Bir ayə bir açıqlama: “Yasin” surəsi, 81

EVMəgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! (Yasin surəsi, 81)

Hər şeyi istədiyi anda yaratmağa qadir olan uca Allah bu ayədə sonsuz yaratma gücünü bizə bildirir.

Allah hər şeyin Yaradanı kimi bütün varlıqların yeganə sahibidir. Göyləri və yeri yaradan Allah istəsə, onların bənzərini də yaradar. Buludları Allah hərəkət etdirir, küləkləri Allah əsdirir, Günəşə temperaturu və işığı Allah verir, quşları havada Allah saxlayır, toxumu Allah cücərdir. Bu yazının davamını oxu

Orqanizmdəki maye miqdarını tənzimləyən böyrəklər

suOrqanizmdə qüsursuz planlanmış sistem işləyir. Böyrəklər bu sistemlərdən biridir.
Əgər tərləmə və ya bir müddət su içməmə səbəbindən bir az su itirsək, qandakı suyun miqdarı azalar.
Qan beyində hərəkət edərkən hipotalamus adlanan bölgədəki xüsusi reseptorlar hərəkətə keçir və hipofiz vəzinə impuls göndərir. İmpulsu qəbul edən və orqanizmdə suyun azaldığını anlayan hipofiz vəzi böyrəklərə xüsusi mesaj (antidiuretik hormon- ADH) göndərir. Bu mesaj borucuqlardakı hüceyrələrə “orqanizmdə su çatışmazlığı var, artıq suyu geri qaytarın” əmrini verir. Bu yazının davamını oxu

Allah’ın səbəb sənəti

goyİnsanlar hər şeyin baş verməsini müəyyən səbəblərlə əlaqələndirirlər. “Günəş var deyə kölgə var” məntiqi insanların möcüzələri görməsinin qarşısını alır. Bir çox insan üçün möcüzələr səbəblər silsiləsidir. Bu silsilə belədir: çörək, çörək sexində bişirilir. Çörək sexində çörək undan hazırlanır. Un satıcıya dəyirmandan gətirilir. Dəyirman unu buğda şəklində alır. Buğda satan buğdanı kəndlidən alır. Kəndli buğdanı torpaqdan əldə edir… İnsanların inandığı kimi səbəb sistemi var. Lakin açıq şüurla baxdıqda bu silsilənin hər detalı Allah tərəfindən yaradılmışdır. Bu yazının davamını oxu

Yuxuda ikən bədənimizdə hansı proseslər baş verir?

yuxuHər insan ömrünün 1/3-ni yuxuda keçirir. Hər gün baş verən, əslində, böyük möcüzə olan yuxu bütün bədən sistemlərinin passivləşdiyi dincəlmə prosesi deyil. Çünki yuxuda bədəndə aktiv yenilənmə prosesi başlayır. İndi  yuxuda insan bədənində necə yenilənmə prosesi olduğuna nəzər salaq.

Yuxu insan həyatının labüd ehtiyaclarından biridir. Bədənimizin suya, oksigenə və qidaya ehtiyacı olduğu qədər yuxuya da ehtiyacı var. Yuxu passiv dincəlmə prosesi deyil. Yuxu əsnasında gün ərzində beyini məşğul edən fəaliyyətlər, gərginliklər və hafizəyə ötürülən məlumatlar sanki kompyuterin yaddaşının təmizlənməsi kimi təmizlənir. Bu yazının davamını oxu

Yanlış matəm anlayışı

matemÖlüm hadisəsi olduqda günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq cahiliyyə adətidir. Müsəlmanlar üçün ölüm dünyadakı imtahanın sona çatması, həqiqi yurd olan axirətə keçid və ən əsası, Rəbbimizə qovuşmaqdır. Bu səbəbdən, müsəlmanlar birisi öldükdə yas tutmazlar. Əksinə, sevdikləri insanın Allah`a qovuşmasına görə sevinər və: “İnşaAllah, Rəbbim ondan razı olmuşdur”, -deyə dua edərlər. Matəm qədərdəki hikməti dərk etməyən, qədərə könüldən təslim olmayan, Allah`ın yaratmasındakı gözəllikləri görməyən, dünyanın müvəqqəti olduğunu bilməyən insanların batil adətidir. Bu yazının davamını oxu

Yarpaqlardakı mikroskopik fabrik

yarpaqGöydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-11)

XVII əsrdə yaşamış belçikalı fizik Yan Baptist van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə edir və müxtəlif ölçmələr aparır. Ağacı əvvəlcə çəkir, 5 il sonra yenidən çəkir və ağırlığının 75 qr artdığını görür. Bitkinin böyüdüyü qabdakı torpağı çəkdikdə isə 5 il ərzində sadəcə bir neçə qram azaldığını görür. Bu yazının davamını oxu

Göyün tavan olması

tavanO, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün  məhsullardan ruzi yetişdirdi. Siz də  bildiyiniz halda, Allah’a tay tutmayın. (Bəqərə surəsi, 22)

Yuxarıdakı ayədə göy tərif edilərkən ərəb dilində “əssəmaə binaən” sözü işlədilir. Bu söz qübbə, tavan mənaları ilə yanaşı, ərəb bədəvilərinin qurduğu çadıra bənzər örtüyü də ifadə edir. Bu ifadə ilə xarici amillərə qarşı bir növ qoruma nəzərdə tutulur.

Biz çox vaxt fərqində olmasaq da, digər planetlərdə olduğu kimi, Yer kürəsinə də çoxlu sayda meteorit düşür. Bu yazının davamını oxu

Qara dəliklər: uca Allah`ın Hafiz isminin təcəllisi

  • qaradelikQara dəliklərə Quran ayələrində necə işarə edilir?
  • Qara dəliklərdən keçmişə aid məlumat əldə etməyin mümkün olduğu elmi cəhətdən necə açıqlanır?

XX əsrdə göy cisimləri ilə bağlı çoxlu kəşflər edilmişdir. Dövrümüzdə hələ yeni tanınan bu cisimlərdən biri də qara dəliklərdir. Qara dəliklər yanacağı tükənən ulduzun içinə doğru büzüşməsi və nəhayət ulduz əvəzinə sonsuz sıxlıqda və sıfır həcmdə böyük cazibə sahəsinin əmələ gəlməsi ilə formalaşır. Səthində cazibə qüvvəsi çox güclü olduğuna və içinə işıq düşmədiyinə görə qara dəliyi ən böyük teleskoplarla da görmək mümkün deyil. Bu yazının davamını oxu

Nümunəvi Quran nəsli formalaşdırmağın əhəmiyyəti

quranİçərinizdə  yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)

Bir çox insanlar özlərinə başqa birisini örnək alır və ona bənzəməyə çalışırlar. Hətta danışıq və hərəkətlərinə qədər o şəxsi təqlid edir, həyat tərzinə pərəstiş edirlər. Lakin bu nümunələrin ya hamısı bir çox yöndən əksik olur, ya da tamamilə insanları yanlış yola sürükləyən əxlaq və anlayışa sahib olur. İnsanlar üçün əxlaq və davranış baxımından ən gözəl nümunə Peyğəmbərimiz hz. Muhəmmədir (səv). Peyğəmbərimizin (səv) üstün əxlaq və davranışının qaynağı isə Qurandır. Bu yazının davamını oxu

Kirpi balığı şişərkən nəfəsini tutmur

BalonBalığıKirpi balığı yaxınlıqda təhlükə hiss etdikdə tikanlı dərisi dəqiqələr ərzində kürə formasını alır. Kirpi balığının şişməsi onu yem olmaq riskindən xilas edir. Kürə formasını aldıqda balıq dərin nəfəs alıb nəfəsini tutmuş kimi görünür. Ancaq şişkin vəziyyətdə də nəfəs almağa davam edir.

Kirpi balıqları şişmək üçün elastik mədələrini sürətlə su ilə doldururlar. “İtkin balıq Nemo” filmində kirpi balığı bloat da su topu kimi şişərək komik şəkildə suda üzməyə başlayırdı. Ancaq kirpi balıqlarının hava ilə şişmədiyi üzə çıxdı. Bu yazının davamını oxu