilib

subatomBöyük Hadron Toqquşdurucusu vasitəsilə keçirilən təcrübələrdə kəşf edilən sub-atom zərrəciklər böyük qüvvənin birləşdirdiyi üç zərrəcikdən ibarət bariondan təşkil olunmuşdur.

CERN-dən verilən açıqlamada bu kəşfin dünyanın əmələ gəlməsi zamanı baş verən proseslərin necə baş verdiyini aydınlaşdıracağı bildirilib.

CERN-in nəzdindəki LPNHE Laboratoriyasında çalışan Metyu Çarlz “birini tapmağa çalışarkən, ikisini kəşf etdik,” deyib. Bu yazının davamını oxu

Bitkilərin qida dəyərini hesablayan şimal maralları

maralŞimal maralları daima hərəkət edən canlılardır. Bu qədər hərəkət etmələrinin səbəbi isə qida axtarmalarıdır. Şimal marallarının əsas qida mənbəyi asanlıqla həzm olunan şibyədir. Ancaq şibyə yavaş böyüyür. Maralların qışlaq sahəsi, əsasən, şibyənin bol və qarın az olduğu yerlərdir. Qışda xüsusilə bu sahələrə gedir. Yazda isə yeni doğulmuş balalarına süd vermək üçün şimal maralı zülal və minerallarla qidalanmalıdır. Şibyələrdə bu zülal yoxdur. Qidaların xüsusiyyətləri bitdikləri en dairəsinə, hündürlüyə və torpağın xüsusiyyətinə görə fərqlənir. Hündür en dairəsindəki bitkilər həm zülal və mineralla zəngin olur, həm də asan həzm olunur. Bu yazının davamını oxu

Arılar polyarizə işığı görmə qabiliyyətlərindən qida tapmaq üçün istifadə edirlər

ariArılar polyarizə işıqdan yaradıldıqları andan etibarən – yəni milyon illərdir istifadə edir, qüsursuz hesablama ilə istiqamət təyin edirlər. Bəs bunu necə bacarırlar?

Arılar istiqaməti polyarizə işığa əsasən tapırlar

Arılar hava buludlu olduqda belə, günəşdən kompas kimi istifadə edirlər. Bunu ultrabənövşəyi işıq dalğaları vasitəsilə edirlər.

Ultrabənövşəyi işıq dalğaları çox sıx olmayan bulud örtüyünün içindən keçə bilir. Bu sayədə işçi arılar günəşin istiqamətini müəyyən etməkdə ultrabənövşəyi işıq dalğalarından istifadə edirlər. Bu yazının davamını oxu